Previous Next
Bağla

Bakı Biznes Universitetinin tələbələri üçün ustad dərsi keçirilib

19-11-2025 18:02
Bakı Biznes Universitetinin tələbələri üçün ustad dərsi keçirilib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin əməkdaşı Tağıyeva Səbinə "Kibemüdafiə Ekosistemi: SOC komandalarının proaktiv və reaktiv funksiyaları" mövzusunda Bakı Biznes Universitetinin tələbələri üçün ustad dərsi keçib. Ustad dərsi XRİTDX ilə Bakı Biznes Universiteti arasında imzalanmış "Əməkdaşlıq haqqında Memorandum" çərçivəsində təşkil olunub.   

Xeberler.az bildirir ki, ustad dərsi kibermüdafiənin çoxqatlı modeli, NIST CSF əsaslı SOC yetkinlik səviyyələri, proaktiv və reaktiv müdafiə yanaşmalarının fərqləri, habelə real insident nümunələri əsasında SOC əməliyyatlarının optimallaşdırılması mövzularını əhatə edib. Təqdimat zamanı həmçinin mövzu üzrə qabaqcıl yanaşmalar, tətbiqi praktikalar və müasir trendlər tələbələrə təqdim olunmuş, həmçinin sahə üzrə aktual məsələlərə dair dərin analitik müzakirələr aparılıb.

Praktiki hissədə RDP Brute Force hücumunun aşkar edilməsi və araşdırılması üzrə təhlükəsizlik ssenarisinin icrası nümayiş etdirildi. Bu hissədə SOC analitiklərinin insidentə necə yanaşmalı olmaları, log korrelyasiyası, IP reputasiyası, davranış əsaslı analiz və hücumun məhdudlaşdırılması üçün tədbirlərin icrası praktik şəkildə göstərildi.

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bilik və təcrübənin paylaşılmasına, eləcə də sahənin davamlı inkişafına töhfə verən təşəbbüslərdə fəal iştirak etməyi prioritet istiqamətlərindən biri hesab edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
XRİTDX ali təhsil müəssisələrində ustad dərsləri keçirib

XRİTDX ali təhsil müəssisələrində ustad dərsləri keçirib

30-12-2025
XRİTDX tərəfindən BANM-in tələbələri üçün ustad dərsi keçirilib

XRİTDX tərəfindən BANM-in tələbələri üçün ustad dərsi keçirilib

01-12-2025
XRİTDX-nin hazırladığı “Tusi Paleon” aləti tələbələrə təqdim edilib

XRİTDX-nin hazırladığı “Tusi Paleon” aləti tələbələrə təqdim edilib

05-06-2026
Bakıda kibertəhlükəsizlik konfransı keçiriləcək

Bakıda kibertəhlükəsizlik konfransı keçiriləcək

06-05-2025
XRİTDX ilə BANM arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

XRİTDX ilə BANM arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

13-06-2024
Tələbələr informasiya təhlükəsizliyi sahəsini öyrənir

Tələbələr informasiya təhlükəsizliyi sahəsini öyrənir

15-03-2023
Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin yenilənmiş elekton informasiya ehtiyatı istifadəyə verilib

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin yenilənmiş elekton informasiya ehtiyatı istifadəyə verilib

04-11-2023
AKTA UNEC-də seminar təşkil edib

AKTA UNEC-də seminar təşkil edib

03-03-2026
“Filologiya və süni intellekt: sözün yeni erası” adlı ustad dərsi keçirilib

“Filologiya və süni intellekt: sözün yeni erası” adlı ustad dərsi keçirilib

18-04-2025
XRİTDX nümayəndə heyəti İsraildə səfərdədir

XRİTDX nümayəndə heyəti İsraildə səfərdədir

07-03-2023
Dövlət Xidməti kiberpoliqonda praktiki məşğələ keçirib

Dövlət Xidməti kiberpoliqonda praktiki məşğələ keçirib

25-06-2026
XRİTDX və Odlar Yurdu Universiteti əməkdaşlıq edəcək

XRİTDX və Odlar Yurdu Universiteti əməkdaşlıq edəcək

19-03-2026
Azərbaycan elektron informasiya ehtiyatlarına kiberhücumlar gözlənilir

Azərbaycan elektron informasiya ehtiyatlarına kiberhücumlar gözlənilir

05-08-2022
İcra Hakimiyyətində kompüterlərin zərərvericilərə yoluxma halı aşkarlanıb

İcra Hakimiyyətində kompüterlərin zərərvericilərə yoluxma halı aşkarlanıb

16-05-2024
BDU-da “Startap ekosisteminə giriş” mövzusunda təlim keçirilib

BDU-da “Startap ekosisteminə giriş” mövzusunda təlim keçirilib

17-10-2025
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti təhsil müəssələri ilə əməkdaşlığı genişləndirir

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti təhsil müəssələri ilə əməkdaşlığı genişləndirir

22-12-2023
XRİTDX “Gənclərin Kibertəhlükəsizlik Forumu 2025”də fəal iştirak edib

XRİTDX “Gənclərin Kibertəhlükəsizlik Forumu 2025”də fəal iştirak edib

25-04-2025
Kibertəhlükələrə qarşı koordinasiya gücləndirilir

Kibertəhlükələrə qarşı koordinasiya gücləndirilir

12-03-2026
Dövlət qurumlarının kibertəhlükələrə dayanıqlılığı yoxlanılacaq

Dövlət qurumlarının kibertəhlükələrə dayanıqlılığı yoxlanılacaq

19-09-2024
Kibertəhlükəsizlik sahəsində fərqlənən tələbələr mükafatlandırılıb

Kibertəhlükəsizlik sahəsində fərqlənən tələbələr mükafatlandırılıb

07-07-2025
Kibertəhlükəsizliyə Nəzarət və Monitorinq Mərkəzi fəaliyyətə başlayıb

Kibertəhlükəsizliyə Nəzarət və Monitorinq Mərkəzi fəaliyyətə başlayıb

29-12-2025
XRİTDX nümayəndələri Milli Müdafiə Universitetində elmi seminarda çıxış edib

XRİTDX nümayəndələri Milli Müdafiə Universitetində elmi seminarda çıxış edib

27-04-2026
Yaponiya nümayəndə heyəti ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub

Yaponiya nümayəndə heyəti ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub

04-03-2026
Azərbaycanda dövlət qurumları üçün "wetransfer"ə alternativ resurs yaradılıb

Azərbaycanda dövlət qurumları üçün "wetransfer"ə alternativ resurs yaradılıb

07-02-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə