Previous Next
Bağla

Yaxın vaxtlarda VISA kartlarla istənilən nəqliyyat vasitəsində istifadə olunacaq - Ekspert

28-08-2023 13:00
Yaxın vaxtlarda VISA kartlarla istənilən nəqliyyat vasitəsində istifadə olunacaq - Ekspert

Hazırda ölkəmizdə nəqliyyat vasitələrində istifadə olunan kartlar ümumidir. Bir neçə il öncə intellektual sistemlər qurulanda onlar üçün xüsusi kartlar yaradılırdı, misal üçün Türkiyədə “İstanbul kartı” ilə bütün nəqliyyat vasitələrindən istifadə etmək olur. Həm yeraltı, həm yerüstü, həm dəniz nəqliyyatında bu kartlardan istifadə etmək mümkündür. Həmçinin bu məntiq Azərbaycanda da tətbiq olunaraq 2015-ci ildə “Bakı kart” yaradıldı.

Bu fikirləri müsahibəsində “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası”nın (AİKTSA) İdarə Heyətinin sədri, ekspert Elvin Abbasov bildirib.

Onun sözlərinə görə, həmçinin xarici ölkələrə səfər edənlər ayaq basdıqları şəhərdə ilk növbədə ictimai nəqliyyata minik kartı əldə etmək üçün ən ucuz variantlara nəzər salırlar. Aparatlar birdəfəlik gediş kartları ilə yanaşı, günlük, bir neçə günlük, həftəlik, aylıq və ya daha uzun müddətli kartlar təklif edir. Günlük kartlar gün ərzində bir neçə dəfə nəqliyyatdan istifadəyə xərclənən puldan daha ucuz başa gəldiyindən, sərnişinlər daha çox bu tip kartlara üstünlük verirlər. Eləcə də gedəcəyi ölkədə qaldığı günü hesablayan insanlar həmin günlər üçün nəqliyyatda istifadədə gediş-dönüşdə limitsiz kartlar əldə edirlər. Azərbaycanda nəqliyyatda ödənişləri həyata keçirən vahid kart sistemi qismən tətbiq olunub.

“Bakı kart”ın yaradılmasında əsas məqsəd vətəndaş üçün bir həll yaratmaq idi. Ancaq hazırda tendensiya dəyişir, yeni növlər, yeni həllər yaradılır. Ölkəmizdə də bu istiqamətdə yeni addımlar atılır. Hazırda yeni həll hər şəxsin öz bank kartı, VISA kart ilə istənilən nəqliyyat vasitəsindən istifadə edə bilməyidir. Bu həm də turistlər üçün nəqliyyatın əlçatanlığını təmin edir. Hazırda bu sistem sürətli qatarlar üçün mümkündür. Ancaq digər nəqliyyat növləri üçün hələ inteqrasiya olunmayıb. Ancaq yaxın dövrdə artıq VISA kartlarla istənilən nəqliyyat vasitələrindən istifadə oluna bilinəcək”, - deyə ekspert bildirib.

Qeyd edək ki, Bakı şəhərinin ictimai nəqliyyatında vahid kart (“Bakı kart”) sistemi tətbiq edilib. “Bakı kart” beynəlxalq standartlara uyğun olaraq sərnişinlərin tələblərinə cavab verən yeni elektron ödəniş kartı kimi təqdim olunur. Kart özündə ümumi nəqliyyat ödənişlərini birləşdirir. “Bakı Metropoliteni” QSC-yə aid metro və “BakuBus” MMC-yə aid bir sıra avtobus nəqliyyat vasitələrində gedişhaqqının ödənişi “Bakı kart” vasitəsilə həyata keçirilir. Bundan əlavə, vahid sistemdə 2 növ kartdan – “Bakı kart” (Plastik kart) və “Bakı kart” - məhdud istifadə üçün (Kağız kart) istifadə edilir.

Hər iki növ kart “Bakı kart” terminallarından, mətbuat köşklərindən və “Bakı kart” loqolu digər satış nöqtələrindən əldə edilir. Layihənin sonrakı mərhələlərində “Bakı kart”dan digər nəqliyyat vasitələrində ödəniş vasitəsi kimi istifadə edilməsi planlaşdırılır. Vahid “Bakı kart” sistemi özündə ictimai nəqliyyat ödənişlərini birləşdirir, ictimai nəqliyyatdan istifadə edənlərin vaxta qənaətini və rahatlığını təmin edir. (Azərtac)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Vahid gediş kart sisteminin tətbiqi başlayır

12-05-2015

Dayanacaqlarda “Bakı Kart” terminalları quraşdırılır - FOTO

28-09-2015

Bakı Metropoliteni vahid kart sisteminə keçir

05-08-2015

Vahid kartla bank xidmətindən də istifadə etmək mümkün olacaq

04-06-2015

Sabahdan Bakıda əksər avtobus kart sisteminə keçir

31-08-2016

Bakıdakı bütün avtobuslarda NFC ilə ödəniş mümkün olacaq

05-11-2025

Metro kartlarından nə vaxta kimi istifadə edə biləcəyik?

06-08-2015

Bakının ictimai nəqliyyatında iki cür kart tətbiq ediləcək-Foto

13-05-2015

Azərpoçt təmassız kartlar emissiya edəcək

23-10-2019

Caspian Development Bank-dan təmassız ödəniş kartları

05-11-2015

Metro və avtobuslarda gedişhaqqı artırıldı

31-07-2018

MDB vahid ödəniş sistemi yaradır

09-11-2016

Nəqliyyatda elektron-kart ödəmə sistemi tətbiq ediləcək

20-10-2011

"Bakı kart"ın mobil tətbiqinin fəaliyyətinin bərpa olunacağı vaxt açıqlanıb

18-10-2024

Bakı Karta internet vasitəsi ilə pul yükləmək olacaq

05-10-2015

Bakı-Sumqayıt qatarında kart sistemi tətbiq olunacaq

17-08-2015

Parabank yeni Visa Virtual kartını təqdim edib

22-09-2010

Naxçıvanda ictimai nəqliyyat nağdsız ödənişə keçir

13-10-2023

“Metro kartlarının verilməsində problem yoxdur”

15-08-2015

Xalqbank-ın plastik kartları Hesab.az-da

14-09-2015

Azərbaycan şirkətləri Türkiyədən “rəqəmsal vizit kart"lar alıb

10-01-2022

Nəqliyyatda gediş haqqı xüsusi kartlarla ödəniləcək

20-11-2010

Azərbaycanda mobil operator bank bazarına girməyə hazırlaşır

02-09-2022

Kingston-dan kiçik kart oxucusu

14-10-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə