Previous Next
Bağla

AppLab iştirakçıları üçün seminar keçirilib

09-10-2018 16:16
AppLab iştirakçıları üçün seminar keçirilib

Bakcell özünün AppLab inkubasiya proqramının iştirakçıları üçün blokçeyn texnologiyasına həsr olunmuş seminar təşkil edib.

Xeberler.az  bildirir ki, “Gələcəyin texnologiyası: blokçeyn və blokçeyn startapının yaradılması” adlı seminarda yerli startapçılara blokçeyn texnologiyasının iş prinsipləri və onun müxtəlif layihələrə inteqrasiya edilməsi imkanları barədə geniş məlumat verilib.

“Blokçeyn texnologiyası yeni yarananda startapçılar bu yeniliyin hansı sahələrdə tətbiq oluna biləcəyini tam şəkildə başa düşmürdülər. Lakin bu gün blokçeyn üzərində qurulmuş startaplara daha tez-tez rast gəlinir. Biznes sahibi olan gənc startapçılar onun imkanlarını öynənməlidirlər. Çünki bu texnologiya sayəsində xeyli gəlir əldə etmək mümkündür. Blokçeyn artıq gələcəyin əlçatan texnologiyasıdır və biz onu öyrənib real həyatda tətbiq etməyə bacarmalıyıq”, deyə AppLab proqramının məzunu, müxtəlif uğurlu layihələrin müəllifi, WAVES platformasının səfiri və Blokçeyn üzrə təlimçi Orxan Əhmədov bildirib.

AppLab proqramının fəaliyyətə başladığı 2014-cü ildən bəri müxtəlif avadanlıq və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli developerlər öz ideyalarını həyata keçirmək üçün “Bakcell”dən dəstək alırlar. İştirakçılar müvafiq təlimlərlə yanaşı, şirkətin AppLab Mərkəzində təqdim olunan pulsuz İnternet, masa və təlim otaqları ilə yanaşı üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlanmaq imkanına malikdirlər. AppLab Mərkəzinin dəstəyi ilə Azərbaycanın gənc mütəxəssisləri tərəfindən yaradılmış layihələrin bəziləri artıq Android və iOS əməliyyat sistemi ilə işləyən cihazlara yüklənə bilər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell blokçeyn texnologiyası üzrə təlim keçirib

31-01-2018

AppLab layihəsində iştirak edən gənc developerlərə təlim keçilib

18-07-2018

Startaplar üçün nəzərdə tutan blokçeyn platforması

14-12-2018

“Azərbaycan proqramçıları böyük potensiala malikdir”

23-02-2018

Bakcell-in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır

06-11-2018

Bakcell gənc developerlər üçün məzun gecəsi keçirib

18-03-2019

AppLab proqramı üçün 32 startap yarışır

22-01-2018

AppLab-ın məzunlarından yeni nəsil reklam aləti

25-04-2018

Bakcell-dən 5 startapa dəstək-Siyahı

16-02-2018

SİM kartsız işləyən ilk smartfon təqdim edilib

15-10-2018

Azərbaycanın ilk blokçeyn hackathon yarışması keçiriləcək

27-02-2019

Sığorta bazarında blokçeyn texnologiyalar tətbiq ediləcək

30-11-2022

Azərbaycan Qlobal Blokçeyn Konfransı 2019-da təmsil olunub

14-11-2019

Biznesdə blockchain texnologiyalarının tətbiqi mövzusunda konfrans keçiriləcək

27-06-2018

Blokçeyn texnologiyalarının innovativ sahibkarlıqda tətbiqi mövzusunda seminar keçirilib

13-03-2019

Nazir blokchain-in tətbiqi mexanizmlərndən danışdı

13-12-2018

Draguilov: Blokçeyn məlumatların etibarlılığını artırılması üçün effektivdir

30-09-2025

Azərbaycanda kriptovalyuta ilə bağlı konfrans keçiriləcək

09-03-2018

Blokçeyn texnologiyalarının rəqəmsal iqtisadiyyatda rolu artır

11-12-2018

Bakcell və INNOLAND blokçeyn hackathon yarışmasını keçirib

15-03-2019

Kriptovalyuta ilə maraqlananların nəzərinə

28-06-2017

Bakcellin direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşmasından danışdı

24-09-2018

AppLab İT müsabiqədə qalib gəlib

11-05-2018

“Blokçeyn bankların nüfuzunu yox edəcək”

30-05-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə