Bakıda ilk dəfə keçiriləcək beynəlxalq etik haker konfransı “CyberHackCon 2026"ya sayılı günlər qalıb.
Xeberler.az məlumat verir ki, tədbirin spiker heyətinə mərkəzin direktoru Davud Rüstəmov da qoşulub.
Konfrans oktyabrın 27-də Bakıdakı “The Ritz-Carlton” otelində keçiriləcək. Tədbirdə etik hakerlər, kibertəhlükəsizlik mütəxəssisləri, təhlükəsizlik tədqiqatçıları, “Red Team” və “Blue Team” ekspertləri, “Bug Bounty” tədqiqatçıları, CISO-lar, bank, telekom və dövlət sektorunun texnologiya rəhbərləri bir araya gələcək.
Konfransda dünyanın müxtəlif ölkələrindən 12-dən çox spiker çıxış edəcək. Onların sırasında Milli Kibertəhlükəsizlik Mərkəzinin direktoru Davud Rüstəmov, CERT.GOV.AZ rəhbərinin keçmiş müavini və CISO Tural Məmmədov, “Veiliux” şirkətinin CTO-su və “Speeqr”in CEO-su Şahmir Amir, “Google EMEA”nın Consulting Manager-i Robert Fini, “Signify” və “Underdark.ai”da Head of CTI Kobe Şvarts, NBSP-nin Red Team Manager-i Rahul Vaşişt və digər ekspertlər var.
Gündəlikdə etik hakerlik, hücumyönümlü təhlükəsizlik, boşluqların araşdırılması, “Bug Bounty”, kibertəhdid kəşfiyyatı, rəqəmsal kriminalistika və süni intellekt təhlükəsizliyi mövzuları yer alır.
Konfransın təsisçisi və baş icraçı direktoru İlkin Cavadov bildirib: “Məqsədimiz Azərbaycanda texnikiyönümlü, beynəlxalq standartlara cavab verən kibertəhlükəsizlik icması formalaşdırmaqdır. Dövlət qurumlarının, maliyyə sektorunun və dünya səviyyəli tədqiqatçıların eyni məkanda bir araya gəlməsi bu yolda mühüm addımdır”.
Təşkilatçıların uzunmüddətli hədəfi “CyberHackCon”u regionun və dünyanın aparıcı kibertəhlükəsizlik konfranslarından birinə çevirməkdir.
Ətraflı məlumat: www.cyberhackcon.com
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları