Previous Next
Bağla

Bakıda innovasiya festivalı keçirilir

19-06-2025 21:06
Bakıda innovasiya festivalı keçirilir

SABAH.HUB-ın təşkilatçılığı ilə dövlət qurumları və qabaqcıl özəl sektor nümayəndələrinin tərəfdaşlığı ilə “Baku ID-2025” innovasiya festivalı keçirilir.

Xeberler.az məlumat verir ki, “Jolly Joker Baku” və Daş Salnamə Muzeyində baş tutan builki “Baku ID” tədbiri “The Regional Nexus” mövzusunda təşkil olunub. Bu mövzu Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və Şimali Afrika regionları arasında innovativ və texnoloji əməkdaşlığın inkişafına fokuslanır.

“Baku ID-2025” festivalının rəsmi açılışı SABAH.HUB-ın baş icraçı direktoru Rəhim Bayramlının çıxışı ilə baş tutub. Ardınca çıxış edən İdarə Heyətinin üzvü Fərhad Paşayev tədbirin ölkənin innovasiya gündəmində daşıdığı əhəmiyyətini vurğulayıb.

Rəhim Bayramlı açılış çıxışında Azərbaycanın innovasiya gündəliyində yeni bir mərhələyə keçdiyini bildirərək qeyd edib ki, “SABAH.city” layihəsinin inşasına artıq başlanılıb və bu müasir mərkəz “Baku ID-2026” tədbirinə ev sahibliyi edəcək. Bu addım regionun texnoloji inkişafını sürətləndirərək və Azərbaycanı daha da güclü bir innovasiya mərkəzinə çevirəcək.

Süni intellekt, yeni bacarıqlar və gələcəyin işçi qüvvəsinin formalaşdırılması ilə bağlı çıxış edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) rəhbəri Fariz Cəfərov 4SİM-in fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, qurum tərəfindən həyata keçirilən layihələr gənclər üçün beynəlxalq forumlarda ən son trendləri və innovasiyaları öyrənmək imkanı yaradır. Eyni zamanda, 4SİM Dünya İqtisadi Forumunun qlobal 4Sİ şəbəkəsinin bir hissəsi olaraq, gələcəyin texnologiyalarını və ictimai siyasətini formalaşdırmağa həsr olunmuş 22 mərkəzdən biridir. 4SİM insan kapitalının inkişafını dəstəkləyən təşəbbüslər irəli sürür və texnoloji biliklərin artırılması, təqdimat hazırlığı kimi sahələrdə təlimlər təşkil edərək gənc mütəxəssislərin yetişdirilməsinə dəstək verir.

“Baku ID-2025” festivalının ən diqqətçəkən hissələrindən biri startap müsabiqələridir. Bu müsabiqələr regionun ən perspektivli və yenilikçi layihələrini ortaya qoymaqla yanaşı, gənc sahibkarlar üçün qlobal investorlarla əlaqə qurmaq və öz ideyalarını reallaşdırmaq üçün mühüm imkanlar yaradır. Festivalda investorlar, startaplar və qonaqları yeni tərəfdaşlıqlar üçün geniş imkanlar, dinamik şəbəkələşmə mühiti və real əməkdaşlıqların qurulduğu məhsuldar görüşlər gözləyir. Tədbirdə 32-dən artıq yerli və xarici investor, 75-dən artıq yerli və beynəlxalq startap, 4000-dən artıq iştirakçı və 21-dən artıq tərəfdaş yer alır. Tədbir, həmçinin istedadlı tələbələr üçün də əhəmiyyətli imkanlar yaradır.

Qeyd edək ki, “Baku ID-2025” tədbiri Elm və Təhsil Nazirliyi, SOCAR, “PAŞA Holdinq” və 4SİM kimi aparıcı qurumların tərəfdaşlığı ilə keçirilir. Bu dəstək sayəsində Baku ID artıq yalnız regional deyil, habelə beynəlxalq miqyasda tanınan innovasiya arenasına çevrilməkdədir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Baku ID” innovasiya festivalı keçirilir

19-06-2025

4SİM-in tərəfdaşlığı ilə “Baku ID 2025” innovasiya festivalı keçiriləcək

18-06-2025

4SİM və SABAH.HUB ölkədə startap ekosisteminin inkişafına birgə dəstək göstərəcəklər

27-06-2024

ABB-nin dəstəyi ilə “Baku ID” innovasiya festivalı başlanıb

27-06-2024

Startap və innovasiya festivalı “Baku ID 2025” başa çatıb

21-06-2025

Bakıda “Baku ID” innovasiya festivalı başlayıb

27-06-2024

“Baku ID” festivalında startaplar 2 milyon dollardan artıq investisiya əldə etdilər!

02-07-2024

“Bakcell”dən Azərbaycanın innovasiya ekosisteminə dəstək

08-07-2023

“Investment Readiness” adlı “bootcamp” keçirilir

14-08-2025

İnnovasiya və startap ekosisteminin inkişafı üçün memorandum imzalanıb

30-11-2023

4SİM və “Binance” kripto, blokçeyn və veb3 sahəsində təlim keçirib

24-02-2026

SABAH.HUB İnnovasiya Mərkəzi tərəfindən “Demo Day” tədbiri təşkil olunub

17-01-2024

4SİM “Regional Universitet-Sənaye Birliyi Sammiti”ndə təmsil olunub

27-10-2025

Azərbaycanda 4Sİ texnologiyalarının tətbiqi müzakirə edilib

13-07-2023

Azərbaycan “Dubai FinTech Summit 2025” tədbirində təmsil olunub

14-05-2025

4SİM və Avropa Süni İntellekt Mükəmməlliyi Mərkəzi əməkdaşlığı genişləndir

10-04-2026

4SİM və DİF strateji əməkdaşlıq prioritetlərini müəyyənləşdirir

14-04-2026

Azərbaycan dilində süni intellekt platformasının yaradılması ilə bağlı layihələrin icrasına başlanılıb

26-01-2024

Gənclərin iqlim texnologiyaları sahəsində startapları təqdim edilib

16-11-2024

4SİM-in icraçı direktoru “Innovation 2025” konfransında iştirak edib

02-04-2025

4SİM-də təcrübə keçən tələbə və könüllülərlə görüş keçirilib

13-01-2025

4SİM bu il də INMerge İnnovasiya Sammitinin əsas tərəfdaşıdır

22-09-2025

AzMİU və 4SİM arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

29-01-2026

4SİM DİF-in platformasında Azərbaycanın “NextGen” modelini təqdim edib

01-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə