Previous Next
Bağla

Atletlər kəndində yeni poçt şöbəsi istifadəyə verilir

19-05-2015 14:40
Atletlər kəndində yeni poçt şöbəsi istifadəyə verilir

Azərbaycan “Bakı-2015” Avropa Oyunlarında iştirak etmək üçün Bakiya gələcək idmançıların rahatlığı üçün bütün zəruri tədbirlər həyata keçirib.

Xəbərlər-in verdiyi məlumata görə, ən yüksək tələblərə cavab verən müasir idman arenaları ilə yanaşı, idmançıların qalması üçün nəzərdə tutulan Atletlər kəndində bütün işlər ən incə detallarına qədər nəzərə alınıb.

Atletlər kəndi idmançıları və komanda rəsmilərini təhlükəsiz, rahat, mehriban və stressdən kənar yaşayış mühiti ilə təmin edəcək. “Evdən kənar ev” sayılacaq bu məkan yarışlara və hazırlıqlara diqqəti cəmləyə bilmək və oyunlardan zövq almaq üçün iştirakçılara yaxşı imkan yaradacaq. Bu imkanların daha da mənalı edilməsi məqsədilə  burada onların bütün televiziya kanallarına baxmaq, sürətli internet xidmətlərinə çıxışının təmin edilməsi məqsədilə bütün texniki işlər həyata keçirilib. Bütün idman arenaları, o cümlədən Atletlər kəndinə optik kabellər çəkilib. Burada şəhərlərarası və beynəlxalq telefon rabitəsi xidmətlərindən istifadə üçün müasir taksofon aparatları da qurulub.

Bundan başqa atletlərin informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi ilə yanaşı, onların poçt rabitəsi xidmətlərindən yararlanması üçün bir neçə günə ərazidə müasir poçt şöbəsi də istifadəyə veriləcək. Poçt şöbəsində idmançılara bütün poçt xidmətləri göstərilməsinə imkan yaradılacaq. Şöbə müasir avadanlıq və mebellərlə təmin ediləcək. Artıq poçt şöbəsinin yerləşəcəyi otaqda son tamamlanma işləri aparılır.

Qeyd edək ki, Atletlər kəndi yeni tikilən 8-13 mərtəbəli 13 binadan ibarətdir. Hər binanın birinci mərtəbəsində ümumi istirahət mərkəzi yaradılıb. İyunun 12-dən 28-dək Azərbaycanın ev sahibliyi edəcəyi birinci Avropa Oyunlarının proqramına 20 idman növü daxil edilib. On yeddi gün ərzində Avropadan 6 mindən çox idmançı yarışların mükafatları uğrunda mübarizə aparacaq. İdmanın 12 növü üzrə 2016-cı ildə keçiriləcək Rio-de-Janeyroda təşkil olunacaq Yay Olimpiya Oyunları üçün təsnifat imkanları yaradılacaq. Avropa Oyunlarının keçirilməsi Bakı şəhərinə Avropa Olimpiya Komitəsi tərəfindən 2012-ci ilin dekabrında həvalə olunub.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Mingəçevir Telekommunikasiya Qovşağı I Avropa Oyunlarına hazırdır

Mingəçevir Telekommunikasiya Qovşağı I Avropa Oyunlarına hazırdır

09-06-2015
Avropa Oyunları Yaponiyanın İnternet televiziyasında

Avropa Oyunları Yaponiyanın İnternet televiziyasında

09-06-2015
CTV Oyunlarla bağlı reportaj hazırlayıb

CTV Oyunlarla bağlı reportaj hazırlayıb

10-06-2015
“Seven Network” televiziya  kanalı ilk Avropa Oyunlarının son yayım tərəfdaşı oldu

“Seven Network” televiziya kanalı ilk Avropa Oyunlarının son yayım tərəfdaşı oldu

14-04-2015
“Azərpoçt” MMC “Yay Olimpiya Oyunları 2024” adlı poçt markasını  dövriyyəyə buraxıb

“Azərpoçt” MMC “Yay Olimpiya Oyunları 2024” adlı poçt markasını dövriyyəyə buraxıb

29-07-2024
Nazirlik Bakcell-i  fəxri fərmanla təltif etdi

Nazirlik Bakcell-i fəxri fərmanla təltif etdi

07-07-2015
London Olimpiadası tarixin ən yüksək texnoloji tədbiri olacaq

London Olimpiadası tarixin ən yüksək texnoloji tədbiri olacaq

10-09-2009
   Azercell-in dəstəyi ilə II Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək

Azercell-in dəstəyi ilə II Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək

27-04-2016
Peykimizdən Oyunların keçirildiyi məkanların görüntüsü -Fotolar

Peykimizdən Oyunların keçirildiyi məkanların görüntüsü -Fotolar

25-06-2015
İTV Azərbaycanda Olimpiya Oyunlarının eksklüziv yayım hüququna sahib çıxıb

İTV Azərbaycanda Olimpiya Oyunlarının eksklüziv yayım hüququna sahib çıxıb

10-09-2009
Çində Avropa Oyunlarının açılış mərasimi canlı yayımlanıb

Çində Avropa Oyunlarının açılış mərasimi canlı yayımlanıb

13-06-2015
Nar Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq

Nar Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq

19-06-2019
Media kəndində və arenalarda texnoloji təminat necədir ?

Media kəndində və arenalarda texnoloji təminat necədir ?

19-06-2015
6 min idmançının məlumatları  Bakı 2015-in rəsmi saytı və mobil tətbiqetməsinə əlavə edilib

6 min idmançının məlumatları Bakı 2015-in rəsmi saytı və mobil tətbiqetməsinə əlavə edilib

05-06-2015
Kiberidmançılar Asiya oyunlarında iştirak edəcək

Kiberidmançılar Asiya oyunlarında iştirak edəcək

21-04-2017
Bu gün «İdman Azərbaycan» telekanalının rəsmi açılış mərasimi keçirilib

Bu gün «İdman Azərbaycan» telekanalının rəsmi açılış mərasimi keçirilib

01-02-2009
Nar fiziki məhdudiyyətli idmançılara dəstək olur

Nar fiziki məhdudiyyətli idmançılara dəstək olur

24-10-2019
“TransEvroKom” Avropa Oyunlarının telekommunikasiya təminatında iştirak edir

“TransEvroKom” Avropa Oyunlarının telekommunikasiya təminatında iştirak edir

12-06-2015
Yay Olimpiya Oyunları ilə bağlı poçt markaları dövriyyəyə buraxılıb

Yay Olimpiya Oyunları ilə bağlı poçt markaları dövriyyəyə buraxılıb

09-08-2016
“Bakı 2015” ilə bağlı paylaşımlar  İnstagram-da  rekord həddə çatdı

“Bakı 2015” ilə bağlı paylaşımlar İnstagram-da rekord həddə çatdı

15-06-2015
Azercell Uşaq Paralimpiya İdman Oyunlarına dəstək olub

Azercell Uşaq Paralimpiya İdman Oyunlarına dəstək olub

12-12-2017
Azercell-in dəstəyi ilə V Uşaq Paralimpiya Oyunları keçiriləcək

Azercell-in dəstəyi ilə V Uşaq Paralimpiya Oyunları keçiriləcək

31-10-2019
"Tokio Yay Olimpiya Oyunları – 2020" mövzusunda poçt markaları buraxılıb

"Tokio Yay Olimpiya Oyunları – 2020" mövzusunda poçt markaları buraxılıb

23-07-2021
Azərbaycanda növbəti Uşaq Paralimpiya İdman Oyunları baş tutub

Azərbaycanda növbəti Uşaq Paralimpiya İdman Oyunları baş tutub

28-12-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə