Previous Next
Bağla

Avtomobil Nəqliyyatı mövzusunda konfrans keçirildi

12-06-2018 11:14
Avtomobil Nəqliyyatı mövzusunda konfrans keçirildi

İyunun 11-də Bakı Ekspo Mərkəzində XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika (TransCaspian/Translogistica 2018) sərgisi çərçivəsində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) fəaliyyətinə dair “Avtomobil Nəqliyyatı – Yeni Tənzimləmə Konsepsiyası” mövzusunda konfrans təşkil edildi.

Xeberler.az bildirir ki, konfransda Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov xidmətin yeni fəaliyyət prinsiplərini iştirakçıların diqqətinə çatdırdı.

H.Həsənov avtomobil nəqliyyatı sahəsi üzrə dövlət tənzimləməsi və nəzarət mexanizmlərinin beynəlxalq və qabaqcıl təcrübəyə uyğun olaraq təkmilləşdirilməsi məqsədilə bir sıra normativ hüquqi aktların layihələrinin hazırlanaraq aidiyyəti üzrə təqdim edildiyini bildirdi.

Tədbirdə həmçinin avtonəqliyyat vasitələri parkının yenilənməsi və növbəti 5 il ərzində nəqliyyatın orta istismar müddətinin təxminən 10 ilə qədər endirilməsi məqsədilə kompleks tədbirlər planının hazırlandığı və hazırlanmış təkliflərdə daşıyıcıları, o cümlədən azgəlirli müntəzəm sərnişin marşrutlarında fəaliyyət göstərən sahibkarları öz avtonəqliyyat vasitələri parkını yeniləməsinə təşviq etmək üçün bir sıra stimullaşdırıcı tədbirlərin görüləcəyi bildirildi.

Eyni zamanda şəhərlərarası və beynəlxalq sərnişin daşımaları ilə bağlı ciddi tədbirlərin görüldüyü bildirildi. Bu sahədə avtobusların “avtovağzaldan-avtovağzala” prinsipi əsasında hərəkətinin təmin edilməsi üçün təkliflər hazırlandığı, tələbata uyğun olaraq paytaxtın bir sıra yerlərində avtostansiyaların təşkili istiqamətində görülən işlər barədə məlumat verildi. Qeyd edildi ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində avtobusların, minik avtomobillərinin, taksilərin və sərnişinlərin, o cümlədən ölkəmizə gələn turistlərin təhlükəsiz və rahat hərəkətinin təmin edilməsi məqsədilə yenidənqurma işləri görülür və bu işlərin tezliklə yekunlaşdırılması nəzərdə tutulur. Şəhərlərarası sərnişin daşımalarında vahid onlayn (elektron) bilet satışı sisteminin təkmilləşdirilməsi ilə bağlı işlərin aparıldığı qeyd edildi.

Konfransda bildirildi ki, beynəlxalq yük daşımalarında iştirak edən yerli daşıyıcıların ölkəmizin geniş nəqliyyat-logistika imkanlarından istifadəsi qənaətbəxş deyil. Yerli daşıyıcılar tərəfindən beynəlxalq daşımalarda təxminən 2000 avtonəqliyyat vasitəsi istismar olunur ki, bunun da yalnız 1239-u müasir tələblərə cavab verir.

Eyni zamanda, Azərbaycan Respublikasının üzv olduğu “Beynəlxalq Nəqliyyat Forumu” çərçivəsində qəbul edilmiş Keyfiyyət Xartiyasının müddəalarının ölkəmizdə tətbiqi məqsədilə bir sıra normativ-hüquqi aktların layihələri hazırlanaraq, aidiyyəti üzrə təqdim edildiyi vurğulandı. Bildirildi ki, Xartiyanın müddəalarının ölkəmizdə tətbiqinin beynəlxalq daşımalarda iştirak edən milli avtodaşıyıcıların Avropanın nəqliyyat xidmətləri bazarına çıxışının asanlaşdırılmasına müsbət töhfə verəcək.

Əlavə olaraq, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin nəzdində fəaliyyət göstərən Təlim-Tədris Mərkəzinin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə də təkliflər hazırlandığı qeyd olundu. Eyni zamanda bu mərkəzdə Beynəlxalq Nəqliyyat Forumunun Keyfiyyət Xartiyasının tələbləri əsasında tədrisin təşkil olunması vasitəsilə həm sürücülər, həm də menecerlər üçün vacib olan beynəlxalq sertifikatlar vermək hüququnu əldə etmək planlarından geniş bəhs edildi.

Konfrans Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə Azərbaycan Texniki Universiteti arasında Razılaşma Protokolunun imzalanması ilə işini yekunlaşdırdı.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Dövlət Avtomobil Nəqliyyatı Xidməti “Daşıyıcı bələdçisi” layihəsinə başlayır

Dövlət Avtomobil Nəqliyyatı Xidməti “Daşıyıcı bələdçisi” layihəsinə başlayır

05-04-2022
Avtomobil nəqliyyatına aid 2 razılaşma protokol imzalandı

Avtomobil nəqliyyatına aid 2 razılaşma protokol imzalandı

13-06-2018
Beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb

Beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb

05-07-2018
Taxoqraf cihazı olmayan sürücülər cəzalandırılacaq

Taxoqraf cihazı olmayan sürücülər cəzalandırılacaq

17-09-2018
Regional avtovağzallara pasport verilib

Regional avtovağzallara pasport verilib

01-06-2018
“100 yeni beynəlxalq sürücü” layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub

“100 yeni beynəlxalq sürücü” layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub

20-07-2022
“100 yeni beynəlxalq sürücü” layihəsinə başlanılıb

“100 yeni beynəlxalq sürücü” layihəsinə başlanılıb

11-05-2022
Türkiyə ilə beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb

Türkiyə ilə beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb

14-12-2018
Bakı-Füzuli-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Bakı-Füzuli-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

06-04-2022
Azərbaycanda nəqliyyat sənədləri elektronlaşır, tələblər dəyişir

Azərbaycanda nəqliyyat sənədləri elektronlaşır, tələblər dəyişir

16-06-2023
Hər iki istiqamətə onlayn bilet satışı mümkün olacaq

Hər iki istiqamətə onlayn bilet satışı mümkün olacaq

22-06-2018
“İcazə blankları”nın yekun bölgüsü başa çatıb

“İcazə blankları”nın yekun bölgüsü başa çatıb

12-01-2022
Bakı Nəqliyyat Agentliyinə yeni hüquq verildi

Bakı Nəqliyyat Agentliyinə yeni hüquq verildi

01-04-2019
Azərbaycanda “Fərqlənmə nişanı”nın verilməsi proseduru sadələşdirilib

Azərbaycanda “Fərqlənmə nişanı”nın verilməsi proseduru sadələşdirilib

28-07-2021
Nazir avtomobil nəqliyyatı və logistika şirkətlərinin nümayəndələri ilə görüşüb

Nazir avtomobil nəqliyyatı və logistika şirkətlərinin nümayəndələri ilə görüşüb

04-08-2022
Nazirlər Kabineti yeni qərar qəbul edib

Nazirlər Kabineti yeni qərar qəbul edib

13-04-2022
Yeni loqo ictimaiyyətə təqdim edildi

Yeni loqo ictimaiyyətə təqdim edildi

14-06-2018
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin yeni internet saytı istifadəyə veriləcək

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin yeni internet saytı istifadəyə veriləcək

04-09-2018
Bakıda XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisi keçirilir

Bakıda XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisi keçirilir

11-06-2018
DANX altı şəhərlərarası müntəzəm avtobus marşrutunu müsabiqəyə çıxarır

DANX altı şəhərlərarası müntəzəm avtobus marşrutunu müsabiqəyə çıxarır

01-06-2022
Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər müəyyənləşəcək

Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər müəyyənləşəcək

18-08-2023
Sumqayıt-Bakı istiqamətində yeni marşrut xətti açılıb

Sumqayıt-Bakı istiqamətində yeni marşrut xətti açılıb

08-04-2019
Avtovağzal gücləndirilmiş iş rejiminə keçir

Avtovağzal gücləndirilmiş iş rejiminə keçir

14-08-2018
Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Azərpoçt yeni layihəyə start verib

Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Azərpoçt yeni layihəyə start verib

01-11-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə