Previous Next
Bağla

Bakı Metropoliteni bu il Rusiyadan daha 20 vaqon alacaq

11-06-2019 11:39
Bakı Metropoliteni bu il Rusiyadan daha 20 vaqon alacaq

“Bakı Metropoliteni” QSC ilə Rusiyanın "Transmaşholdinq" Səhmdar Cəmiyyəti arasında bu ilin əvvəlində bağlanmış müqaviləyə əsasən, Bakı metropoliteni üçün istehsal edilmiş 10 vaqon artıq Bakıdadır. 

Xeberler.az bildirir ki, "Transmaşholdinq" Səhmdar Cəmiyyəti ilə bağlanmış müqaviləyə görə il ərzində “Bakı Metropoliteni” üçün daha 20vaqon istehsal ediləcək:

"Həmin şirkətin tərkibinə daxil olan "Metrovaqonmaş” ASC-nin istehsal etdiyi 81-765. B81-/766.B modelli bu vaqonlar innovasiyalar baxımından ən müasir - 4-cü nəslə aiddir. Sazlama və sınaq işlərindən sonra istifadəyə veriləcək yeni 10 vaqon əvvəlki nümunələrindən xeyli fərqlənir. Yeni vaqonların qapıları daha enlidir, açılıb-bağlanması işıqlı xəbərdarlıq sistemi ilə təmin edilib. Bundan savayı, vaqonların konstruksiyası səs-küy və istilik izolyasiyasına, kondisioner, ventilyasiya sisteminə, sərnişinlərin elektron qurğularının doldurulması üçün USB portlara malikdir. Baş vaqonlarda əlil arabacıqları üçün yerlər ayrılıb.

İstehsal zamanı, sifarişçi kimi, "Bakı Metropoliteni" QSC-nin texniki şərtləri xüsusi nəzərə alınıb. Bu xüsusda orijinal qrafikalı işıq sxemi yerli informasiya sisteminə uyğunlaşdırılıb. Əsas yeniliklərdən biri kimi, kondisionerlərin Bakının iqlim şəraitinə uyğunlaşdırılması qeyd oluna bilər. Soyutma sistemi daha yüksək keyfiyyət göstəriciləri ilə təmin olunub. Həmçinin Bakı metropoliteninin yol relyefinin mürəkkəbliyi və profili nəzərə alınaraq, bütün vaqonlar dartı mühərriki ilə təmin edilib", - qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, metronun vaqon parkı yenilənməkdə davam edəcək:

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Bakı metropoliteninin perspektiv inkişaf planında vaqon parkının daha müasir və sərnişinlər üçün daha rahat vaqonlarla təmin edilməsi hesabına yenilənməsi də nəzərdə tutulub. 2014-cü ildə "Bakı Metropoliteni" QSC təsis edildikdən sonra bu istiqamətdə görülən işlərin nəticəsi kimi, 2015-ci ildən başlayaraq metropolitenin lokomotiv təsərrüfatında müasirləşmənin əsası qoyulub. Ötən müddət ərzində 25 yeni nəsil vaqonları alınaraq, sərnişindaşıma prosesinə qoşulub. Bu mənada cari il alınacaq vaqonların sayına görə daha fərqli olacaq. 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakı Metropoliteni işini bərpa etdi

04-07-2018

Metroda daxili fiberoptik şəbəkə infrastrukturu yaradılır

12-09-2019

“Bakı Metropoliten”QSC-nin saytı yenilənib

02-06-2015

“Bakı Metropoliteni” beynəlxalq telekommunikasiya sərgisində iştirak edib

08-12-2023

Metro stansiyalarındakı yeni aparatlar nəyə xidmət edir? -Açıqlama

02-12-2015

Bakı Metropoliteninin stansiyalarında reklam lövhələri bərpa olunur

29-04-2015

Texniki məsələlərin tam həllindən sonra metroda WiFi qurula bilər

15-04-2019

Bakı Metropoliteni vahid kart sisteminə keçir

05-08-2015

RYTN-in qurumlarına dövlət nəzarəti artırılıb

09-01-2017

AzərEnerjidə yenidən işıq problemi yarandı

12-07-2018

Bakı Metropoliteni İT sistemlərini “Hökumət buludu”na köçürüb

03-02-2026

Dayanacaqlarda “Bakı Kart” terminalları quraşdırılır - FOTO

28-09-2015

Bakıda Ağ Şəhər metro stansiyası tikiləcək

01-04-2019

"Bakı Metropoliteni" ilk "Dayanıqlılıq Hesabatı"nı hazırlayıb

22-01-2026

İlham Əliyev Bakı-Tbilisi-Qars qatarı ilə tanış olub

04-04-2019

Provayder Bakı Metropolitenini məhkəməyə verib

28-06-2017

Avtovağzal metro stansiyasında İKT-dən geniş istifadə olunub

21-10-2013

Avtobuslar sərnişinləri pulsuz daşıyır

04-07-2018

Metroda təhlükəsizliyi necə qorumaq olar?-Video

23-02-2017

Metro kartını geri qaytarmaq üçün 1 gününüz qaldı

14-08-2015

Bakı Metropoliteni ventilyatorların yay qrafikinin tətbiqinə başlayıb

17-05-2016

Metronun 20 stansiyasını SCADA sistemi ilə təmin edəcək şirkət bəlli olub

02-03-2019

Metronun yeni mobil əlavəsi yaradılacaq

20-11-2025

İlham Əliyev yenidən qurulan metro stansiyası ilə tanış olub

26-03-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə