Previous Next
Bağla

Azərbaycanda startapçılara səfər qrantlarının verilməsinə başlanılıb

04-10-2018 14:57
Azərbaycanda startapçılara səfər qrantlarının verilməsinə başlanılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkı (YTP) səfər qrantları verməyə başlayıb. 

Səfər qrantları Azərbaycan Respublikasında fəaliyyət göstərən startap layihələrinin yaradıcılarına xaricdə investisiya yönümlü beynəlxalq startap tədbirlərdə iştirak etmək, həmçinin, xarici investorlarla görüşlər keçirmək üçün səfərlərin təşkil edilməsi məqsədi ilə verilir. 
 
Xeberler.az  bildirir ki, bu gün "Fast Track" Akselerasiya Proqramı çərçivəsində ilk səfər qrantlarının təqdimat mərasimi keçirilib. Səfər qrantı verilən layihələrdən biri "Ticketsetup" startapı olub. Bu layihə çərçivəsində yaradılmış sistemin köməyi ilə bilet satışını çox asanlıqla mərkəzləşmiş qaydada təşkil etmək mümkündür. Sistem biletin yaradılması, biletin satışı və həmçinin biletin yoxlanılması kimi bütün mərhələləri özündə birləşdirir. Həmçinin, satılmış biletlər haqqında müxtəlif hesabatların interaktiv idarəetmə panelindən əldə edilməsinə imkan verir. 
 
İndiyədək Azərbaycanda "Ticketsetup" sistemi vasitəsi ilə 1.5 milyondan artıq bilet satışı həyata keçirilib. Layihə rəhbəri qrant səfəri çərçivəsində Almaniyanın Köln şəhərində Avropanın ən iri startap tədbirlərindən biri hesab edilən "StartupCon" tədbirində və sərgidə iştirak edəcək, akselerasiya proqramlarına qoşulacaq. 

Proqram çərçivəsində Startapların beynəlxalq sərgisində iştirak etməklə yanaşı, sentyabrın 15-dən etibarən "RTZ Center Co-working" mərkəzində 3 ay müddətində pulsuz ofisdən istifadə etmək fürsəti əldə ediləcək. Əsas məqsədi məhsulu Avropa bazarına çıxarmaq və şirkətin rəsmiləşdirilməsi prosesini həyata keçirmək, yerli bazarı dərindən öyrənmək, həmçinin potensial müştərilərlə görüşmək olan layihə YTP tərəfindən verilən səfər qrantı sayəsində qarşıya qoyulan hədəfə daha da yaxınlaşmış olacaq. 

Səfər qrantı verilən digər layihə isə "OnBrunch" layihəsi olub. Bu layihə hazırda ayrı-ayrı ictimai məkanların servislərinin virtual proyeksiyasını yaradır. Həmçinin "Onbranch"da məkanların menyuları, üçölçülü rezervasiya sistemi, onlayn satış, endirimlər və bu kimi məlumatları əldə etmək mümkündür. Sözügedən layihə Türkiyənin İstanbul şəhərində keçiriləcək "Startup İstanbul Competition"a dəvət alıb. 

Qeyd edək ki, "Startup İstanbul" dünyanın 135 ölkəsindən 25000 müraciət arasından seçilmiş 100 finalçının iştirak etdiyi startap yarışı olmaqla yanaşı, həm də nüfuzlu mentorların iştirakı ilə keçirilən forumdur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Deloitte şirkəti Fast-track akselerasiya proqramına qoşulur

Deloitte şirkəti Fast-track akselerasiya proqramına qoşulur

06-10-2018
MTİ ilə Yüksək Texnologiyalar Parkı arasında razılıq əldə olunub

MTİ ilə Yüksək Texnologiyalar Parkı arasında razılıq əldə olunub

13-08-2018
Startapçılar qlobal müsabiqənin yarımfinalında iştirak edəcək

Startapçılar qlobal müsabiqənin yarımfinalında iştirak edəcək

31-05-2017
Sumqayıtın ən innovativ startap layihələri bəlli olub

Sumqayıtın ən innovativ startap layihələri bəlli olub

22-09-2018
 Gəncədə beynəlxalq startap  layihəsinə başlanır

Gəncədə beynəlxalq startap layihəsinə başlanır

13-08-2016
INNOLAND  Silicon Valley ilə əlaqələri gücləndirir

INNOLAND Silicon Valley ilə əlaqələri gücləndirir

18-07-2019
Daha üç uğurlu startap ideyası qalib oldu

Daha üç uğurlu startap ideyası qalib oldu

01-06-2018
Bakıda nəhəng Nəqliyyat qovşağı istifadəyə verildi

Bakıda nəhəng Nəqliyyat qovşağı istifadəyə verildi

15-04-2019
Rusiya fondu Bakıda startaplar üçün tədbir təşkil edir

Rusiya fondu Bakıda startaplar üçün tədbir təşkil edir

01-04-2017
Növbəti startap turunun keçiriləcəyi yer bəlli oldu

Növbəti startap turunun keçiriləcəyi yer bəlli oldu

04-06-2018
14-cü “Mobillik qrantı” müsabiqəsinin nəticələri açıqlanıb

14-cü “Mobillik qrantı” müsabiqəsinin nəticələri açıqlanıb

25-04-2025
Bakıda Startap Günləri keçiriləcək

Bakıda Startap Günləri keçiriləcək

07-02-2018
Fast Track Akselerasiya proqramının qalibləri Silikon vadisi-ndə elan edildi

Fast Track Akselerasiya proqramının qalibləri Silikon vadisi-ndə elan edildi

07-11-2018
Sabah Startap Günləri başlayır- Nələr olacaq?

Sabah Startap Günləri başlayır- Nələr olacaq?

22-02-2018
Startap  Günlərinə qeydiyyat başlayıb

Startap Günlərinə qeydiyyat başlayıb

19-10-2015
EnterpriseAzerbaijan.com Böyük Britaniyada təqdim olunur

EnterpriseAzerbaijan.com Böyük Britaniyada təqdim olunur

14-05-2019
Startaplar 25 min dollar uğrunda yarışacaq

Startaplar 25 min dollar uğrunda yarışacaq

13-10-2015
Sabah Bakıda Startap Günləri  başlayacaq

Sabah Bakıda Startap Günləri başlayacaq

13-11-2014
Startup Azərbaycan fevralın 1-dən başlayacaq

Startup Azərbaycan fevralın 1-dən başlayacaq

27-01-2015
Azercell və “Mələk İnvestorlar Məktəbi” startap və investorları bir araya gətirir

Azercell və “Mələk İnvestorlar Məktəbi” startap və investorları bir araya gətirir

01-11-2025
Növbəti startap turu Lənkəranda keçiriləcək

Növbəti startap turu Lənkəranda keçiriləcək

16-05-2018
AMEA YTP İstanbulda yerləşən universitet və texnoparklarla əməkdaşlıq edəcək

AMEA YTP İstanbulda yerləşən universitet və texnoparklarla əməkdaşlıq edəcək

30-07-2022
 Startap Günlərinin proqramı açıqlandı

Startap Günlərinin proqramı açıqlandı

30-03-2018
İİTKM: "200-ə qədər startap "StartUp" məktəbimizdə iştirak etmək istəyib"

İİTKM: "200-ə qədər startap "StartUp" məktəbimizdə iştirak etmək istəyib"

19-05-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə