Previous Next
Bağla

Bakı Metropoliteni ventilyatorların yay qrafikinin tətbiqinə başlayıb

17-05-2016 11:48
Bakı Metropoliteni ventilyatorların yay qrafikinin tətbiqinə başlayıb

Mayın 15-dən Bakı metropolitenində ventilyatorların iş rejimi ilə bağlı yay qrafikinin tətbiqinə başlanılıb. Qrafik metropolitendə havalandırma sisteminin səmərəli təşkili məqsədilə tərtib olunur. 

Bu barədə Xeberler.az-a Bakı Metropoliteni QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Bakı Metropoliteni QSC-nin mətbuat rəhbərliyinin tapşırığı ilə ventilyatorların iş prinsiplərinin monitorinqi aparılıb. Yoxlamaların keyfiyyətini təmin etmək məqsədilə yeni ölçü cihazları alınıb və müvafiq iş planı hazırlanıb.

Monitorinq zamanı stansiya və tunellərdə oksigen və karbon qazının miqdarı, rütubət, hava kütləsinin axın istiqamətləri və sürəti, ventilyatorların işçi vəziyyəti öyrənilərək təhlil edilib. Ölçmələr hər stansiyanın 15-dək nöqtəsində aparılıb. Bura keçidlər, vestibüllər, avtomat buraxılış-nəzarət məntəqələri, eskalatorların və pilləkənlərin giriş və çıxış sahələri, stansiyalarda ventilyatorların yerləşdiyi əraziyə ən yaxın və ən uzaq nöqtələr və s. daxil idi.

Ventilyatorların işçi vəziyyəti və optimal gücü ilə bağlı vəziyyət öyrənilib. Təbii havalandırma ilə bağlı müşahidələr aparılıb. Hərəkət zamanı qatarların yaratdığı hava kütləsinin təsiri, həmçinin stansiyaların giriş və çıxışlarında hava axınının vəziyyətinin təhlili, yer təbəqəsinin sərinləşdirici xüsusiyyətləri, xəzri və gilavar küləklərinin təsiri və istiqaməti öyrənilib. Gecə növbəsində stansiya və tunellərdə çalışan işçilər arasında aparılan sorğular da nəzərə alınıb.

Yekunda təsdiq edilmiş yay mövsümünün hər iki qrafiki (hava hərarətinin 35º C-yə qədər olan həddi və 35º C-dən yuxarı göstəricilər üçün) elektrik enerjisində, ventilyasiya avadanlıqlarının istismarında qənaətə imkan verəcək. O, əməyin təşkilində faydalı iş əmsalının artırılmasına, ən vacibi, sərnişinlərə xidmət səviyyəsinin xeyli yüksəldilməsinə əsaslı təsir edəcək.
Yeni qrafik daimi işçi nəzarətin gücləndirilməsini də nəzərdə tutur. Hər gün stansiyalarda monitorinq aparan mikroiqlim laboratoriyasının məlumatı əsasında qrafikin tənzimlənməsini sanitar dispetçer mərkəzi yerinə yetirəcək.

Ventilyatorların yay iş rejimi noyabr ayının 15-ə qədər etibarlı olacaq. Həmin gün qış qrafikinin tətbiqinə başlanılacaq.

Metropolitendə artan sərnişin axınının tələbatı, həmçinin mənəvi cəhətdən köhnəlmiş ventilyatorların daha güclü, müasir və effektli analoqları ilə əvəzlənməsi prosesi davam edir. Təsdiq olunmuş illik tədbirlər planına uyğun olaraq, 6 yeni havalandırma qurğusunun müasir analoqları ilə əvəzlənməsi aparılır. İki belə avadanlıq artıq istismara hazırdır. Daha 6 ventilyatorun isə modernləşdirilərək, əsaslı yenidən qurulması da uğurla aparılır. 

Müasir standartlara cavab verən üç belə avadanlıq da istismara verilib. Digər havalandırma qurğularının fəal quraşdırma və ilkin hazırlıq işləri isə davam etdirilir.


Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Metroda daxili fiberoptik şəbəkə infrastrukturu yaradılır

Metroda daxili fiberoptik şəbəkə infrastrukturu yaradılır

12-09-2019
Bakı Metropoliteni işini bərpa etdi

Bakı Metropoliteni işini bərpa etdi

04-07-2018
Bakı Metropoliteninin stansiyalarında reklam lövhələri bərpa olunur

Bakı Metropoliteninin stansiyalarında reklam lövhələri bərpa olunur

29-04-2015
İlham Əliyev yenidən qurulan metro stansiyası ilə tanış olub

İlham Əliyev yenidən qurulan metro stansiyası ilə tanış olub

26-03-2019
Bakı Metropoliteni bu il Rusiyadan daha 20 vaqon alacaq

Bakı Metropoliteni bu il Rusiyadan daha 20 vaqon alacaq

11-06-2019
“Bakı Metropoliteni” beynəlxalq telekommunikasiya sərgisində iştirak edib

“Bakı Metropoliteni” beynəlxalq telekommunikasiya sərgisində iştirak edib

08-12-2023
Bakı-Sumqayıt qatarında bileti  mobil telefonla almaq mümkün olacaq

Bakı-Sumqayıt qatarında bileti mobil telefonla almaq mümkün olacaq

12-09-2015
RYTN-in qurumlarına  dövlət nəzarəti artırılıb

RYTN-in qurumlarına dövlət nəzarəti artırılıb

09-01-2017
Bakı Metropoliteni vahid kart sisteminə keçir

Bakı Metropoliteni vahid kart sisteminə keçir

05-08-2015
"Bakı Metropoliteni" ilk "Dayanıqlılıq Hesabatı"nı hazırlayıb

"Bakı Metropoliteni" ilk "Dayanıqlılıq Hesabatı"nı hazırlayıb

22-01-2026
“Metro kartlarının verilməsində problem yoxdur”

“Metro kartlarının verilməsində problem yoxdur”

15-08-2015
Kəlbəcərdə avtonom radiomonitorinq stansiyası istifadəyə verilib

Kəlbəcərdə avtonom radiomonitorinq stansiyası istifadəyə verilib

09-06-2026
Bakı-Nyu-York və əks istiqamətdə uçan sərnişinlər təyyarədə konkret yer seçə biləcək

Bakı-Nyu-York və əks istiqamətdə uçan sərnişinlər təyyarədə konkret yer seçə biləcək

14-04-2015
5 dövlət qurumunun ölçmə vasitələrində nöqsanlar aşkar edilib

5 dövlət qurumunun ölçmə vasitələrində nöqsanlar aşkar edilib

25-08-2023
Metronun yeni mobil əlavəsi yaradılacaq

Metronun yeni mobil əlavəsi yaradılacaq

20-11-2025
ADAU-da İKT-nin tətbiqi genişlənir

ADAU-da İKT-nin tətbiqi genişlənir

10-08-2015
 “Bakı Metropoliten”QSC-nin saytı yenilənib

“Bakı Metropoliten”QSC-nin saytı yenilənib

02-06-2015
Bakıda Ağ Şəhər metro stansiyası tikiləcək

Bakıda Ağ Şəhər metro stansiyası tikiləcək

01-04-2019
Metro kartını geri qaytarmaq üçün 1 gününüz qaldı

Metro kartını geri qaytarmaq üçün 1 gününüz qaldı

14-08-2015
ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

05-06-2025
Polis Bakı metrosunda əməliyyat keçirdi-Rəsmi

Polis Bakı metrosunda əməliyyat keçirdi-Rəsmi

26-03-2016
Qatarlarda ödənişsiz “Wi-Fi” xidmətinin tətbiqinə başlanılır

Qatarlarda ödənişsiz “Wi-Fi” xidmətinin tətbiqinə başlanılır

29-10-2024
Texniki məsələlərin tam həllindən sonra metroda WiFi qurula bilər

Texniki məsələlərin tam həllindən sonra metroda WiFi qurula bilər

15-04-2019
Avtovağzal metro stansiyasında İKT-dən geniş istifadə olunub

Avtovağzal metro stansiyasında İKT-dən geniş istifadə olunub

21-10-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə