Previous Next
Bağla

Hansı məktəbin saytı operativdir?-Müsabiqə

12-10-2017 14:05
Hansı məktəbin saytı operativdir?-Müsabiqə

Paytaxt məktəbləri arasında “Ən yaxşı məktəb saytı” müsabiqəsi keçiriləcək.

Bu barədə Xeberler.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyevanın əmrinə əsasən keçiriləcək “Ən yaxşı məktəb saytı” müsabiqəsində İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrini əhatə edəcək.

Müsabiqə məktəb saytlarının fəaliyyətinin səmərəliliyinin artırılması, bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsi və təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılması məqsədilə həyata keçiriləcək.

Müsabiqə çərçivəsində məktəb saytlarında yerləşdirilən xəbərlərin, eləcə də məktəbə aid digər məlumatların yenilənməsi və dolğunluğu mütəmadi olaraq izləniləcək.

Qalib məktəb internet informasiya resurslarının fəaliyyətinə dair tələblərə uyğun olaraq ümumi təhsil müəssisələrinin saytlarının məz­mun baxımından müvafiq meyarlara cavab verməsi, məktəblərin fə­a­liyyə­tinin geniş ictimaiyyətə operativ çatdırılması, əldə olunan uğurlar və qarşıda duran vəzifələr haqqında dolğun informasiyaların verilməsi, saytlarda xəbərlərin mütəmadi yerləşdirilməsi və yenilənməsi, yerləşdirilən xəbərlərin səlisliyi və dolğunluğu kimi meyarlara əsasən müəyyən olunacaq.

Həmçinin, saytlardakı müvafiq bölmələrin keyfiyyət və məzmun baxımından zənginləşdirilməsi, məktəb haqqında göstəricilərin hazırki vəziyyətə uyğunlaşdırılması və mütəmadi yenilənməsi əsas meyarlardandır.

Qaliblər paytaxtın hər rayonu üzrə 1 məktəb olmaqla Münsiflər heyəti tərəfindən seçiləcək. Qaliblər tədris ili ərzində 2 dəfə (yanvar və iyun ayları) seçilərək elan ediləcək.

Müsabiqə qalibləri BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.

Günel

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ən yaxşı məktəb saytı açıqlanıb

05-03-2018

Ən yaxşı məktəb saytları seçilib

16-12-2022

Təhsil sahəsində elektron xidmətlərin genişləndirilməsi müzakirə olunub

16-11-2018

Bakı məktəblərində “Rəqəmsal məktəb” platforması tətbiq olunacaq

15-09-2025

Paytaxt üzrə 69 layihə qalib olub

27-07-2022

Valideynlər üçün məmnuniyyət sorğusu keçirilir

19-12-2025

"Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi genişləndiriləcək

23-04-2024

Uğurlu məktəb modeli necə olmalıdır?  

07-06-2022

Uşaqların I sinfə elektron qəbulu prosesi davam edir

03-06-2025

I sinfə elektron qeydiyyatla bağlı onlayn görüş keçirilib

18-04-2025

I siniflərə elektron qaydada qeydiyyatdan keçənlərin sayı açıqlandı

22-07-2015

Uşaqların I sinfə elektron qəbulu prosesi davam edir

20-06-2025

“I sinfə elektron qəbul ilə bağlı problemli ərazilər var”

14-09-2015

Alternativ enerji sahəsində ən maraqlı ideya seçiləcək

29-03-2017

Kitabxanaçılar İKT-dən necə istifadə etməli?

14-12-2017

50 məktəbdə informatika fənni ləğv edildi

22-06-2015

“Rəqəmsal məktəb” platforması 500 mindən çox şagirdi əhatə edir

04-07-2025

Respublika fənn olimpiadalarının məktəb mərhələsi keçirilib

31-10-2022

Xankəndidə “AzS­ta­te­Net” şəbəkəsi qurulur

24-11-2023

Valideynlərin işi asanlaşdı: “ASAN məktəb” bölməsi açıldı

13-03-2015

“Elektron məktəb” layihəsində iştirak edəcək məktəblərin sayı artıb

13-03-2009

“Rəqəmsal məktəb” platformasından istifadə üçün təlimlərin təşkili davam edir

28-11-2025

Bakı üzrə eksternat imtahanları ilk dəfə elektron qaydada keçiriləcək

23-01-2026

Rəqəmsal məktəb platforması istifadəyə verilib

07-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə