Previous Next
Bağla

Kəlbəcərdə avtonom radiomonitorinq stansiyası istifadəyə verilib

09-06-2026 10:32
Kəlbəcərdə avtonom radiomonitorinq stansiyası istifadəyə verilib

Respublika ərazisində radionəzarət imkanlarının genişləndirilməsi və radiotezlik spektrinin daha səmərəli idarə olunması istiqamətində həyata keçirilən tədbirlər davam edir. Bu çərçivədə Kəlbəcərdə yeni günəş panelli avtonom radiomonitorinq stansiyası (RMS) quraşdırılaraq istismara verilib.

Xeberler.az məlumat verir ki, müasir texnologiyalar, o cümlədən SDR (proqram əsaslı radioqəbuledici) avadanlıqları ilə təchiz olunan stansiya vasitəsilə Kəlbəcər şəhəri və ətraf ərazilərdə radio yayımlarının, həmçinin radiotezlik spektrinin məsafədən operativ monitorinqi təmin edilir.

Bildirilib ki, yaradılan yeni infrastruktur radiomonitorinq proseslərinin daha çevik və effektiv həyata keçirilməsinə imkan yaradır. Stansiyanın texniki imkanları sayəsində günün istənilən vaxtında sistemə məsafədən qoşulmaq, real vaxt rejimində spektr məşğulluğunu izləmək, ölçmə nəticələrini təhlil etmək və radionəzarət proseslərini uzaqdan idarə etmək mümkündür.

Qeyd olunub ki, avtonom RMS-də müasir texnoloji tələblər nəzərə alınmaqla modernizasiya işləri aparılıb, videomüşahidə sistemi quraşdırılıb və enerji resurslarından səmərəli istifadə məqsədilə avadanlıqların məsafədən aktiv və ya deaktiv edilməsinə imkan verən idarəetmə funksiyası tətbiq olunub.

Kəlbəcərdə istifadəyə verilən yeni stansiya işğaldan azad edilmiş ərazilərdə radiotezlik spektrinin monitorinqi və radionəzarət imkanlarının gücləndirilməsi istiqamətində görülən işlərin növbəti mərhələsi hesab olunur.

Məlumata görə, Dövlət Radiotezliklər İdarəsi tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində artıq Şuşa, Laçın, Zəngilan, Ağdam və Kəlbəcərdə avtonom radiomonitorinq stansiyalarının qurulması təmin edilib.

Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə təsdiq edilmiş iş planına uyğun olaraq radiomonitorinq, ölçmə, texniki nəzarət və vizual baxış tədbirləri davam etdirilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kəlbəcərdə radio və televiziya yayımı təmin olunub

Kəlbəcərdə radio və televiziya yayımı təmin olunub

04-10-2021
Laçın Radio-Televiziya Yayımı Stansiyası istismara verilib

Laçın Radio-Televiziya Yayımı Stansiyası istismara verilib

09-09-2022
Ağdərədə növbəti Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib

Ağdərədə növbəti Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib

17-01-2025
Dövlət Radiotezliklər İdarəsinin yaranmasından 50 il ötür

Dövlət Radiotezliklər İdarəsinin yaranmasından 50 il ötür

19-10-2018
Azərbaycanın qərb bölgəsində radiomonitorinq keçirilir

Azərbaycanın qərb bölgəsində radiomonitorinq keçirilir

31-10-2013
Zəngilanda radio və televiziya yayımı təmin olunub

Zəngilanda radio və televiziya yayımı təmin olunub

20-10-2021
 Şuşa Radio-Televiziya Yayım Stansiyasının tikintisinə başlanılacaq

Şuşa Radio-Televiziya Yayım Stansiyasının tikintisinə başlanılacaq

27-03-2023
Dövlət Radiotezliklər İdarəsi Azərbaycanın altı rayonunda monitorinq aparıb

Dövlət Radiotezliklər İdarəsi Azərbaycanın altı rayonunda monitorinq aparıb

11-08-2009
Ağdərədə üç radio-televiziya yayım stansiyasının fəaliyyəti bərpa edilib

Ağdərədə üç radio-televiziya yayım stansiyasının fəaliyyəti bərpa edilib

29-12-2025
İşğaldan azad edilmiş ərazilərdə yayımlanacaq xarici kanalın adı məlum olub

İşğaldan azad edilmiş ərazilərdə yayımlanacaq xarici kanalın adı məlum olub

28-12-2020
Bölgələrdə TV və FM proqramlarının yayım vəziyyəti araşdırılır

Bölgələrdə TV və FM proqramlarının yayım vəziyyəti araşdırılır

30-04-2015
Azercell yaşıl baza stansiyalarının sayını artırır

Azercell yaşıl baza stansiyalarının sayını artırır

14-10-2024
Azərbaycanda Milli radiomonitorinq şəbəkəsi yaradılır

Azərbaycanda Milli radiomonitorinq şəbəkəsi yaradılır

24-06-2011
Qubadlıda radio və televiziya yayımı təmin edilib

Qubadlıda radio və televiziya yayımı təmin edilib

25-10-2021
TV və FM proqramlarının yayım vəziyyəti araşdırılıb

TV və FM proqramlarının yayım vəziyyəti araşdırılıb

08-10-2015
“Azercell” azad edilmiş ərazilərdə 100-ə yaxın baza stansiya quraşdırıb

“Azercell” azad edilmiş ərazilərdə 100-ə yaxın baza stansiya quraşdırıb

10-03-2023
İşğaldan azad edilmiş ərazilərdə aparılan dövlət torpaq kadastr uçotu işləri açıqlanıb

İşğaldan azad edilmiş ərazilərdə aparılan dövlət torpaq kadastr uçotu işləri açıqlanıb

18-10-2023
“Nar” işğaldan azad edilmiş ərazilərdə şəbəkəsini genişləndirməyə davam edir

“Nar” işğaldan azad edilmiş ərazilərdə şəbəkəsini genişləndirməyə davam edir

10-06-2021
 Azərbaycanda analoq televiziya yayımı dayandırılacaq

Azərbaycanda analoq televiziya yayımı dayandırılacaq

18-01-2015
Naxçıvan MR-də mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti radiomonitorinq edilib

Naxçıvan MR-də mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti radiomonitorinq edilib

24-04-2024
“Azercell” azad olunmuş ərazilərdə şəbəkəsini genişləndirir

“Azercell” azad olunmuş ərazilərdə şəbəkəsini genişləndirir

09-08-2021
Xankəndi artıq "Azercell" in əhatə dairəsində!

Xankəndi artıq "Azercell" in əhatə dairəsində!

01-10-2023
"Nar" Azərbaycanın azad edilmiş ərazilərində IT infrastrukturunu genişləndirməyi planlaşdırır

"Nar" Azərbaycanın azad edilmiş ərazilərində IT infrastrukturunu genişləndirməyi planlaşdırır

12-03-2021
Azərbaycan mütəxəssisləri Koreya Respublikasında İKT eksperti beynəlxalq sertifikatına layiq görülüb

Azərbaycan mütəxəssisləri Koreya Respublikasında İKT eksperti beynəlxalq sertifikatına layiq görülüb

09-11-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə