Previous Next
Bağla

Bakcell gənc ixtiraçılara dəstək olub

08-08-2019 14:20
Bakcell gənc ixtiraçılara dəstək olub

Xeberler.az bildirir ki, Azərbaycanın İlk Mobil Operatoru olan Bakcell ABŞ-ın Azərbaycandakı Səfirliyi ilə birgə azərbaycanlı şagirdlərin ABŞ-da keçirilən Dahilərin olimpiadasında iştirakına dəstək göstərib. ABŞ-ın Nyu-York ştatında SUNY Oswego Universitetində keçirilmiş IX Genius olympiad (Dahilərin olimpiadası) müsabiqəsində Azərbaycanı Gəncə şəhərindən olan IX sinif şagirdləri Rəsul Əliyev və Hüseyn Əliyev təmsil edib. Onlar tədbirdə “LEGO technic” vasitəsilə yaratdıqları “RoboAqrar” robotunu nümayiş etdiriblər. Fermerlər üçün nəzərdə tutulan bu robot kənd təsərrüfatında geniş istifadə potensialına malikdir. Gənc ixtiraçılarımız olimpiadanın “Biznes” kateqoriyasında fərqlənmə diplomuna layiq görülüb.

Qeyd edək ki, müsabiqəyə 79 ölkədən 2800 nəfərdən çox şagird qoşulub. Bakcell şirkəti gənclərin təhsili və inkişafına, həmçinin Azərbaycanda startap mühitinin yaxşılaşmasına mütəmadi olaraq dəstək göstərir. Şirkət Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin INNOLAND Inkubasiya və Akselerasiya Mərkəzi yerli startaplar üçün birgə inkubasiya proqramı həyata keçirir. Həmçinin, 2014-cü ildən etibarən müxtəlif proqram təminatı və avadanlığın yaradılması ilə məşğul olan yerli startaplar və developerlər öz ideyalarını həyata keçirmək üçün Bakcell şirkətinin AppLab proqramından dəstək alırlar. Bu mühüm layihələr ölkənin bütün startap ekosisteminin inkişaf olunmasına böyük töhfə verməklə Azərbaycanda startap mədəniyyətinin formalaşdırılmasında böyük rol oynayır.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell və INNOLAND İnkubasiya Proqramının iştirakçılarını seçdi

20-06-2019

Bakcell və İNNOLAND gənc developerləri investorlarla tanış edib

23-01-2020

Bakcell və INNOLAND arasında əməkdaşlıq müqaviləsi imzalandı

21-12-2018

İnkubasiya proqramına seçilən startaplar INNOLAND-də fəaliyyətə başlayıblar

09-07-2019

Bakcell gənc developerlər üçün məzun gecəsi keçirib

18-03-2019

Bakcell və İNNOLAND yerli developerlər üçün tədbir keçirib

31-01-2019

Bakcell və INNOLAND blokçeyn hackathon yarışmasını keçirib

15-03-2019

INNOLAND-də növbəti Demo Day təşkil olunub

21-01-2020

AppLab-ın məzunlarından yeni nəsil reklam aləti

25-04-2018

“Azərbaycan proqramçıları böyük potensiala malikdir”

23-02-2018

Bakcell-dən beynəlxalq uşaq şahmat turnirinə dəstək

02-04-2018

Bakcell Böyük Britaniya səfirliyinin təşkil etdiyi tədbirlərə dəstək göstərdi

11-06-2018

AppLab iştirakçıları üçün seminar keçirilib

09-10-2018

Azərbaycanın ABŞ-ın "Silikon vadisi"ndəki "İnnovasiyalar evi"nə artıq yerli startaplar cəlb olunub

21-02-2020

Azərbaycanın ilk blokçeyn hackathon yarışması keçiriləcək

27-02-2019

INNOLAND, Next Step və SUP Akseleratoru arasında memorandum imzalanıb

10-01-2019

Bakcell beynəlxalq uşaq şahmat turnirinə dəstək göstərib

17-04-2019

Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramının təqdimat mərasimi keçirilib

08-01-2019

Bakcell-in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır

06-11-2018

Bakcell Milli KSM Mükafatı 2018 müsabiqəsinin qalibi olub

30-01-2019

Bakcell şahmat və dama turnirinə dəstək verib

08-05-2018

Bakcell-dən 5 startapa dəstək-Siyahı

16-02-2018

Bakcell-in rəhbəri:“Azərbaycanın startap bazarında böyük potensial var”

22-07-2016

Bakcell beynəlxalq innovasiya müsabiqəsinə dəstək olub

30-05-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə