Previous Next
Bağla
REKLAM YERİ

Mobil texnologiyalar insanların sağ qalmasına necə kömək edə bilər ?

20-05-2015 12:43
Mobil texnologiyalar insanların sağ qalmasına necə kömək edə bilər ?

Son günlərdə ölkəmizdə bir neçə dəfə dəhşətli yanğınların şahidi olmuşuq. Əlbəttə, bu tip hadisələr hər yerdə olur və heç kim, heç bir ölkə bundan sığortalanmayıb.

Gözlənilməz hadisələrdə ən vacib məqam insanların təhlükəsizliyinin təmin edilməsi, daha az itki ilə bu situasiyadan çıxmaqdır.

Görəsən, Azərbaycanda aiddiyatı qurumlar belə hadisələrdə insanların təhlükəsizliyini, qəza zonasından insanların tez bir zamanda çıxarılmasını nə dərəcədə təmin edə bilirlər? 

Əlbəttə, bu cür hadisələrdə, yanğınlarda, zəlzələlərdə insanların xilas edilməsi üçün müxtəlif texnologiyalardan istifadə edilir. O cümlədən də ölkələrin əksəriyyətində müxtəlif tipli proqram təminatlarından, ağıllı telefonların imkanlarından, mobil tətbiqlərdən yetərincə istifadə olunur. Hadisə baş verən zaman vətəndaşlar öz telefonlarından SOS ( təcili xəbərdarlıq) xidməti ilə təhlükədə olduqlarını qurumlara, yaxınlarına bir düyməni basmaqla bildirə bilirlər.

Bunun üçün hər bir istifadəçi qabaqcadan orda qeydiyyatdan keçir və öz yaxınlarının da əlaqə vasitələrini qeyd edir.

Həmçinin “Mobil xilasedicilər” adlanan mobil tətbiqləri telefonlarına yükləyib, olduqları təhlükəli ərazini, dəqiq yeri səlahiyyətli qurumlara, yaxınlarına  işarə edə bilirlər. Eyni zamanda səlahiyyətli qurumlardan təhlükələrlə bağlı mesajlar qəbul edə bilirlər.

Bəs görəsən, bizdə bu tip sistemlər varmı ? Elə çox uzağa getməyək. Dünən Azadlıq prospektində yanan binada yaşayan hər hansı vətandaş öz ağıllı telefonunda olan bu kimi xidmətlərdən istifadə edə bildimi?

Müşahidələrimiz göstərir ki, hələlik bizdə belə resurslardan istifadə edilməyib. Çünki bəzi insanlar bilmirdi ki, tanıdığı bir insan, hansı ki o binada yaşayır, yanğın zamanı hardadır. İnsanlar buna görə çox nigaran idi. Həmçinin içəridə başqa bir körpənin də itdiyi deyilirdi. Amma heç kəs bilmirdi ki, onlar həqiqətən də içəridədir və ya xilas edilib?

Xeberler.az məsələ ilə bağlı kiçik araşdırma aparıb ki, ölkəmizdə fövqəladə hallar baş verəndə SOS tipli mobil tətbiqlər, onlayn xidmətlərdən necə yararlanmaq mümkündür? Ümumiyyətlə, bu xidmətlər fəaliyyət göstərirmi?

Xəbərlər məsələ ilə bağlı ekspertlərin də fikrini öyrənib. Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib ki, bu imkanları xarici ölkələrdə xilasedici qurumlar, fövqalədə hallarla bağlı strukturlar yaradır. Osman Gündüz hesab edir ki, Fövqəladə Hallar Nazirliyində (FHN) bu tip mobil resursların yaradılması faydalı olardı. Onun sözlərinə görə, son dövrlərdə  FHN -də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, çevik “112 qaynar xətt sistemi ”, müxtəlif sistemlər yaradılıb. Amma bunlar yetərli hesab oluna bilməz . Bu tip faciələrdən daha az itki ilə çıxmaq üçün FHN və digər qurumların peşəkarlığı, imkanları, xüsusilə də texnoloji imkanları genişləndirilməlidir: “ Təəsüf ki, bu tip hadisələr zamanı insanların qəza zonasında tapılmasına, koordinatının müəyyən edilməsinə, onların xilasına kömək edə biləcək mobil tətbiqləri, SOS tipli proqramları FHN saytında tapmaq hələlik mümkün deyil”.

Osman Gündüz qeyd edib ki, bu resurslar FHN tərəfindən hazırlanırdı, amma təəssüf ki, hələlik ortada heç nə yoxdur. O bildirib ki, FHN saytından başqa bu tip xarici qurumlarda olduğu kimi, sağ qalmaq üçün gərəkli olan öyrədici vəsaitlər, xüsusilə də multimedia vəsaitlər olmalıdır: “Onlayn xidmətlər , mobil tətbiqlər yaradılmalıdır. Baş verən bu tip facilələr zamanı insanların sağ qala bilməsi ilə bağlı bu qurum TV –də, İnternetdə və sosial mediada müvafiq izahat işləri aparılmalıdır.”

Osman Gündüz bildirir ki,  FHN və RYTN yanında İT-nin İnkişafına dəstək Dövlət Fondunun iştirakı ilə bu cür xilasedici startapların,  informasiya sistemlərinin yaradılması çox faydalı olardı.

Forum rəhbəri hesab edir ki, mobil tətbiqlərin, multimedia vəsaitlərinin, onlayn xidmətlərin, öyrədici proqramların FHN –də, digər qurumlarda olması belə faicəli hadisələrdə bir insanın xilasına kömək edə bilərsə, bundan qiymətli heç nə ola bilməz.

 

Məltəm Talıbzadə

Ruhəngiz Muradova

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert:görəsən FHN, yaxud da ETSN meşə yanğınları baş verən əraziləri real vaxtda izləyə bilirlərmi ?

19-08-2022

FHN-in funksiyasını Google icra etdi -RƏY

04-07-2023

Osman Gündüz: "112 Zəng xidməti”nin mobil versiyası nə zaman aktiv olacaq?

17-12-2021

Ekspert: İnnovativ yanğınsöndürmə texnikasından istifadə edilməlidir

26-03-2019

Azərbaycandan Türkiyəyə göndərilən Mobil səhra hospitalı Kahramanmaraşa çatıb

08-02-2023

Bakı metrosunda Wi-Fi olacaqmı?

08-09-2015

FHN-in mobil tətbiqi istifadəyə verilib

18-02-2026

FHN: "Sosial şəbəkələrdə yayılan "məktub" saxtadır"

04-04-2023

FHN xilasediciləri dağıntılar altından 17 yaşlı oğlanı və 12 yaşlı qızı xilas edib-VİDEO

10-02-2023

Fövqəladə Hallar Nazirliyinin elektron xidmətlər portalı yenilənib

11-03-2025

Səlahiyyətli qurumlarımız dünya xəritə servisləri ilə işləyə bilmir- ekspert

11-06-2018

“Mobil texnologiyalar daha əlçatan olmalıdır”

04-04-2015

Ölkəmizdə WhatsApp, Skype kimi platformalar birdəfəlik bloklanıb?

02-06-2017

Yaşayış yeri haqqında e-arayışı hansı qurum tanıyacaq?

16-04-2015

Ekspert: Daha çox hansı mobil operatordan imtina edilib?

10-01-2025

“Elektron Hökumət” portalının rəsmi mobil versiyası varmı ?

20-05-2015

Ölkədən çıxışa STOP qoyulmasını öncədən necə öyrənmək olar?

07-04-2025

Azad edilən ərazilərə köç edənlərin təhlükəsizliyi üçün xüsusi mobil əlavə yaradılır

20-09-2022

Enerji sektorunda baş verən qəza, onun səbəbləri və nəticələri haqqında

04-07-2018

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytı yaradılıb

27-02-2009

4G-yə keçid nəyi dəyişəcək?

26-05-2012

İşıq pulu ilə bağlı baş verən billing problemi təkrarlana bilərmi ?

09-03-2019

Ekspert: "VPN"lərdən istifadə bu şəxslər üçün təhlükəsizdir

16-10-2020

Qazaxıstan FHN AZAL təyyarəsinin qəzası ilə bağlı qaynar xətlər açıb

25-12-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə