“Bakı 2015”-in mobil tətbiqləri istifadəyə verildi

04-06-2015 / 12:18

“Bakı 2015”-in rəsmi mobil tətbiqetməsi yükləmək üçün hazırdır.

Xəbərlər-in verdiyi məlumata görə, Oyunların Təşkilat Komitəsindən qeyd edilib ki, istifadəçilərin yarışlar haqda ən son məlumat və nəticələrlə yanaşı, sosial şəbəkələrə də çıxışı olacaq. “Bakı 2015”-in istifadəyə verilmiş yeni tətbiqetməsində Birinci Avropa Oyunları ilə əlaqədar bütün idman yarışlarından canlı buraxılışları izləmək mümkün olacaq.

Bununla yanaşı, bu tətbiqetmə istifadəçilərin Oyunlarla bağlı təəssüratını daha da yaxşılaşdırmaq üçün özündə bəzi xüsusiyyətləri əks etdirir. Belə ki, istifadəçilər yarışların nəticələrindən xəbərdar olmaqla və yarışlardan verilən canlı buraxılışları izləməklə yanaşı, idmançılar və Oyunların keçirildiyi obyektlər barəsində səhnə arxası məlumatları da buradan əldə edə biləcəklər. Eyni zamanda tətbiqetmədə 17 gün davam edəcək Oyunların yarış cədvəllərinə də yer verilib.

“Bakıda Coşğu” bölməsi Bakı şəhəri və ətrafında baş verənlər haqda sosial şəbəkələr vasitəsilə edilən gündəlik paylaşımları tək mərkəzdə toplayır. Burada idmançı və tamaşaçıların Birinci Avropa Oyunları ərəfəsində yaşadığı macəra dolu həyatı qeyri-adi formada ictimaiyyətə çatdırılacaq.

Tətbiqetməni aşağıdakı keçidlər vasitəsilə yükləyə bilərsiniz:

iOS” 

Android” 

“Windows Phone”

 Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.