Previous Next
Bağla

II Maliyyə və İnvestisiya Forumu baş tutub

06-06-2018 12:42
II Maliyyə və İnvestisiya Forumu baş tutub

5 May 2018-ci ildə Pullman Bakı otelində II Maliyyə və İnvestisiya Forumu baş tutub.

Xeberler.az bildirir ki, Maliyyə və İnvestisiya Forumu maarifləndirici ictimai platforma olaraq dünya və Azərbaycanda Maliyyə və İnvestisiya dünyasının ən çox müzakirə etdiyi trend mövzular ətrafında spikerləri bir araya toplayır və müzakirələr aparır. Bu ilki spikerlərin mövzuları blokçeyn texnologiyalarının, süni intellektin bank, sığorta, vergilər və investisiya sektoruna tətbiqi, finteklərin meydana gəlməsi, start-up maliyyələşməsində yeniliklər və kriptovalyutaların ilkin təklifi kimi mövzular ətrafında oldu və iştirakçılar tərəfindən geniş müzakirəyə səbəb olub.

Maliyyə və İnvestisiya Forumu illik olaraq keçirilir. Bu ilki forumda 300-dək şirkətdən 500-dən çox mütəxəssis iştirak edib. Forum yerli və xarici mediada böyük marağa
səbəb olub, forumda səslənən fikirlərə dünyanın müxtəlif media mənbələrində istinadlar edilib.

Forumda bir gün ərzində 3 panel - “Vergi siyasəti və mühasibat uçotu”, “Maliyyələşmə Strategiyaları” və “İnvestisiya Strategiyaları” panelləri üzrə keçirilib.

Builki Forumda 3 xarici ekspert, yerli bank, sığorta və investisiya təşkilatlarının o cümlədən Maliyyə Bazarlarına nəzarət Palatası və Vergilər Nazirliyinin nümayəndələri spiker qismində çıxış edib.

Rəqəmsal iqtisadiyyatın inkişafı, beynəlxaq çağırışlar Azərbaycanın maliyyə, investisiya sektoruna təsirsiz ötüb. Forum interaktiv formatda keçirilmiş və ekspertlər gələcək trendlər və Azərbaycanın maliyyə və investisiya sektoruna təsiri mövzusu ətrafında auditoriyanı maraqlandıran çoxsaylı sualları cavablandırıb. Blokçeyn texnologiyalarının maliyyə və investisiya sektporuna təsiri mövzusu iştirakçılarda xüsusi maraq oyadıb.

Ötən il olduğu kimi bu ilki forumun keçirilməsində də əsas məqsəd ölkəmizdə maarifləndirici təqdbir olaraq rəqəmsal iqtisadiyyatın inkişafının genişləndirilməsi, bu sahənin hüquqi və infrastruktur bazasının beynəlxalq tələblərə uyğunlaşdırması, regional əhəmiyyətli iqtisadi oyunçu kimi Azərbaycan Respublikasının aparıcı mövqeyinin daha da gücləndirilməsi istiqamətində dövlət siyasətinin reallaşmasına dəstək olmaqdan ibarətdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakıda II Maliyyə və İnvestisiya Forumu keçiriləcək

22-02-2018

Yerli və xarici spikerlər öz təcrübəsini bölüşəcək-FİF2018

09-04-2018

9-cu Beynəlxalq Bankçılıq Forumu keçirilir

19-11-2025

Maliyyə texnologiyasında yeni trendlər müzakirə ediləcək

08-05-2018

Sabah kriptovalyuta üzrə konfrans keçiriləcək

14-03-2018

Azərbaycan Qafqaz İnvestisiya Forumunda təmsil olunub

04-05-2026

Biznesdə blockchain texnologiyalarının tətbiqi mövzusunda konfrans keçiriləcək

27-06-2018

“Bakı Fintex Forumu 2025” keçiriləcək

19-09-2025

Bakıda Maliyyə İnnovasiya Forumu keçirilir - Fotolar

27-05-2015

Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

22-09-2025

Azərbaycanda hər il beynəlxalq investisiya forumu keçiriləcək

22-09-2025

Ötən il informasiya və rabitə sektoruna investisiya qoyuluşunun məbləği açıqlanıb

19-01-2026

İnformasiya və rabitə sektoruna investisiya qoyuluşu artırılıb

20-02-2026

İnformasiya və rabitə sektoruna investisiya qoyuluşu azalıb

16-10-2025

Bakıda Azərbaycan investisiya forumu baş tutdu

17-03-2015

“Fintech Innovation Hub” Türkiyə və Azərbaycanın ekosistemlərini bir araya gətirəcək

21-08-2023

Clopos startapı INMerge Ventures-dən yeni investisiya alıb

24-04-2026

RiskTech adlı Forum təşkil olunacaq

18-10-2019

Türkiyənin fintex sektorunda 199 investisiya layihəsi həyata keçirilib

13-06-2023

“Bank sektorunda blokçeyin texnologiyası araşdırılmalıdır”

23-11-2017

Asiyanın maliyyə texnologiyalarına investisiyalar artıb

05-11-2015

Maliyyə uçotunda İT-nin tətbiqi müzakirə olunacaq

07-04-2017

Mühasibatlıqda İKT-nin rolu müzakirə edilib-Foto

10-04-2017

İnformasiya və rabitə üzrə investisiya qoyuluşunun məbləği açıqlanıb

15-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə