Previous Next
Bağla

İlham Əliyev Bakı-Tbilisi-Qars qatarı ilə tanış olub

04-04-2019 11:26
İlham Əliyev Bakı-Tbilisi-Qars qatarı ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarı ilə tanış olub.

Xeberler.az  bildirir ki, dövləti başçısı Bakı Dəmir Yolu Vağzalında əvvəlcə Qəbələ dəmir yolu stansiyasının binasının eskiz layihəsinə baxıb.

Sonra Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarı ilə tanış olub.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov bildirib ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə İsveçrənin “Stadler Rail Group” şirkəti tərəfindən istehsal olunan 10 vaqondan ibarət sərnişin qatarı Türkiyə və Gürcüstandan keçməklə martın 29-da Bakıya çatıb. Amma bundan əvvəl qatar Axalkalakidə quraşdırılmış xüsusi qurğuda test rejimində sınaqdan keçirilib. Qatarların Türkiyədə hərəkəti üçün Gürcüstan-Türkiyə-Gürcüstan sərhəd-keçid məntəqəsində vaqonda təkər cütlərinin eninə bazasının avtomatik olaraq 1520 millimetrdən 1435 millimetrə və əksinə dəyişdirilməsini nəzərdə tutan yeni qurğu quraşdırılıb. Qatarda doqquz sərnişin vaqonu və bir restoran var. Vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” olmaqla dörd kateqoriyada istehsal edilib. Kateqoriyasından asılı olaraq, vaqonlar 10, 20 və 32 nəfərlikdir. Ümumilikdə qatarda bir istiqamətə 246 yer nəzərdə tutulub. Saatda 160 kilometr sürətlə hərəkət etmək imkanına malik qatardakı arabacıqlar pnevmatik asılqanla təmin edilib ki, bu da döngələrdə vaqonun tarazlığını tənzimləyir. Bundan başqa, hər bir vaqon dizel generatoru avadanlığı ilə təmin olunub. Bu da lokomotivdə cərəyan olmadıqda vaqonu və ondakı bütün elektrik enerjisi istifadəçilərini 24 saat fasiləsiz elektrik enerjisi ilə təmin edəcək.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkili bu ilə planlaşdırılıb. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında imzalanan müqaviləyə əsasən ikinci mərhələdə daha 10 vaqonun gətirilməsi nəzərdə tutulur.


ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakı-Sumqayıt-Bakı "Ekspres" qatarı fəaliyyətə başlayır

12-10-2023

Azərbaycan və Koreya dəmir yolları rəhbərləri arasında görüş keçirildi

11-04-2019

Bakı-Sumqayıt qatarında bileti mobil telefonla almaq mümkün olacaq

12-09-2015

“Stadler” Azərbaycanda Regional Servis Mərkəzinin yaradılmasına investisiya yatıracaq

24-10-2023

Bakıdan Tbilisə əlavə sürət qatarı təyin edildi

27-05-2019

Nazir Rəşad Nəbiyev Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində Axalkələk stansiyasında görülmüş işlərlə tanış olub

04-04-2022

Bakı-Sumqayıt qatarında kart sistemi tətbiq olunacaq

17-08-2015

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkəti müvəqqəti dayandırılır

11-01-2019

Şimal bölgəsində də qatarlara bilet kompüterlərlə satılacaq

31-03-2009

Bakı-Gəncə sürət qatarında qiymət endirildi

16-03-2019

ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

05-06-2025

Bakı-Qəbələ dəmir yolu xətti niyə boş qalıb?

05-07-2022

Bakıdan Gəncəyə 4 saatlıq yol 100 manata

28-12-2018

ADY qeyri-iş günlərində gücləndirilmiş rejimdə işləyəcək

25-06-2025

“Azərbaycan Dəmir Yolları”na yeni sədr təyin olundu

26-10-2022

Bakı-Sumqayıt qatarlarında elektron ödəniş aktivləşdi

27-07-2023

Prezident: Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik

10-05-2026

Ramin Quluzadə beynəlxalq forumda iştirak edir

28-11-2017

Səhradan keçən ilk yüksəksürətli dəmir yolu istismara verilib

26-09-2018

Ləki-Qəbələ dəmir yolunun nə vaxt tikiləcəyi açıqlandı

30-04-2019

"Azərbaycan Dəmir Yolları" mobil tətbiqini istifadəyə verəcək

11-07-2023

Bakı-Gəncə sürətli qatarında qiymətlər endirildi

31-01-2019

Daha bir qurum İT resurslarını “Hökumət buludu”na köçürür

10-11-2022

Elektron bilet satışı ləğv olunmayıb - Rəsmi açıqlama

08-02-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə