Previous Next
Bağla

Bakcell və INNOLAND arasında əməkdaşlıq müqaviləsi imzalandı

21-12-2018 10:17
Bakcell və INNOLAND arasında əməkdaşlıq müqaviləsi imzalandı

Bakcell şirkəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İNNOLAND Inkubasiya və Akselerasiya Mərkəzi arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.

Xeberler.az  bildirir ki, dekabr ayının 20-də “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində baş tutmuş imzalanma mərasimində çıxış edən Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib ki, innovasiyaların tətbiqi və startaplara dəstək Bakcell şirkətinin fəaliyyətində əsas istiqamətlərdən biridir:

“Bakcell ölkədə startapların inkişafına yönəlmiş layihələrinin həyata keçirilməsini dəstəkləyən ilk şirkətlərdən biri olub. Bizim “AppLab” İnkubasiya Mərkəzi bu gün
ölkədə ən maraqlı layihələrin toplandığı məkanlardan biridir. İnanıram ki, yeni açılmış INNOLAND Mərkəzi ilə əməkdaşlığımız ölkədə startap ekosisteminin inkişafına böyük töhfə verəcək və innovasiya sahəsində ən uğurlu tərəfdaşlıqlardan birinə çevriləcək”.

Daha sonra çıxış edən Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin direktoru Tağı Tağı-Zadə qurumlar arasında dövlət-özəl tərəfdaşlığını rəsmiləşdirən bu əməkdaşlığın önəmindən danışıb. Bildirilib ki, bu tərəfdaşlığın əsas məqsədi ölkəmizdə texnologiya startapları üçün sahibkarlıq ekosisteminə dəstək göstərmək və inkişaf etməkdə olan texnologiya sahibkarlarının ehtiyaclarına xidmət göstərən yüksək səviyyəli əməkdaşlığın həyata keçirilməsidir. Azərbaycanda startap mədəniyyətinin formalaşdırılması, bu hərəkatın geniş vüsət alması, innovativ təşəbbüskarlıq ruhunun və startap ekosisteminin inkişaf etdirilməsi, mövcud startapların dəstəklənməsi, ölkəmizdə innovativ təşəbbüslərin mövcud iqtisadi proseslərə tətbiqinə şəraitin yaradılması, müxtəlif kəşf və ixtiraların işlənib və hazırlanmasına maraqoyadıcı amilin formalaşdırılması və innovasiyaların inkişafına əsaslanan digər tədbirlərin görülməsi istiqamətində də bu tərəfdaşlığın böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Qeyd edək ki “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzin Azərbaycanda, eyni zamanda, onun hüdudlarından kənarda özəl sektorun inkişaf etdirilməsi, innovasiyanın təşviqi və startap hərəkatının genişləndirilməsi üçün yaradılan inkubasiya, akselerasiya və araşdırma mərkəzidir. İNNOLAND Kovörkinq, İnkubasiya, Akselerasiya və İT Təlim-Tədris Mərkəzindən ibarətdir. Onu da əlavə edək ki, Bakcell şirkətinin AppLab proqramı bundan sonra Akselerasiya Mərkəzinə
çevriləcək və yerli startap layihələrinə daha geniş formatda dəstək göstərməyə davam edəcək. 2014-cü ildən bəri müxtəlif avadanlıq və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli startaplar və developerlər öz ideyalarını həyata keçirmək üçün “Bakcell”dən dəstək alırlar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell və İNNOLAND yerli developerlər üçün tədbir keçirib

31-01-2019

Azərbaycanın ilk blokçeyn hackathon yarışması keçiriləcək

27-02-2019

Bakcell və INNOLAND blokçeyn hackathon yarışmasını keçirib

15-03-2019

Bakcell və İNNOLAND gənc developerləri investorlarla tanış edib

23-01-2020

Bakcell və INNOLAND İnkubasiya Proqramının iştirakçılarını seçdi

20-06-2019

Bakcell gənc developerlər üçün məzun gecəsi keçirib

18-03-2019

Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramının təqdimat mərasimi keçirilib

08-01-2019

INNOLAND, Next Step və SUP Akseleratoru arasında memorandum imzalanıb

10-01-2019

Bakcell gənc ixtiraçılara dəstək olub

08-08-2019

INNOLAND və AzerGold startapları bir araya gətirəcək

24-07-2019

İnkubasiya proqramına seçilən startaplar INNOLAND-də fəaliyyətə başlayıblar

09-07-2019

INNOLAND-də növbəti Demo Day təşkil olunub

21-01-2020

INNOLAND beynəlxalq proqramın regional müraciətlərini qiymətləndirəcək

14-12-2018

“İnnovasiyalar Mərkəzi”nin 2020-ci ilin yekunlarına dair hesabatı təqdim olunub

16-01-2021

Bakıda E-Commerce 1.0 tədbiri keçiriləcək

15-11-2018

INNOLAND-in rezidentləri beynəlxalq proqrama qəbul edilib

03-10-2019

Gəncə Dövlət Universiteti və INNOLAND arasında memorandum imzalanıb

11-10-2019

Azərbaycanın 3 layihəsi Startap Chile-da iştirak edir

24-07-2019

"INNOLAND"də Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib

17-01-2023

Astana Hub və INNOLAND arasında əməkdaşlıq memorandumu imzalanıb

29-10-2019

DMZ-in nümayəndə heyəti INNOLAND-də olublar

05-09-2019

Azərbaycanda Startap günləri layihəsinə start verilib

08-04-2019

ASAN xidmət yeni inkubasiya mərkəzi yaradır-Müsabiqə

16-05-2018

"INNOLAND" İnkubasiya proqramı elan edir

08-06-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə