Previous Next
Bağla

Bakı metrosunda Wi-Fi olacaqmı?

08-09-2015 11:54
Bakı metrosunda Wi-Fi olacaqmı?

“Bakı metrosunda Wi-Fi olmayacaq və hazırda bu məsələ heç müzakirə də olunmur”.

Son dövrlərdə Azərbaycanda informasiya cəmiyyətinin formalaşması sürətlənib, informasiya texnologiyaları xeyli inkişaf edib. Mobil telefon daşıyıcılarının sayı artıb. Dövlət qurumları və şirkətlər tərəfindən xeyli sayda xidmətlər elektron formada təqdim olunur. Belə olan təqdirdə insanların bu xidmətlərə əlçatımlığının artmasına ciddi ehtiyac var.  Bu məqsədlə yalnış iş yerlərində deyil, eyni zamanda ictimai əhəmiyyət kəsb edən yerlərdə, insanların daha çox olduğu yerlərdə- parklarda, bulvarda, o cümlədən sərnişin nəqliyyatında da Wi-Fi şəbəkəsinin olmasına ciddi ehtiyac yaranıb. Son dövrlərdə  bu tip bir sıra yerlərdə , o cümlədən universitet şəhərciklərində pulsuz Wi-Fi şəbəkəsi quraşdırılıb.
 Amma insanların daha çox istifadə etdiyi ictimai nəqliyyatda, xüsusən metroda Wi-Fi şəbəkəsi hələlik quraşdırılmayıb.

Məsələylə bağlı “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Xeberler.az-a bildirib ki, metroda Wi-Fi olmayacaq və hazırda bu məsələ heç müzakirə də olunmur. Metropoliten rəsmisi  qeyd edib ki, indiki halda heç bir metro stansiyamızda Wi-Fi şəbəkəsinin qurulmasından söhbət belə getmir: “Yaxın gələcəkdə deyə bilmərəm, amma hazırda metroda Wi-Fi şəbəkəsinin qurulması ilə bağlı məsələ aktual deyil”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesab edir ki, metroda, digər ictimai nəqliyyat növlərində, insanların daha çox toplaşdığı yerlərdə  Wi-Fi şəbəkəsinin olması çox vacibdir. Belə ki, indiki dövrdə insanlar problemlərini qısa müddətdə, çevik və effektiv, rahat formada  həll etmək istəyirlər. Həm də axı elektron hökumət quruculuğundan da faydalanmaq lazımdır. Əgər bu tip əlçatımlıq olarsa, insanlar elektron xidmətlərdən də faydalana bilərdilər. Osman Gündüz nəinki dünya ölkələrində, eləcə də qonşu  ölkələrdə artıq bu tip məsələlərin, həm də buradakı təhlükəsizlik məsələlərinin də öz həllini tapdığını da diqqətə çatdırıb.

O vurğulayıb ki, Bakı Metropoliteni internet provayderlərlə, mobil operatorlarla əlaqəyə girərək qarşılıqlı əməkdaşlıq əsasında bu problemi həll edə bilərlər: “Qonşu ölkələrin bir neçəsində artıq metro stansiyalarında Wi-Fi şəbəkəsi qurulub. Nəinki ictimai nəqliyyat, hətta vətəndaşların daha çox gəzinti məqsədilə  istifadə etdikləri küçə və prospektlər, ictimai əhəmiyyətli yerlər Wi-Fi-la təmin olunub”.

Osman Gündüz Azərbaycanda da insanların ictimai informasiyalardan, elektron xidmətlərdən daha effektiv istifadəsi üçün münbit şərait yaradılmasının faydalı olacağını bildirib.

 

Mirvari Nəcəf

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Metro stansiyalarındakı yeni aparatlar nəyə xidmət edir? -Açıqlama

Metro stansiyalarındakı yeni aparatlar nəyə xidmət edir? -Açıqlama

02-12-2015
Bakcell Bakı metropolitenində mobil internet (3G) təşkil edəcək

Bakcell Bakı metropolitenində mobil internet (3G) təşkil edəcək

24-02-2012
Elektron xidmətlərin ictimai müzakirəsi keçiriləcək

Elektron xidmətlərin ictimai müzakirəsi keçiriləcək

10-04-2014
Metroda daxili fiberoptik şəbəkə infrastrukturu yaradılır

Metroda daxili fiberoptik şəbəkə infrastrukturu yaradılır

12-09-2019
Texniki məsələlərin tam həllindən sonra metroda WiFi qurula bilər

Texniki məsələlərin tam həllindən sonra metroda WiFi qurula bilər

15-04-2019
Nar metroda LTE xidmətini təqdim edib

Nar metroda LTE xidmətini təqdim edib

07-02-2018
Ekspert deputatları, siyasətçiləri, ictimai fəalları - Qınadı

Ekspert deputatları, siyasətçiləri, ictimai fəalları - Qınadı

04-04-2019
Elektron Təhlükəsizlik Xidməti xəbərdarlıq yayıb

Elektron Təhlükəsizlik Xidməti xəbərdarlıq yayıb

07-03-2019
Metroda sürətli internet olacaq-Yenilik

Metroda sürətli internet olacaq-Yenilik

17-01-2018
Yaxın vaxtlarda VISA kartlarla istənilən nəqliyyat vasitəsində istifadə olunacaq - Ekspert

Yaxın vaxtlarda VISA kartlarla istənilən nəqliyyat vasitəsində istifadə olunacaq - Ekspert

28-08-2023
Mobil texnologiyalar insanların sağ qalmasına necə kömək edə bilər ?

Mobil texnologiyalar insanların sağ qalmasına necə kömək edə bilər ?

20-05-2015
Ekspert: “Mobil məhkəmə” yenidən qurulacaq

Ekspert: “Mobil məhkəmə” yenidən qurulacaq

16-02-2022
Metroda gediş-gəlişlər cib telefonu vasitəsilə həyata keçiriləcək

Metroda gediş-gəlişlər cib telefonu vasitəsilə həyata keçiriləcək

13-07-2010
“İctimai - sosial əhəmiyyətli və kütləvi xidmətlərin SİYAHISI” Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim edilib.

“İctimai - sosial əhəmiyyətli və kütləvi xidmətlərin SİYAHISI” Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim edilib.

11-03-2014
Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

02-04-2021
Azercell 4G metroda səninlə!

Azercell 4G metroda səninlə!

01-02-2022
İctimai Şuranın facebook səhifəsi yaradılıb

İctimai Şuranın facebook səhifəsi yaradılıb

11-03-2013
Bakı Metropoliteninin stansiyalarında reklam lövhələri bərpa olunur

Bakı Metropoliteninin stansiyalarında reklam lövhələri bərpa olunur

29-04-2015
“Eurovision 2012” mahnı müsabiqəsi ilə bağlı AİF -in Təklifləri

“Eurovision 2012” mahnı müsabiqəsi ilə bağlı AİF -in Təklifləri

28-03-2012
“SİM kartlara qoyulacaq qadağa problemlər yaradacaq”

“SİM kartlara qoyulacaq qadağa problemlər yaradacaq”

11-05-2017
Ekspert Prezident yanında İctimai Palatanın yaradılması haqqında danışdı

Ekspert Prezident yanında İctimai Palatanın yaradılması haqqında danışdı

08-02-2019
“Avropa Oyunları zamanı İnternet və informasiya mübadiləsi proseslərini dörd qurum monitorinq edəcək”

“Avropa Oyunları zamanı İnternet və informasiya mübadiləsi proseslərini dörd qurum monitorinq edəcək”

23-04-2015
Bakıdakı bütün avtobuslarda NFC ilə ödəniş mümkün olacaq

Bakıdakı bütün avtobuslarda NFC ilə ödəniş mümkün olacaq

05-11-2025
“Mobil texnologiyalar daha əlçatan olmalıdır”

“Mobil texnologiyalar daha əlçatan olmalıdır”

04-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə