Previous Next
Bağla

Bakcell yeni alətlər panelini istifadəyə verib

18-03-2016 19:46
Bakcell yeni alətlər panelini istifadəyə verib

MyBakcellim alətlər paneli: Bakcell müştərilərinə öz smartfonları üzərindən balanslarını və istifadə etdikləri xidmətləri idarə etməyə imkan verən yeni alət təklif edir

Bakcell şirkəti bu gün müştərilərə öz balanslarını idarə etməyə kömək edən yeni alətlər panelini istifadəyə verib. Maksimal dərəcədə sadə və rahat interfeysə malik olan MyBakcellim alətlər panelinin vasitəsi ilə aşağıdakı əməliyyatları yerinə yetirmək mümkündür: 

  • Balansı yoxlamaq, artırmaq, nəzarət və idarə etmək;
  • İnternet paketlərinə abunə yazılmaq və məlumat almaq;
  • SMS paketlərinə abunə yazılmaq və məlumat almaq;
  • Tarifi dəyişdirmək və bu barədə məlumat almaq;
  • Bonuslara nəzarət etmək və bonuslar barədə məlumat almaq;
  • Bakcell şirkətinin təqdim etdiyi istənilən digər xidmətlərdən onlayn faydalanmaq.

Yeni internet səhifəsi açılandan sonra ekranın aşağı sağ tərəfində görünən Bakcell loqosuna (Ulduz) basmaqla müştərinin Bakcell hesabının statusunu göstərən real zaman rejimində pəncərə çıxır. Bakcell abunəçiləri istifadə etdikləri tarif planının adını və təfsilatlarını, bonus dəqiqələri, SMS və data paketləri haqqında məlumatı, aktiv data paketlərini və balanslarında qalan vəsaitin məbləğini bu pəncərədə görə bilərlər. Bundan başqa, yeni alətlər paneli müştərilərə öz tarif planlarını dəyişdirmək və balanslarına vəsait yükləmək imkanı verir. MyBakcellim Alətlər panelinin çoxfunksiyalı menyusu ilə Paketlər səhifəsindən istənilən paketə abunə yazılmaq mümkün olacaqdır.

“Bakcell olaraq, biz həmişə öz müştərilərimizin həyatını daha da rahatlaşdırmağa çalışırıq və məhz buna görə də indi biz bu yeni MyBakcellim alətlər panelini təqdim edirik”,-  deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib. “Bu alətlər panelinin vasitəsilə mobil internetdən istifadə edən abunəçilərimiz öz balanslarına nəzarət edə, tarif paketlərini nəzərdən keçirə və özləri üçün uyğun olanını asanlıqla seçə biləcəklər. Biz inanırıq ki, bu vasitə müştəri təcrübəsinin təkmilləşdirilməsinə xidmət edəcək və abunəçilərimizin nəzarət imkanlarını genişləndirəcək”,-deyə cənab Şirer əlavə edib.

Sözügedən alətlər paneli səhifə tam yükləndikdən sonra Bakcell abunəçilərinin mobil telefon ekranlarında 5 dəqiqə ərzində görünüb gözdən itir. 30 saniyəlik fasilədən sonra bu alətlər paneli yenidən ekrana çıxır.

Bu alətlər panelindən istifadə etmək üçün Bakcell abunəçilərinin mobil telefon brauzerləri (Chrome, Mozilla, IE və Safari) Java sistemini dəstəkləməlidir. Abunəçilər MyBakcellim alətlər panelini mobil telefonlarda istehsalçı tərəfindən quraşdırılmış brauzerlərdə də istifadə edə bilərlər. JAVA skript xətaları göstərən internet səhifələrində bu yeni xidmət işləmir. OperaMini brauzerindən istifadə edən Bakcell abunəçiləri də bu yeni alətlər panelini aça bilməyəcəklər. HTTPS (secured) internet səhifələri də həmçinin dəstəklənmir.

MyBakcellim alətlər panelinin yeni funksiyaları arasında müştərilərə Bakcell tərəfindən təklif olunan istənilən paketə yazılmış abunəni ləğv etmək imkanı verən deaktivasiya düyməsi də var.

MyBakcellim alətlər paneli Bakcell abunəçilərinə olduqca sadə və şəffaf bir şəkildə Bakcell məhsullarını əldə etmək, danışıq dəqiqələrinin istifadəsinə və xərclərə nəzarət etmək imkanı verən çox rahat bir xidmətdir. 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Bakcell”dən rəqəmsal yeniliklər!

17-03-2023

Bakcell abunəçiləri internet paketlərini paylaşa bilər

19-10-2015

Bakcell yeni internet paketlərini təqdim edib

07-11-2019

"Bakcell" tətbiqində süni intellekt dəstəkli “Tarif Məsləhətçisi”ni təqdim etdi

17-07-2024

Bakcell limitsiz internet paketlərini təqdim edib

14-10-2016

“Bakcell”in 4G şəbəkəsinə keç və 5 GB İnternet hədiyyə al

19-03-2021

Bakcell-in yeni Satış və Xidmət Mərkəzi açılıb- Foto

27-07-2016

Bakcell şirkəti yenilənmiş saytını istifadəyə verib

01-12-2021

Bakcell abunəçiləri üçün İnstagram-dan pulsuz istifadə imkanı

13-05-2016

“Bakcell”dən 099 prefiksi ilə “xüsusi” və “eksklüziv” nömrələr

29-06-2021

Bakcell-in yeni CİN tarifləri

07-05-2018

Bakcell abunəçiləri üçün onlayn qaydada eSIM almaq imkanı

01-07-2022

Bakcell-in rouminq xidmətindən istifadə daha da asanlaşdı

29-11-2018

Bakcell Klass M tarifində yenilik edib

25-07-2016

Bakcell-dən endirim kampaniyası

19-08-2015

Bakcell bölgələrdən LİMİTSİZ zəngləri gündəlik sadəcə 30 qəpiyə təklif edir

26-12-2018

Bakcell-dən eyni qiymətə ikiqat mobil internet trafiki

08-12-2015

Bakcell abunəçiləri üçün daha bir yenilik edib

22-09-2016

Bakcell internetdən limitsiz istifadə imkanı yaradır

14-06-2018

Bakcell yeni kampaniyaya başladı

05-12-2016

WordPress 2.7 - bloq sistemləri üçün Open Source sürgü yeniləndi.

15-12-2008

“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən"Birinci" tarifini təqdim edir

05-11-2024

Bakcell-dən möhtəşəm Yeni İl hədiyyəsi

11-12-2018

“Bakcell”dən onlayn iş və təhsil üçün internet paketi

25-02-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə