Previous Next
Bağla

"Bakı Metropoliteni" ilk "Dayanıqlılıq Hesabatı"nı hazırlayıb

22-01-2026 09:46
"Bakı Metropoliteni" ilk "Dayanıqlılıq Hesabatı"nı hazırlayıb

"Bakı Metropoliteni" QSC 2024-cü ili əhatə edən ilk "Dayanıqlılıq Hesabatı"nı hazırlayıb.

Xeberler.az QSC-yə istinadən xəbər verir ki, Qlobal Hesabat Təşəbbüsü (GRI) standartlarına uyğun tərtib olunan Hesabat müəssisənin dayanıqlı gələcəyə yönəlmiş fəaliyyətini əhatə etməklə yanaşı, şəffaflıq və hesabatlılıq prinsiplərinə sadiqliyini nümayiş etdirir. Sənəddə korporativ idarəetmə, əməkdaşların sosial rifahı, təhlükəsizlik, xidmət keyfiyyəti, eləcə də ətraf mühit, sosial və idarəetmə (ESG) sahələrində görülən işlər öz əksini tapıb.

Şəhər nəqliyyatında dayanıqlılığın artırılması istiqamətində ardıcıl addımlar atan Bakı Metropoliteni sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsini və təhlükəsiz hərəkətin təminini əsas prioritet kimi müəyyənləşdirib. 2024-cü ildə Bakı metrosu 230 milyona yaxın sərnişinə xidmət göstərib.

Qəbul edilmiş Dövlət Proqramına uyğun olaraq, 2030-cu ilədək metropoliten şəbəkəsinin genişləndirilməsi, xətlərin uzadılması və 10 yeni stansiyanın tikintisi nəzərdə tutulur. Bu addımlar paytaxtın ictimai nəqliyyat sisteminin daha səmərəli və dayanıqlı inkişafına xidmət edəcək.

Rəqəmsal transformasiya sahəsində əldə olunan nailiyyətlər çərçivəsində metropolitenin bütün stansiyalarında QR bilet əsaslı ödəniş sisteminin tətbiqi sərnişinlərin səfər prosesinin daha sürətli və rahat təşkilinə imkan yaradıb. Bu, xidmətlərin əlçatanlığının və istifadəçi yönümlülüyünün artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Ətraf mühitə məsuliyyətli yanaşma və enerji səmərəliliyinin yüksəldilməsi istiqamətində də mühüm irəliləyişlər əldə olunub. Stansiyalarda müasir və qənaətli LED işıqlandırma sistemlərinin tətbiqi enerji istehlakının optimallaşdırılmasına və ekoloji həssaslığın gücləndirilməsinə töhfə verib.

GRI standartlarına uyğun sistemli hesabat çərçivəsinin qurulması Bakı Metropoliteni üçün mühüm institusional mərhələ olmaqla yanaşı, məlumatların toplanması və idarə olunması mexanizmlərinin təhlilinə imkan yaradıb, inkişaf potensialı olan sahələrin müəyyənləşdirilməsinə şərait formalaşdırıb.

Bildiririk ki, hazırlanmış "Dayanıqlılıq Hesabatı" və əldə edilən nəticələr gələcək illərdə bu istiqamətdə fəaliyyətin daha da təkmilləşdirilməsi üçün etibarlı əsas rolunu oynayacaq və paytaxtın ictimai nəqliyyat sistemi üçün daha dayanıqlı, inklüziv və davamlı gələcəyə töhfə vermək məqsədinə xidmət edəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Metro stansiyalarındakı yeni aparatlar nəyə xidmət edir? -Açıqlama

02-12-2015

Azercell ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

08-05-2024

Metroda daxili fiberoptik şəbəkə infrastrukturu yaradılır

12-09-2019

RİNN və AİB arasında anlaşma memorandumu imzalanıb

14-11-2024

ABB 2023-cü il üzrə Dayanıqlı İnkişaf Hesabatını açıqladı!

05-06-2024

Bakı Metropoliteni işini bərpa etdi

04-07-2018

Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub

17-03-2026

“Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub

18-10-2024

Texniki məsələlərin tam həllindən sonra metroda WiFi qurula bilər

15-04-2019

Azercell “GSMA M360 2024” konfransı çərçivəsində ilk ESG hesabatını təqdim etdi

16-05-2024

"BNF"-nin sammitində Sammitində mühüm qərarlar qəbul olunub

07-05-2026

Bakıdakı bütün avtobuslarda NFC ilə ödəniş mümkün olacaq

05-11-2025

ADY-nin ilk “Dayanıqlılıq hesabatı”nın təqdimatı keçirilib

23-10-2024

Yaşıl hesablamalar: davamlı gələcək üçün innovasiyalar adlı seminar keçirilib

18-12-2024

“Azerconnect Group” BMT-nin Qlobal Sazişinə qoşulub

05-11-2024

Azərkosmos BMT-nin “Qlobal Saziş” təşəbbüsünə qoşulub

15-11-2023

“Bakı Metropoliteni” beynəlxalq telekommunikasiya sərgisində iştirak edib

08-12-2023

Bakı Metropoliteni bu il Rusiyadan daha 20 vaqon alacaq

11-06-2019

Azercell COP29-un telekommunikasiya tərəfdaşıdır

04-11-2024

Azərbaycan 12-ci Nəqliyyat Statistikası Görüşündə təmsil olunub

01-04-2026

AZAL-ın təyyarələrində internetə çıxış olacaq

19-11-2025

İKT sahəsi üzrə dövlət standartları təsdiq edilib

09-12-2025

Bakı Metropoliteninin stansiyalarında reklam lövhələri bərpa olunur

29-04-2015

“AzInTelecom”un Data Mərkəzi “TIER III” sertifikatına layiq görülüb

05-03-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə