Previous Next
Bağla

Avropa Oyunları Yaponiyanın İnternet televiziyasında

09-06-2015 12:28
Avropa Oyunları Yaponiyanın İnternet televiziyasında

Yaponiya bürosunun təşəbbüsü ilə bu ölkənin “World Investors TV” internet televiziyasında Bakıda keçiriləcək ilk Avropa Oyunları barədə xüsusi veriliş yayımlanıb.

Xəbərlər-in məlumatına görə, bir neçə gündən sonra Azərbaycan dünyanın idman mərkəzinə çevriləcək. Avropa Oyunları dinamik inkişaf edən qonaqpərvər Azərbaycanı, eyni zamanda, bir işgüzar mərkəz kimi tanıdacaq.

Avropa Olimpiya Komitəsinin ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərarı 2012-ci ilin dekabrında qəbul etdiyini xatırladan qonaqlar vurğulayıblar ki, bu, ölkəmizin sosial, mədəni və iqtisadi inkişafını bütün dünyaya göstərmək üçün bir imkan olmaqla yanaşı, həm də xalqımızın yüksək bacarığını nümayiş etdirmək baxımından əhəmiyyətlidir.

Yarışların keçirilməsi üçün Bakıda çoxsaylı yeni idman obyektlərinin tikildiyi və əvvəlkilərin bərpa olunduğu bildirilib. Qeyd olunub ki, 17 gün davam edəcək yarışlarda 6 mindən çox idmançı, 2 minə yaxın jurnalist, çoxsaylı idman mütəxəssisləri iştirak edəcəklər. İyunun 28-də təntənəli bağlanış mərasimi ilə yekun vurulacaq yarışlarda idmançılar 20 idman növü üzrə 253 medal dəsti uğrunda mübarizə aparacaqlar.

Diqqətə çatdırılıb ki, yarışlar 18 idman obyektində keçiriləcək. Onların sırasında yeni inşa edilmiş 65 min yerlik Olimpiya Stadionu ilə yanaşı, Milli Gimnastika Arenası, Su İdman Sarayı, Atıcılıq Mərkəzi və digər böyük idman obyektləri var. Yarışlara qatılacaq idman mütəxəssislərinin, jurnalistlərin və tamaşaçıların rahatlığı üçün Azərbaycan paytaxtında hər cür şərait yaradılıb.

Azərbaycanda idman yarışlarına həmişə böyük maraq göstərildiyi, gələn il Formula-1 yarışlarının, Dünya Şahmat Olimpiadasının, 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarının, “Avro-2020” futbol yarışlarının dörd görüşünün Bakıda təşkil ediləcəyi qeyd olunub.

Bakının möhtəşəm Oyunları yüksək səviyyədə qarşılamağa və keçirməyə hazır olduğunu vurğulayan qonaqlar bu yarışların dünyanın 60-a yaxın ölkəsinə, o cümlədən Yaponiyaya translyasiya ediləcəyini bildiriblər.

Verilişdə Oyunların məşəlinin Azərbaycanın bölgələrini dolaşdıqdan sonra Bakıya gətirilməsi və Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi, yarışların keçiriləcəyi idman obyektləri ilə bağlı video materiallar nümayiş olunub.

Yarışların mühüm əhəmiyyətini vurğulayan qonaqlar ilk Avropa Oyunlarının yalnız davam edəcəyi vaxtda deyil, ümumiyyətlə, Bakıda nümayiş olunacaq idman təntənəsi, sülh və dostluq kimi ülvi duyğuları ilə insanların yaddaşında həmişəlik qalacağına əminliklərini bildiriblər. (AZƏRTAC)

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Çində Avropa Oyunlarının açılış mərasimi canlı yayımlanıb

13-06-2015

Atletlər kəndində yeni poçt şöbəsi istifadəyə verilir

19-05-2015

Kiberidmançılar Asiya oyunlarında iştirak edəcək

21-04-2017

Azercell-in dəstəyi ilə II Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək

27-04-2016

İTV Azərbaycanda Olimpiya Oyunlarının eksklüziv yayım hüququna sahib çıxıb

10-09-2009

“Seven Network” televiziya kanalı ilk Avropa Oyunlarının son yayım tərəfdaşı oldu

14-04-2015

Nar Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq

19-06-2019

“Azərpoçt” MMC “Yay Olimpiya Oyunları 2024” adlı poçt markasını dövriyyəyə buraxıb

29-07-2024

Sağlamlıq- 2018 Respublika Spartakiadasına start verilib

22-12-2018

“Bakı 2015” ilə bağlı paylaşımlar İnstagram-da rekord həddə çatdı

15-06-2015

Azərbaycan dilində yeni idman portalı yaradılıb

03-11-2008

Azercell Uşaq Paralimpiya İdman Oyunlarına dəstək olub

12-12-2017

Bu gün «İdman Azərbaycan» telekanalının rəsmi açılış mərasimi keçirilib

01-02-2009

Nar fiziki məhdudiyyətli idmançılara dəstək olur

24-10-2019

Azercell Paralimpiyaçı idmançılarımıza da dəstək olur

24-08-2021

“İdman Azərbaycan”ın rəsmi açılış mərasimi keçiriləcək

30-01-2009

Azərbaycanda növbəti Uşaq Paralimpiya İdman Oyunları baş tutub

28-12-2021

Peykimizdən Oyunların keçirildiyi məkanların görüntüsü -Fotolar

25-06-2015

CTV Oyunlarla bağlı reportaj hazırlayıb

10-06-2015

"Tokio Yay Olimpiya Oyunları – 2020" mövzusunda poçt markaları buraxılıb

23-07-2021

Azercell-in dəstəyi ilə V Uşaq Paralimpiya Oyunları keçiriləcək

31-10-2019

Avropa Oyunlarının qalibləri Azercell-də qonaq olub

03-07-2015

“Bakı 2015”-in Açılış mərasiminə biletlərin hamısı satılıb

10-06-2015

Nar Avropa çempionatının rəsmi tərəfdaşı seçildi

31-08-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə