“Bakı Fintex Forumu 2025” keçiriləcək

19-09-2025 / 17:54

Oktyabrın 9-da "Azərbaycan Fintex Assosiasiyası" İctimai Birliyinin (AzFina) təşkilatçılığı, Azərbaycan Mərkəzi Bankı və "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin tərəfdaşlığı ilə "Bakı Fintex Forumu 2025" keçiriləcək.

Xeberler.az məlumat verir ki, "Baku Marriott Hotel Boulevard"da keçiriləcək Foruma dünyanın bir çox ölkəsindən qonaqlar dəvət olunub.

Tədbirdə beynəlxalq maliyyə institutlarının, fintexlərin, bankların və digər maliyyə təşkilatlarının nümayəndələri iştirak edəcək.

Yerli və beynəlxalq ekspertlər fintex sektorunda son illər həyata keçirilən yeniliklər ətrafında müzakirələr aparacaq.

Tədbir iştirakçıları fintex sektoru üzrə öz proqnozlarını bölüşəcək və onun maliyyə sektorundakı təsirləri haqqında fikir mübadiləsi aparacaqlar.

Tədbir çərçivəsində açıq bankçılıq, rəqəmsal ödənişlər, süni intellekt, fırıldaqçılıqla mübarizə, kibertəhlükəsizlik kimi müxtəlif mövzular ətrafında panel müzakirələri aparılacaq.

Forumda iştirak etmək istəyənlər tədbirin rəsmi saytından bilet əldə edə bilərlər.

https://www.bakufintech.com/#ticket


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə