Kim sevirsə idmanı, həmişə sağlamdır canı - Rubrika

16-05-2015 / 13:51

“Bakı 2015 Avropa Oyunları” ilə əlaqədar olaraq Xəbərlər “Milli resurslar” rubrikasında bu dəfə ölkəmizdə fəaliyyət göstərən milli idman saytlarını araşdırıb.

Xeberler.az rubrikamız çərçivəsində idman sahəsində məlumat ala biləcəyiniz milli idman resurslarını təqdim edir:

rekord.az –saytında güləş, voleybol, boks kimi idman növləri ilə yanaşı sağlamlıq haqqında müəyyən biliklər əldə edə bilərsiniz.

sportsmen.az- saytında idman mağazaları, əyləncə ilə bağlı məlumatlar almaq mümkündür.

idmanxeber.com-saytında Azərbaycanla yanaşı, digər ölkələrdə keçirilən idman növləri, yarışları haqqında xəbərlərlə tanış ola bilərsiniz.

avrokubok.com-saytında idman videoları, klublar, Çempionlar Liqası haqqında ən son məlumatlar yerləşdirilib.

sportlife.az- 2012-ci ildən fəaliyyət göstərən saytda Azərbaycan idmanında baş vermiş yeniliklər, qazanılmış uğurlar barəsində məlumat verilib.

stadium.az- 2009 –cu ildən fəaliyyət göstərir. Milli və dünya idmanı haqqında məlumatları bu saytda öyrənə bilərsiniz.

futbolpress.az-saytında Azərbaycanla yanaşı başqa ölkələrin idman xəbərlərini oxumaq mümkündür.

idman.com.az –Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi idman nəşridir. Ölkə idmanı ilə bağlı ən son məlumatları saytda əldə etmək olar.

futbol11.az-saytında müxtəlif idman videoları, idman haqqında yazılar, Azərbaycan Çempionatı ilə bağlı xəbərlər yerləşdirilib.

qol.az- idman portalı 2008-ci ildən fəaliyyət göstərir. Sayt Azərbaycan idmanında baş verən ən son yenilikləri işıqlandırır, Azərbaycan və dünya futbolunun tanınmış simaları ilə müsahibələr yayımlayır.

azerisport.com- saytında gimnastika, güləş, basketbol, boks kimi idman növləri haqqında məlumatlar əldə edə bilərsiniz.

football-plus.az-saytında idmanla bağlı ən son xəbərlər verilib.

futbolxeber.az- saytında ölkə futbolu ilə yanaşı xarici futbol haqqında da məlumatlar əldə edə bilərsiniz. Burada futboldan əlavə digər idman növlərinin xəbərləri də yer alıb.

orasport.az-saytında dünya futbolu, digər idman növləri, avro kuboklar haqqında ən son xəbərlər yerləşdirilib. Saytın “Orasport tv” bölməsində idman video-roliklərinə baxa bilərsiniz.

neftchipfk.com- “Neftçi” peşəkar futbol klubunun rəsmi İnternet səhifəsidir. Klubun fəaliyyəti, uğurları barəsində bu saytda məlumatlar əldə edə bilərsiniz.

allsport.az- saytında daim yenilənən idman xəbərlərini oxuya bilərsiniz. Qeyd edək ki, bu il ölkəmizdə keçiriləcək ilk Avropa Oyunları ilə əlaqədar olaraq saytda xüsusi  “Bakı 2015” bölməsi fəaliyyət göstərir. Burada Olimpiya haqqında geniş məlumatlar yerləşdirilib.

azerifootball.com-saytında idmanla bağlı ən son yeniliklər dərc olunub. Sayt Azərbaycan və rus dillərində fəaliyyət göstərir.

sportarena.az-saytında şahmat, idmana aid yazarlar, şou-idman, idman mütəxəssisləri ilə müsahibələr, ağır atletika kimi bölmələr verilib. Burada idmanla bağlı müəyyən məlumatlar almaq olar.

awf-az.org-Azərbaycan Güləş Federasiyasının rəsmi İnternet səhifəsidir. Saytda güləş, məşqçilər barəsində xəbərlər oxuya bilərsiniz.

avrofutbol.com- saytında idmanla bağlı ən son məlumatlar əldə etmək olar.

az.baku2015.com- ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarının rəsmi İnternet səhifəsidir. Oyunlarla, iştirakçılarla bağlı məlumatları buradan oxuya bilərsiniz.

az.12cioyuncu.info-saytında idmanımız haqqında xəbərləri izləmək mümkündür.

sportnews.az-saytında Azərbaycanla yanaşı, digər ölkələrin idman sahəsindəki uğurları barədə məlumatlar yerləşdirilib. Saytda Bakı 2015 bölməsi də vardır ki, Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq prosesləri, idmançıların fəaliyyəti ilə bağlı xəbərləri buradan izləyə bilərsiniz.

forvard.az- avrokubok, Dünya Çempionatı, klublar, ölkə futboluna aid məlumatları mütəmadi olaraq saytdan oxuya bilərsiniz.

simurqpfk.az- “Simurq” Peşəkar idman klubunun rəsmi İnternet səhifəsidir. Klubun fəaliyyəti, nailiyyətləri ilə bağlı bütün məlumatlar saytda verilib.

apasport.az- Azərbaycan və rus dillərində onlayn xəbər portalıdır. Bu portalda Azərbaycan idmanının bütün sahələri barədə operativ xəbərlərlə yanaşı, idman ictimaiyyətinin maraqlı simalarından müsahibələr, araşdırmalar yayımlanır.

qarabagh.com- “Qarabağ” peşəkar futbol klubunun rəsmi İnternet səhifəsidir. Klubun azarkeşləri, tarixi, fəaliyyəti ilə bağlı məlumatları bu saytda öyrənə bilərsiniz.

Inter.az-“İnter” peşəkar idman klubunun rəsmi İnternet səhifəsidir. Klubun fəaliyyəti ilə bağlı ən son yeniliklər saytda yerləşdirilib.

idmantv.az- saytında Azərbaycan idmanı haqqında xəbərləri, proqramları izləyə bilərsiniz.

 

Ruhəngiz Muradova


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.