Previous Next
Bağla

Bakcell və Unibank-dan yeni kart - Albukart

16-02-2016 18:00
Bakcell və Unibank-dan yeni kart - Albukart

Bakcell və Unibank adsız və əvvəlcədən ödənilən ALBUKART-ı təqdim edib.

Bakcell şirkəti və Azərbaycanda pərakəndə bank xidmətləri bazarının liderlərindən biri olan Unibank yeni eksklüziv ALBUKART adsız debet kartının istifadəyə verib.

Xeberler.az-ın məlumatına görə, bu yeni kartın istifadəyə verilməsində məqsəd hansı mobil operatorun abunəçisi olmalarından asılı olmayaraq, müştərilərə nadir fürsətlərdən və bonus proqramlarından faydalanmaq imkanı yaratmaqdır. Eyni zamanda, bu, müxtəlif satış nöqtələrində dərhal əldə oluna bilən, sözün həqiqi mənasında ilk anonim plastik kartdır. Bakcell şirkətinin təklif etdiyi bonuslardan faydalanmaq üçün ALBUKART yalnız Bakcell nömrəsinə qoşulmalıdır.

“Azərbaycanda ilk dəfə olaraq bu təklifi irəli sürməkdən məmnunluq duyuruq. ALBUKART bizim dəyərli müştərilərimiz üçün saysız-hesabsız imkanlar yaradacaq və öz vaxtlarına və pullarına qənaət etməkdə onlara kömək edəcək. İnanırıq ki, abunəçilərimiz Bakcell-in Unibank və Ulduzum tərəfdaşları ilə  əməkdaşlığının  nəticələrindən faydalana biləcək. Çünki tərəfdaşlarımızla birlikdə bizim bir əsas məqsədimiz var – abunəçilərimizin həyatını daha da asanlaşdırmaq və onlar üçün daha sərfəli şərtlər təmin etmək”, - deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.

Gündəlik xərclər üçün nəzərdə tutulan bu kart müştərilərə öz balanslarını artırmağa, mağazalarda  ödəniş  etməyə, istənilən yerdə istifadə edərkən öz mobil nömrəsinə bonus dəqiqələr qazanmağa, onlayn ödənişlər həyata keçirməyə və onu adi plastik kart kimi istifadə etməyə imkan verəcək. Bununla yanaşı, istifadəçilər Unibank-ın istənilən filialında və real zaman rejimində işləyən “cash-in” tipli bankomatların, eləcə də bütün ölkə ərazisində işləyən Unibank tərəfdaşlarının ödəmə terminalları vasitəsilə kartın balansına vəsait yükləyə biləcəklər.

Unibank-ın baş icraçı direktoru cənab Xalid Əhədov bildirib ki,  Müştərilərin gözləntilərini təmin etməklə, Unibank müştəri təcrübəsini daha da yaxşılaşdırmaq üçün daim yeni texnoloji yollar axtarır. Yüksək xidmət keyfiyyəti və müştərilərimizin artan tələbatları üçün geniş çeşidli məhsulların təmin olunması bankımızın fəaliyyətində ən yüksək əhəmiyyət kəsb edən amillərdir:

“ Böyük məmnuniyyətlə deyə bilərəm ki, ALBUKART ölkəmizin kart biznesi tarixində yeni bir fəsildir. Bu yeni fəsli Bakcell ilə birgə tərəfdaşlıq çərçivəsində açmağımıza çox şadam. ALBUKART ölkəmizdə bankçılıq və telekommunikasiya sahələrində mövcud olan ən qabaqcıl bilik və təcrübələri birləşdirən bir məhsul kimi müştərilərimiz üçün uğurlu olacaq”.

Müştərilər ALBUKART Bakcell-in  istənilən Müştəri Xidməti mərkəzindən və ya Unibank-ın filiallarından  şəxsiyyət vəsiqələrini təqdim etmədən əldə edə bilər.

Bakcell abunəçiləri ALBUKART-dan ilk dəfə istifadə etdikləri zaman şəbəkədaxili zənglər üçün 10 dəqiqə pulsuz danışıq hədiyyə alır. Müştərilər öz kartlarından hər dəfə 10 AZN məbləğində xərclədikdə isə 5 dəqiqə pulsuz danışıq imkanı qazanırlar. Bonus dəqiqələrini almaq üçün  qazanılan dəqiqələrin kodunu cavab SMS-i olaraq göndərmək lazımdır.

Yeni məhsul gündəlik xırda - istənilən ödənişlərdə istifadə etmək üçün nəzərdə tutulmuş, asan əldə olunan pulsuz adsız kartdır.

Müştərilər Bakcell və Unibank tərəfindən təqdim olunan müxtəlif xidmət və təkliflərdən faydalana biləcək: ALBUKART vasitəsilə ödəniş edərkən Ulduzum kodunu Ulduzum tərəfdaşlarına təqdim etmədən avtomatik olaraq Ulduzum endirimləri, habelə standart kredit və debet kartları üçün Unibank tərəfindən təklif olunan sərfəli güzəştlər qazanacaq, bank tərəfindən keçirilən müxtəlif kampaniyalarda iştirak və karta yüklənmişməbləğlərə hesablanan 6 faiz illik depozit faizi qazanmaq imkanı əldə edəcəklər.

Kartı aktivləşdirmək üçün istənilən bankomatda kartın PİN kodunu daxil etməli və ödəmə terminalından kartın balansına vəsait yüklənilməlidir.

Hər bir ALBUKART sahibi Unibank-ın təmin etdiyi bir neçə üstünlüklərdən faydalana bilər. Onlar Unibankın VISA Gold və MasterCard Gold debet kartlarını 70 faiz , VISA Platinum və MasterCard Platinum debet kartlarını isə 50 faiz  endirimlə əldə etmək, eləcə də qiymətli hədiyyə və mükafatlar oynanılan lotereyalarda iştirak etmək fürsəti qazanır.

 

Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ALBUKART indi cəmi 3 AZN-ə

25-10-2016

Unibank mobil bankçılıq xidmətini təkmilləşdirir

29-07-2016

İphone 6S-i pulsuz necə almaq olar?

10-08-2016

Bakcell-dən MilliÖN istifadəçilərinə bonus dəqiqələr

24-02-2016

Azərpoçt və Bakcell yeni layihəyə başlayıb

17-08-2015

ExpressPay ödəniş terminallarında Bakcell danışıq dəqiqələri hədiyyə olunur

05-08-2015

Uber ilə səyahət edən Mastercard və Unibank istifadəçiləri üçün yenilik

04-10-2016

Bakcell və Xalq Bank-dan minlərlə hədiyyə

29-03-2018

Ulduzum abunəçiləri üçün Music Gallery-də bonuslar başladı

07-01-2016

Unibank kartına sahib olanlara yeni yaradılan Mərkəzdən güzəştlər

28-09-2015

189 taksi xidmətinin avtomobillərində Bakcell-dən Wi-Fi xidməti

21-10-2015

Bakcell-dən Ulduzum abunəçiləri üçün daha bir yenilik

08-12-2016

Bakcell və Bank of Baku-dan yeni lotereya

22-05-2018

Unibank müştəriləri telefonla hesablarına necə nəzarət edə bilər?

11-02-2016

Bakcell yeni alətlər panelini istifadəyə verib

18-03-2016

“Asan İmza” ilə Unibank-ın xidmətləri telefonunuzda

25-04-2016

Bakcell abunəçilərinə şad xəbər

25-11-2015

Bakcell Azərpoçt-la yeni kampaniyaya başladı

06-09-2016

Ulduzum abunəçiləri üçün Park Cinema-dan pulsuz bilet

28-12-2015

Unibank Facebook istifadəçiləri üçün yenilik edib

29-06-2016

Bakcell-in yeni CİN tarifləri

07-05-2018

Alkredit.az Bakcell-lə əməkdaşlığa başladı

27-07-2015

Onlayn ödənişlər zamanı Bakcell-dən bonuslar əldə edəcəksiniz

24-07-2015

Bakcell-dən GəlirliCIN tarifində zənglərin qiymətinə endirim

22-07-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə