Previous Next
Bağla

“Elmi Kadrlar” Milli İn­for­ma­siya Sisteminin informasiya təminatının vəziyyəti müzakirə olunub

08-04-2021 09:41
“Elmi Kadrlar” Milli İn­for­ma­siya Sisteminin informasiya təminatının vəziyyəti müzakirə olunub

AMEA-nın Fizika-Riyaziyyat və Tex­nika Elmləri Bölməsinin (FRTEB) Ümumi Yığıncağının onlayn iclasında “Elmi Kadrlar” Milli İn­for­ma­siya Sisteminin informasiya təmina­tı­nın vəziyyəti müzakirə olunub.

Xeberler.az bildirir ki, tədbirdə bu barədə AMEA Rəyasət Heyəti aparatının Hüquq və Kadrlar ida­rə­si­nin baş mütəxəs­si­si, texnika üzrə fəlsəfə doktoru Dilquşa Mirzəyeva çıxış edib.

İlk öncə Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2018-ci il tarixli Sərəncamını xatırladan Dilquşa Mirzəyeva vurğulayıb ki, həmin Sərəncamın icrası məqsədilə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu (İTİ) tərəfindən “Elmi Kadrlar” Milli İnformasiya Sistemi hazırlanıb.

Onun sözlərinə görə, həmin sistemin yaradılması Azərbaycan Milli Elmlər Aka­de­mi­yasında elmi fəaliyyətin mövcud potensiala uyğun monitorinqi və proqnozlaşdırılması, analitik və statistik təhlillərin aparılması, elektron hesabat formalarının hazırlanması və elmi informasi­ya­nın əlçatanlığının təmin edilməsi, bütövlükdə isə elmi kadrlar haqqında vahid elektron informasiya sisteminin hazırlanması məqsədlərini özündə ehtiva edir.

İclasda həmçinin bildirilib ki, AMEA-nın elmi müəssisə və təşkilatlarında sistemin istismarını həyata keçirəcək administrator və istifadəçilər üçün təlimatlar hazırlanıb, informasiya sisteminin istifadəyə verilməsi ilə əlaqədar İnformasiya Texnologiyaları İnstitutunda müəssisələrin direktor müavinləri, elmi katibləri və kadrlar şöbələrinin rəhbərləri üçün təlim-seminarları keçirilib. Sistemə daxil edilən məlumatların dürüstlüyünə nəzarəti təmin etmək məqsədilə elmi müəssisə və təşkilatlarda məsul şəxslər təyin olunmuş və onlarla zəruri təlimat işləri aparılıb. Ötən müddət ərzində sistemin dayanıqlı, etibarlı və təhlükəsiz fəaliyyət göstərməsi üçün işlər davam etdirilmiş və lazımi texniki dəstək göstərilib. Hazırda sistemdə elmi kadr profil məlumatlarının yenilənməsi işləri davam etdirilir.

D.Mirzəyeva qeyd edib ki, FRTEB-in elmi müəssisələrində çalışan 972 nəfər elmi əməkdaşın 810 nəfəri artıq “Elmi Kadrlar” Milli İnformasiya Sistemində qeydiyyatdan keçib. Hazırda 296 nəfər əməkdaşın məlumatları təsdiqlənmə prosesindədir. 494 nəfərin məlumatları çalışdıqları elmi müəssisə tərəfindən sistemdə öz təsdiqini tapıb. O, AMEA-da elmi fəaliyyətlə məşğul olan kadrlar haqqında müvafiq məlu­mat­la­rın mütəmadi olaraq yenilənməsinin, eləcə də gələcəkdə bu sistemin ölkə səviyyəsində digər sis­tem­lərə inteqrasiya  olunması və vahid sistemin yaradılması zəruriliyini nəzərə alaraq, elmi müəssisələr üzrə məsul şəxslərə elmi-metodoloji dəstək verilməsi ilə əlaqədar seminar-məş­ğə­lə­lə­rin keçirilməsinin zəruri olduğunu diqqətə çatdırıb.

Sonda Elmi Kadrlar” Milli İn­for­ma­siya Sisteminin istismar vəziyyəti ilə əlaqədar bir sıra həlli vacib olan məsələlər müzakirə olunub, suallar cavablandırılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Xankəndidə “AzS­ta­te­Net” şəbəkəsi qurulur

Xankəndidə “AzS­ta­te­Net” şəbəkəsi qurulur

24-11-2023
Bu gün ümumdünya poçt günüdür

Bu gün ümumdünya poçt günüdür

09-10-2015
AzeriCard-ın fəaliyyəti müvəqqəti dayandırılacaq

AzeriCard-ın fəaliyyəti müvəqqəti dayandırılacaq

16-09-2016
AzTU-da II beynəlxalq elmi-praktiki konfrans keçirilir

AzTU-da II beynəlxalq elmi-praktiki konfrans keçirilir

05-12-2023
Yeni texnologiya və innovasiyalar nümayiş etdiriləcək

Yeni texnologiya və innovasiyalar nümayiş etdiriləcək

27-01-2016
I siniflərə elektron qaydada qeydiyyatdan keçənlərin sayı açıqlandı

I siniflərə elektron qaydada qeydiyyatdan keçənlərin sayı açıqlandı

22-07-2015
Azərbaycanda Elmi kadrlar milli informasiya sistemi istifadəyə verilir

Azərbaycanda Elmi kadrlar milli informasiya sistemi istifadəyə verilir

28-01-2020
Prezidentin köməkçiləri və nazirlər STEAM Azərbaycan Festivalında

Prezidentin köməkçiləri və nazirlər STEAM Azərbaycan Festivalında

06-12-2023
Bakıda Regional Kinoloji Təlim Mərkəzi yaradıla bilər

Bakıda Regional Kinoloji Təlim Mərkəzi yaradıla bilər

02-05-2015
Milli Transliterasiya Sisteminin təqdimatı onlayn formada keçiriləcək

Milli Transliterasiya Sisteminin təqdimatı onlayn formada keçiriləcək

09-09-2020
Azərbaycanda internetlə bağlı problemlər müzakirəyə çıxarılacaq

Azərbaycanda internetlə bağlı problemlər müzakirəyə çıxarılacaq

29-07-2021
Dövlət sərhədlərinin mühafizəsində İKT-dən geniş istifadə olunur

Dövlət sərhədlərinin mühafizəsində İKT-dən geniş istifadə olunur

27-12-2015
Evisa və vizam.az domenlərinin fəaliyyəti  nə üçün dayandırılıb?

Evisa və vizam.az domenlərinin fəaliyyəti nə üçün dayandırılıb?

22-12-2016
Əcnəbilərin viza alması asanlaşdı-Yeni portal

Əcnəbilərin viza alması asanlaşdı-Yeni portal

16-12-2016
Azərbaycan dilində yüzlərlə sözün yazılışı dəyişdirilir – Siyahı

Azərbaycan dilində yüzlərlə sözün yazılışı dəyişdirilir – Siyahı

13-01-2018
Hansı məktəbin saytı operativdir?-Müsabiqə

Hansı məktəbin saytı operativdir?-Müsabiqə

12-10-2017
AMEA-da Magistratura şöbəsi yaradılır

AMEA-da Magistratura şöbəsi yaradılır

07-09-2016
 “ASAN Viza” portalı tam istifadəyə verildi

“ASAN Viza” portalı tam istifadəyə verildi

10-01-2017
Təhsil Portalında valideynlər şagirdlərin qiymətləri haqqında məlumat ala bilər

Təhsil Portalında valideynlər şagirdlərin qiymətləri haqqında məlumat ala bilər

25-05-2010
Hər bir istifadəçinin internetə optik xətlə çıxışı təmin ediləcək

Hər bir istifadəçinin internetə optik xətlə çıxışı təmin ediləcək

27-08-2015
Vergi ödəyicilərinə 270 mindən çox ASAN imza verilib

Vergi ödəyicilərinə 270 mindən çox ASAN imza verilib

26-04-2017
Elektron elmin mövcud vəziyyətinin monitorinqi keçiriləcək

Elektron elmin mövcud vəziyyətinin monitorinqi keçiriləcək

10-03-2015
“Elmi problemlər reyestri”  informasiya sistemi yaradılır

“Elmi problemlər reyestri” informasiya sistemi yaradılır

25-02-2016
FRTEB-in Ümumi yığıncağının onlayn iclası keçirilib

FRTEB-in Ümumi yığıncağının onlayn iclası keçirilib

26-07-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə