Xeberler.az bildiri ki, Bakcell şirkəti ActInSpace 2018 Azerbaijan beynəlxalq innovasiya müsabiqəsinə dəstək göstərdi. 2014-cü ildən etibarən bütün dünyada təşkil olunan ActInSpace müsabiqəsi Azərbaycanda ilk dəfə olaraq Azərbaycan-Fransiz Universiteti (UFAZ) tərəfində keçirilib.
ActInSpace 2018 Azerbaijan, UFAZ tərəfindən Fransanın Azərbaycandakı səfirliyi, Bakcell şirkəti, IT STEP Academy və AIKON Constructions şirkətinin sponsorluğu və dəstəyi ilə təşkil olunub. Bakının müxtəlif universitetlərindən olan 100-dən artıq tələbədən ibarət komandalar müsabiqədə iştirak etməklə CNES, ESA, Airbus və kosmik sənayesində fəaliyyət göstərən digər təşkilatlar tərəfindən qoyulmuş real həyat tapşırıqları üzərində çalışıblar. Komandalara kosmik texnologiyalar üçün istifadə olunacaq innovativ xidmət və məhsulları fikirləşib öz ideyalarını irəli sürmək üçün 24 saat vaxt verilib.
Mayın 24-də AIS2018 Azerbaijan müsabiqəsinin sponsorları və partnyorlarının iştirakı ilə keçirilmiş mətbuat konfransında çıxış edən Bakcell-in baş icraçı direktoru Nikolai Bekkers bildirib ki, şirkət gənc nəslin nümayəndələrin təşəbbüslərini və Azərbaycanda təhsilin inkişaf etdirməsi ilə bağlı layihələri dəstəkləməyə həmişə hazırdır: İnnovasiyalar Bakcell şirkətinin fəaliyyətində həlledici rola malikdir. Bildiyiniz kimi, Bakcell ölkədə müxtəlif hakaton və startap layihələrin keçirilməsini dəstəkləyən ilk şirkətlərdən olmaqla yanaşı özünün müasir startap
inkubasiya mərkəzini yaradıb. Bizim əsas missiyamız Azərbaycanın gənc vətəndaşlarını maarifləndirmək və onlara inkişaf üçün stimul verməkdir. Bu baxımdan AİS təşəbbüsünə dəstək vermək imkandan çox məmnunuq. Bakcell-i bu layihənin yerli partnyoru qismində seçdiklərinə görə Fransa Səfirliyinə və UFAZ-a öz dərin təşəkkürümüzü bildiririk. Biz əminik ki mütəxəssislərimizin təcrübəsi və dəstəyi yarışma zamanı komandalar üçün olduqca faydalı olacaq.
Tələbələrin hazırladıqları startap layihələr ekspertlər tərəfindən qiymətləndirilib və iki layihə final mərhələsinə keçib. Qalib komanda Strasburq Universitetinin rektoru Mişel Deneken, ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Fransanın Kosmik Tədqiqatlar Milli Mərkəzinin prezidenti Jan-Iv Le Gal və Azərkosmos Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyevdən ibarət münsiflər heyəti tərəfindən seçilib. UFAZ-ın 5 nəfər birinci kurs tələbəsində ibarət Sooners komandası Azərbaycan üzrə birinci yerin, UFAZ-ın Tensor Science komandası isə ikinci yerin qalibi olub. Qalib komanda iyunun 27-si Azərbaycanı beynəlxalq final mərhələsində ilk dəfə olaraq təmsil etmək üçün Fransanın Tuluza şəhərinə göndəriləcək.
Qeyd edək ki, ActInSpace 2018 Azerbaijan müsabiqəsinin keçirilməsinə maliyyə dəstəyi göstərən Bakcell həmçinin iştirakçıları texniki məsləhət və təlim dəstəyi ilə təmin edib.
Belə ki, Bakcell şirkətinin AppLab inkubasiya proqramının ekspertləri və komanda üzvləri iştirakçılara startap layihələrinin hazırlanmasında kömək etmək üçün texnologiya və biznes modeli kimi sahələr üzrə öz təcrübə və bilikləri ilə bölüşüb.
İnnovasiya sahəsində lider olan Bakcell gənc nəslin nümayəndələrinə inkişaf imkanları, məsləhətlər və hətta innovativ ideyaların həyata keçirilməsi üçün tələb olunan dəstəyi göstərməyə hazırdır.
Qeyd edək ki, Kosmos proqramları sahəsində beynəlxalq nüfuza malik ActInSpace müsabiqəsi Milli Kosmik Tədqiqatlar Mərkəzi (CNES), Avropa Kosmik Agentliyi (ESA) və ESA BİC Sud France kimi təşkilatların iştirakı ilə dünyanın 40 ölkəsinin 70 şəhərində keçirilir. Dünyanın istənilən ölkəsindən gələn iştirakçılar üçün açıq olan bu müsabiqənin əsas məqsədi sahibkarlığın inkişaf etdirilməsi və proqram təminatı, verilənlər bazaları və kosmik infrastruktur sahəsində mövcud olan problemlərin həlli yollarının tapılmasıdır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri