Previous Next
Bağla

Azərbaycan Tiflisdə İKT sərgisində təmsil edilir-Foto

07-06-2017 16:12
Azərbaycan Tiflisdə İKT sərgisində təmsil edilir-Foto

İyunun 7-də Tbilisi şəhərində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları üzrə konfransı və sərgisi öz işinə başlayıb.

Xeberler.az-ın məlumatına görə, konfrans-Sərgidə Azərbaycan Respublikasını Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Konfransı giriş sözü ilə Gürcüstan Respublikası Baş nazirinin müavini, Maliyyə naziri Dmitriy Kumsişvili və Maliyyə nazirinin birinci müavini, Gürcüstan Gəlirlər Xidmətinin rəhbəri Georgi Tabuaşvili açıblar. Açılış mərasimində ÜGT-nin Baş katibi Kunio Mikuriya və Koreya Gömrük Xidmətinin nümayəndəsi Jong-Vuo Lee də nitq söyləyiblər.

40 ölkədən 500-dən çox nümayəndənin iştirak etdiyi konfransda çıxış edən məruzəçilər ÜGT-nin İT Konfransının keçirilməsinin əhəmiyyətindən və gömrük işinin təşkilində informasiya texnologiyalarının rolundan ətraflı bəhs ediblər.

Gürcüstanın Gəlirlər Xidmətinin rəhbəri ölkəsinin gömrük xidməti ilə Azərbaycan gömrük xidməti arasında gömrük prosedurlarının sadələşdirilməsi üzrə həyata keçirilən innovasiya layihələrinin, o cümlədən iki gömrük orqanı arasında ilkin məlumat mübadiləsinin təşkil edilməsi layihəsinin əhəmiyyətini xüsusi vurğulayıb. Məruzəçi, eyni zamanda GUAM çərçivəsində nəqliyyat və ticarətə yardım layihəsi çərçivəsində həyata keçirilən layihələr haqqında da konfrans iştirakçılarını məlumatlandırıb.

Konfrans çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev ilə Gürcüstan Respublikası Baş nazirinin müavini, Maliyyə naziri Dmitriy Kumsişvili arasında ikitərəfli görüş olub. Görüşdə iki ölkə arasında tarixi köklərə dayanan mehriban qonşuluq münasibətlərinin gömrük sahəsində də uğurla davam etdirildiyi bildirilib, qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

DGK sədri Aydın Əliyev Dünya Bankının eksperti, vaxtilə ÜGT-nin potensialın gücləndirilməsi departamentinə rəhbərlik edən Erik Kiek ilə də görüşüb. Görüşdə DGK sədri potensialın gücləndirilməsi sahəsində Azərbaycan Gömrük Xidmətinin gördüyü işlərdən və gələcəkdə bu sahədə atılacaq addımlardan ətraflı bəhs edib. Aydın Əliyev Azərbaycan Gömrük Xidmətinin təşkilatçılığı ilə ötən il respublikamızda keçirilən və bu il təkrar keçirilməsi nəzərdə tutulan dünyanın mötəbər universitetlərində gömrük ixtisası üzrə təhsil alan tələbələr, gömrük sahəsində ixtisaslaşan elm adamları, eləcə də dünyaca məşhur gömrük mütəxəssislərinin iştirak etdiyi "Gənclərin Dialoqu – Beynəlxalq gömrük əməkdaşlığının genişləndirilməsi yolu ilə potensialın artırılması" konfransı barədə də Erik Kiekə məlumat verib və potensialın gücləndirilməsi istiqamətində bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Hazırda Konfrans-Sərgi işini davam etdirir.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları konfransı və sərgisi keçirilir

09-06-2018

Azərbaycanda İKT sahəsində ən böyük tədbir keçirilə bilər

02-07-2018

Bakıda Regional Kinoloji Təlim Mərkəzi yaradıla bilər

02-05-2015

Gömrük Komitəsinin İKT layihəsi beynəlxalq tədbirdə nümayiş edilib

10-03-2015

Gömrük xidməti informasiya texnologiyalarının tətbiqində ciddi uğurlar qazanıb

03-06-2015

Azərbaycanda Elektron Tədris Platformasının təqdimatı keçirilib

01-02-2019

Dövlət Gömrük Komitəsində elmi praktiki konfrans keçirilir

20-12-2018

Huawei şirkəti Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıqda maraqlıdır

13-06-2019

Azərbaycan beynəlxalq İKT konfransda iştirak edir

10-10-2017

Nazir müavini Gürcüstanda keçirilən Beynəlxalq Rəqəmsal Bağlantı Sammitində iştirak edib

14-09-2022

İnformasiya texnologiyaları sahəsində ixtisaslaşan iş adamları ilə görüş keçirilib

12-09-2018

DGK ilə Gürcüstanın Maliyyə Nazirliyi Gəlirlər Xidməti arasında onlayn görüş olub.

11-12-2023

Azərbaycanın nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransında iştirak edib

18-12-2023

Türkiyə ilə fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlıq müzakirə edilib

11-04-2022

Azərbaycan və ABŞ arasında yeni rəqəmsal platforma yaradılır

12-03-2026

Bakıda yerli şirkətlərin tanıtım sərgi-konfransı öz işinə başlayıb

16-06-2022

Prezident Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib - Siyahı

21-04-2018

BMU-da elmi -praktiki konfrans keçirilir

02-10-2018

Bakıda “Elektron gömrük xidmətləri: gələcəyə baxış” mövzusunda III beynəlxalq elmi-praktiki konfrans keçirilir

12-09-2011

Ramin Quluzadə beynəlxalq forumda iştirak edir

28-11-2017

"DGK rəqəmsallaşma sahəsində səylərini daha da artırmalıdır"

15-03-2023

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşüb

18-05-2026

“İnkişaf üçün İKT” konfransı başa çatdı

28-10-2015

Açıq dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nəqliyyat nazirlərinin konfransı keçirilib

17-08-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə