Previous Next
Bağla

Bakıda Regional Kinoloji Təlim Mərkəzi yaradıla bilər

02-05-2015 12:29
Bakıda Regional Kinoloji Təlim Mərkəzi yaradıla bilər

Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin konfransı keçirilib.

Dövlət Gömrük Komitəsindən Xəbərlər-ə verilən məlumata görə, konfransa Avropa regionundan olan 45 üzv ölkənin gömrük xidməti rəhbərləri və yüksək vəzifəli əməkdaşları, o cümlədən ÜGT-nin regional qurumlarının nümayəndələri qatılıb.

Tədbiri Polşa Respublikasının maliyyə naziri Mateusz Szc­zurek açaraq iştirakçıları salamlamış və gömrüyün gəlirlərin toplanması kimi ənənəvi rolu ilə yanaşı, ticarətin asanlaşdırılması, cəmiyyətin qorunması və iqtisadi inkişafa dəstək kimi mühüm və hərtərəfli funksiyalarını öz çıxışında vurğulayıb.   

Konfransın açılış mərasimində çıxış edən ÜGT-nin Avropa Regionu üzrə sədr müavini Heinz Zou­rek ötən müddət ərzində həyata keçirilən tədbirlər və fəaliyyət haqqında geniş məlumat verib. O, öz çıxışında Ümumdünya Gömrük Təşkilatının region­lar üzrə apardığı siyasətə uyğun olaraq potensialın gücləndirilməsi istiqamətində görülmüş işləri, təşkil olunmuş tədbirləri və onların müsbət nəticələrini xüsusi olaraq qeyd edib.

Tədbirin gündəliyi təsdiq edildikdən sonra, ÜGT-nin Baş katibi Kunio Mikuriya konfransın açılışında çıxış edərək iclasın yüksək səviyyədə təşkilinə görə Polşa Respublikası Hökumətinə və Ümumdünya Gömrük Təşkilatının Avropa regionu üzrə sədr müa­vininə öz minnətdarlığını bildirib. O, öz çıxı­şın­da ÜGT-nin Strateji Planına əsaslanan mövcud prio­ritetləri, ÜGT tərəfindən ticarətin asanlaşdırılması, potensialın gücləndirilməsi, malların buraxılış vaxtı­nın ölçülməsi, regional və milli seminarların keçi­ril­məsi istiqamətində görülmüş işlər və ÜGT-nin Mer­ca­tor proqramı barədə ətraflı məlumat verib. 

Konfransda Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin rəhbərinin səlahiyyətlərinin müvəqqəti icra­çısı Aydın İmaşov ofisin 2014-2015-ci illər üzrə fəa­liyyəti, 2015-2016-cı illər üzrə strategiyası, büdcə və gələcək maliyyə məsələləri ilə bağlı hesabatla çıxış edib.

Konfransda Avropa Regional Mə­lumat Əlaqələndirmə Ofislərinin hesabatı dinlənil­ib və Avropada narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə metodları barədə məlumat verilib

Qeyd edək ki, tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin qabaqcıl infrastruktura və kadr potensialına malik olduğu, eləcə də istər milli, istərsə də regional və beynəlxalq müstəvidə uğurlu fəaliyyəti nəzərə alı­naraq, Bakı şəhərində ÜGT-nin Regional Kinoloji Təlim Mərkəzinin təsis edilməsi məsələsilə bağlı Komitə sədrinin müavini Ə.Abdullayevin “Regional hədəflərə doğru” mövzusunda təqdimatı dinlənilib və bu təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb. 

ÜGT-nin Baş katibi Kunio Mikuriya, həmçinin Rusiya Federasiyası, Belarus, Qazaxıstan, Moldova, Avstriya, Qırğızıstan, Türkiyə, Çexiya və Gürcüstan nümayəndə heyəti rəhbərləri Bakıda ÜGT-nin Re­gio­nal Kinoloji Təlim Mərkəzinin yaradılması fikrini dəstəkləyərək Azərbaycan gömrük xidmətinin uğur­larını və regional proqramlarda xüsusi aktivliyini diqqətə çatdırıblar. 

 

Mirvari Nəcəf

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Xankəndidə “AzS­ta­te­Net” şəbəkəsi qurulur

24-11-2023

Bu gün ümumdünya poçt günüdür

09-10-2015

AzeriCard-ın fəaliyyəti müvəqqəti dayandırılacaq

16-09-2016

AzTU-da II beynəlxalq elmi-praktiki konfrans keçirilir

05-12-2023

“Elmi Kadrlar” Milli İn­for­ma­siya Sisteminin informasiya təminatının vəziyyəti müzakirə olunub

08-04-2021

Dövlət sərhədlərinin mühafizəsində İKT-dən geniş istifadə olunur

27-12-2015

Prezidentin köməkçiləri və nazirlər STEAM Azərbaycan Festivalında

06-12-2023

I siniflərə elektron qaydada qeydiyyatdan keçənlərin sayı açıqlandı

22-07-2015

Yeni texnologiya və innovasiyalar nümayiş etdiriləcək

27-01-2016

Azərbaycanda İKT sahəsində ən böyük tədbir keçirilə bilər

02-07-2018

Azərbaycanda internetlə bağlı problemlər müzakirəyə çıxarılacaq

29-07-2021

Evisa və vizam.az domenlərinin fəaliyyəti nə üçün dayandırılıb?

22-12-2016

Əcnəbilərin viza alması asanlaşdı-Yeni portal

16-12-2016

“ASAN Viza” portalı tam istifadəyə verildi

10-01-2017

Hər bir istifadəçinin internetə optik xətlə çıxışı təmin ediləcək

27-08-2015

Hansı məktəbin saytı operativdir?-Müsabiqə

12-10-2017

Azərbaycan dilində yüzlərlə sözün yazılışı dəyişdirilir – Siyahı

13-01-2018

Təhsil Portalında valideynlər şagirdlərin qiymətləri haqqında məlumat ala bilər

25-05-2010

Vergi ödəyicilərinə 270 mindən çox ASAN imza verilib

26-04-2017

Gömrük Komitəsinin İKT layihəsi beynəlxalq tədbirdə nümayiş edilib

10-03-2015

Milli Transliterasiya Sisteminin təqdimatı onlayn formada keçiriləcək

09-09-2020

Ticarət festivallarında ƏDV hansı qaydada qaytarılacaq?-Müsahibə

29-03-2017

Naxçıvanda 1297 yeni telefon nömrəsi istismara verilib

08-08-2017

Azərbaycan Tiflisdə İKT sərgisində təmsil edilir-Foto

07-06-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə