Previous Next
Bağla

Ekspert:Mərkəzi Bankdan daha konkret və daha innovativ mesajlar gözləyirdik

16-06-2022 21:16
Ekspert:Mərkəzi Bankdan daha konkret və daha innovativ mesajlar gözləyirdik

Bildirdiyimiz kimi Banklar Assosiasiyası "Fintex Summit"- Maliyyə və Texnologiyalar Sammiti təşkil edib.

Xeberler.az bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz Feysbuk səhifəsində paylaşım edib.

“Hər il keçirilən bu tədbir maliyyə - bank sektorunda rəqəmsal transformasiya üçün yaxşı platformadır.

Ölkənin maliyyə-bank sektoru da yetərincə konservativdir. Uzun –uzadı müzakirələr aparılmasına baxmayaraq bu sektorda da rəqəmsallaşma və innovasiyalar ləng tətbiq edilir.

Amma bu dəfə Mərkəzi Bankın baş direktoru Fərid Osmanov Açıq Bankçılıq məsələsinin üzərində daha çox dayandı, standartların hazırlanıb başa çatdırıldığını və gələn ildən tətbiq olunacağını bildirdi.

Hansı ki, bu standartlar uzun müddətdir ki, Avropada təsdiq olunub və bütün banklar üçün məcburidir.

Bizdə isə hələ də banklar elə bilir ki, müştərinin məlumatları yalnız və yalnız ona məxsusdur və müştərinin razılığı olsa belə bu məlumatlar heç bir fintex quruma verilə bilməz. Yəni, müştəri hansısa bir fintex qurumun tətbiqi ilə öz bank resurslarını idarə edə bilməz.

Belə olan halda isə fintexlərin inkişafı ləngiyir, müştərilər bank resurslarından effektiv istifadə edə bilmir.

Bu il keçirilən tədbirdə də diqqət çəkən məqam həm də ondan ibarət oldu ki , yenə də “Ödəniş sistemləri və ödəniş xidmətləri” haqqında qanunun qəbulunun növbəti ildə nəzərdə tutulması haqqında mesajlar verildi.

Hansı ki, ötən illər təşkil olunan bu tədbirlərin arxivlərinə baxanda görmək olar ki eyni məzmunlu açıqlamalar o zamanlar da verilib.

Yeni yaranan Fintex Assosiasiyanın və e-Manatın rəhbəri Ruslan müəllim isə Mərkəzi Bankın həm tənzimləyici və həm də bazar iştirakçısı olmasına diqqəti yönəltdi.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Fərid Əhmədov isə yalnız maliyyə-bank sektorunda deyil, cəmiyyətin bütün sahələrində rəqəmsal transformasiyanın vacibliyini diqqətə çatdırdı. Yaxın zamanlarda bütün ölkə üzrə geniş zolaqlı internet infrastrukturun qurulmasının başa çatdırılacağını bildirdi.

Bir müddət öncə Mərkəzi Bankın rəhbərliyi dəyişib.

Sektorda rəqəmsal transformasiya və innovasiyaların tətbiqi, hazırda banklarda mövcud olan mənasız məhdudiyyətlərin aradan qaldırılması, elan olunmasına baxmayaraq hələ də tətbiq olunmayan elektron rezidentlik proqramının icrasına start verilməsi və qlobal ödəniş sistemlərinin, xüsusilə də PayPal-ın ölkəyə gətirilməsi ilə bağlı yeni rəhbərlikdən gözləntilər çoxdur.

Hələlik isə bu haqda konkret mesajlar verilməyib.

Düşünürəm ki, Açıq Bankçılıq prinsiplərinin bütün banklar üçün məcburiliyi və adı çəkilən qanunun qəbulu sektorda vəziyyəti xeyli yaxşılaşdıra bilər.”

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakıda “Fintex Forumu 2025” keçirilir

09-10-2025

“Fintex sammit 2025 - Maliyyə Texnologiyalar Sərgisi” keçirilir

24-06-2025

Fintex şirkətləri bankların rəqibi ola bilərmi?

06-09-2023

Mərkəzi Bankın sədri Taleh Kazımov ötən gün Fintex Assosiasiyasının nümayəndələri ilə növbəti görüş keçirib

04-11-2023

Ekspert: Azərbaycan bu il də The Global Fintech Index 2021 reytinqinə daxil ola bilməyib

22-07-2021

Gələn həftə Bakıda “FİNTEX SAMMİT 2023” maliyyə və texnologiyalar sərgisi keçiriləcək

10-06-2023

Bakıda “Fintex Sammit 2025” keçiriləcək

17-06-2025

Bakıda “Fintex Summit” - Maliyyə və Texnologiyalar Sərgisi keçirilir

16-06-2022

“Bakı Fintex Forumu 2025” keçiriləcək

19-09-2025

Qlobal ödəniş sistemlərinin Azərbaycanda tətbiqi niyə ləngiyir?

21-12-2019

Startap və innovasiya ekosistemin inkişafını əngəlləyən səbəblər hansılardır?

12-04-2021

Bakıda maliyyə və texnologiyalar sərgisi keçiriləcək

21-02-2020

Bakıda “FİNTEX SAMMIT 2020” keçiriləcək

20-08-2020

Ekspert: Çoxları maraqlanır ki, Google Pay istifadəçiyə hansı üstünlüyü qazandıracaq ?

23-08-2022

Bakıda növbəti Fintex Sammiti başlayıb

15-05-2024

Maliyyə və rəqəmsal texnologiyalar həftəsi keçiriləcək

10-05-2019

Zakir Nuriyev: "Fintex" şirkətlərinin şəffaflığının artırılması zəruridir"

13-06-2023

Nağdsız hesablaşmalar niyə inkişaf etmir?

01-08-2019

Türkiyənin fintex sektorunda 199 investisiya layihəsi həyata keçirilib

13-06-2023

"Açıq Bankçılıq" üzrə maksimum köçürmə limiti açıqlanıb

14-05-2026

Azərbaycanda rəqəmsal ödəniş ekosistemində yeni inkişaf dövrü başlayır

10-08-2023

Qasımlı “FINTEX SAMMIT 2025” tədbirində çıxış edib

24-06-2025

Ekspert: Elektron ticarətin inkişafı nə üçün ləngiyir?

15-11-2019

Azərbaycanda maliyyə bazarları üzrə kibertəhlükəsizlik strategiyası hazırlanır

24-11-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə