Previous Next
Bağla

Osman Gündüz: Keyfiyyətli internet problemi necə həll olunacaq?

20-08-2021 20:15
Osman Gündüz: Keyfiyyətli internet problemi necə həll olunacaq?
"Azərbaycanda internetin əlçatımlığı və keyfiyyəti ilə bağlı problem uzun müddətdir ki öz həllini tapa bilməyib. Hökumət tərəfindən bu problemin kökündən həlli istiqamətində müəyyən cəhdlər olsa da indiyədk bunlar reallaşmayıb. Xüsusən də regionlarda və kəndlərdə, o cümlədən Bakı ətrafında və əhalinin daha az məskunlaşdığı ərazilərdə bu problem daha ciddidir".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, xüsusən regionlarda və kəndlərdə, o cümlədən Bakı ətrafında və əhalinin daha az məskunlaşdığı ərazilərdə bu problem daha ciddidir. Ötən il Bakı ətrafında keyfiyyətli internetə əlçatımlıqla bağlı böyük həcmdə dövlət vəsaitləri ayrılsa da hələlik real nəticələr ortada yoxdur:
 
"Qonşu ölkələrdə bu istiqamətdə müəyyən üstünlük olsa da müşahidələr göstərir ki , elə onların da bəzilərində oxşar problemlər qalmaqdadır. Maraqlıdır ki, ölkələrin bir çoxunda son zamanlar bu problemin həllinə, xüsusən də ucqarlarda və əhali az yaşağan yerlərdə həllinə yanaşmalar xeyli dəyişib. Azərbaycanda bu problemin həlli üçün NRYTN yeni yanaşma irəli sürüb.
 
Nazirlik bu problemi dövlət və özəl tərəfadşlığı çərçivəsində, yəni dövlət provayderi olan Aztelekom və ya Baktelecom-la digər özəl provayderlərin əməkdaşlığı ilə həll etmək niyyətindədir".
 
Osman Gündüz bildirib ki, bununla bağlı artıq Nazirlik açıqlamalar da verib. Amma hələlik bu əməkdaşlığın prinsipləri, dövlət və özəl provayderlərin hüquq və vəzifələri haqqında heç bir açıqlama verilməyib. Kəndlərdə yeni qurulacaq magistral şəbəkə, həmçinin son nötqtəyədək olan xətlərin necə qurulacağı, hansı texnologiyadan istifadə ediləcəyi, kimin bu infrastrukturu quracağı və qurulmuş infrastruktur üzərində mülkiyyətin kimə məxsus olacağı haqqında açıqlamalar verilməyib:
 
"Ümid edirəm ki, NTRYN-nin şərtləri özəl provayderlər üçün cəlbedici olacaq. Gözlənilən o idi ki, NRYTN kəndlərdə və qəsəbələrdə, daha az əhali yaşayan yerlərdə magistral infrastrukturu özü quracaq, müxtəlif texnologiyalar tətbiq ediləcək, lakin son nöqtəyə internetin çəkilməsini özəllərə həvalə edəcək.
Qeyd etdiyim kimi hələlik bununla bağlı vəziyyət açıqlanmayıb".
 
Bəs qonşu ölkələr bu problemi necə etmək istəyirlər ?
 
Ekspert qeyd edib ki, qonşu ölkələr əhalinin daha az yaşadığı ərazilərdə, ucqarlarda və kəndlərdə bu probelmi həll etmək üçün son dörlərdə daha innovativ yanaşma sərgiləyrilər. Qazaxstan, Qığızıstan və Gürcüstan artıq StarLink və One Web ilə danışıqlar apararaq onların peyklərindən internet əldə etməklə adı çəkilən əraizlərdə keyfiyyətli internetə əlçatanlıq problemini həll etmək niyyətindədir.
 
Bu istiqamətdə artıq adı çəıkilən ölkələr və peyk operatorları ilə bir neçə dəfə müzakirələr aparılıb. Starlink və OneWeb dünyanın istənilən yerində internet təminatını həyata keçirməyə imkan verən qlobal peyk sistemləridir. Bu tip internetin əldə edilməsi üçün müəyyən avadanlığa(antennaya) və routerə sahib olmaq tələb olunur:
 
"Azərbaycanda bu tip peyk internetinin əldə edilməsi imkanları haqqında hələlik rəsmi açıqlamalar verilməyib. Amma Azərkosmos-un son açıqlamalarından və addımlarından belə güman etmək olar ki , bizdə də StarLink və ya OneWeb kimi operatorlardan internet əldə edilməsi istisna olunmur.
 
Belə ki, son zamanlar Azərkosmos Çinin kosmos sahəsində kommersiya fəaliyyətini həyata keçirən məşhur “Satelliteherd” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Bu şirkət “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində diametri 4,2 metr olan yerüstü antennasını da quraşdırıb. Düşünmək olar ki, gələcəkdə Azərkosmos da qlobal peyk sistemlərindən internet əldə edilməsini nəzərdə tutur".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: Keyfiyyətli və əlçatan internet problemi nə zaman həll olunacaq?

21-06-2021

Azərbaycanda orta internet sürəti niyə zəifdir?

15-10-2018

Ekspert: İşıq dirəkləri ilə ölkədə daha sürətli və keyfiyyətli internet infrastrukturu qurula bilər

10-01-2022

Daha bir ölkə “Starlink” peyk rabitəsinə qoşulub

05-02-2026

Azərbaycanın internet problemi: “Əhalinin yarısı kənddə yaşayır, bunu necə həll edək?”

14-01-2021

Həll edilməyən internet problemi: "Keyfiyyətsiz xidmətlə bağlı cərimələr tətbiq edilməlidir”

16-03-2021

Azərbaycan dünya reytinqində internetin sürətinə görə geriləyib

15-10-2019

İnternet problemi niyə həllini tapmır - Ekspertdən AÇIQLAMA

13-04-2021

Özəl provayderlər istifadəçilərə fiber optik internet verə biləcəklərmi?

14-03-2019

Regionlarda keyfiyyətli internet nə vaxt olacaq?

29-08-2017

Ekspert: RİNN 0.5 milyard manatlıq dövlət proqramını öz hesabına həll edə biləcəkmi?

18-10-2021

Ekspert: NRYTN haqsız rəqabət aparır

00-00-0000

Regionlarda internet niyə zəifdir ?

13-09-2019

Ekspert: Nazirin Azercell-dəki görüşündə nələrdən danışılıb?

24-08-2022

Ekspert: Azeurotel-in indiyədək problemi tam aradan qaldıra bilməməsi yolverilməzdir

12-07-2021

Azərbaycanda internetlə bağlı problemlər və onların həlli yolları müzakirə olunub

07-10-2021

Ekspert: Dövlət məmuru bilərəkdən “yuxarıları” aldatmaq üçün yalan danışır

08-11-2019

Ekspert: Azərbaycanda internetin sürəti ürəkaçan deyil

15-09-2021

"SpaceX" ilə əməkdaşlıq Azərbaycana nə qazandıracaq?-RƏY

09-05-2023

10 yaşlı peykimiz ümidləri doğruldubmu?-ŞƏRH

08-02-2023

Ekspert: Nə üçün Starlink Azərbaycanda fəaliyyətə başlaya bilmir?

17-12-2024

Ekspert: Nazirlik çoxdan 5G ilə bağlı açıqlamalar verməli idi

05-09-2022

Azərbaycanda bitməyən internet problemi - Ekspertdən açıqlama

23-09-2020

Ekspert: Nazirlik kabel kanalizasiya infrastrukturunu monopoliyada saxlayır

08-01-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə