Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Code and More” təqaüd proqramı çərçivəsində təlim alan məktəblilərlə “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) əməkdaşlığa başlayıb.
Xeberler.az bildirir ki, 20 nəfərdən ibarət “Uşaq elektronikası” komandası paylayıcı telekommunikasiya şkafları üçün “Optik monitorinq” layihəsi üzərində çalışır.
Layihə çərçivəsində hazırlanan cihaz ərazidə optik şkaflara kənar müdaxilələr zamanı mərkəzə bildiriş siqnalı göndərəcək. Beləliklə, detektor vasitəsi ilə rabitə qurğularına icazəsiz və arzuolunmaz giriş haqqında anında xəbərdarlıq imkanı yaranacaq.
“Optik monitorinq” layihəsinin mart ayında tam şəkildə təhvil verilməsi və tətbiqi nəzərdə tutulub.
“Baktelecom” məktəblilərin bilik və bacarıqlarının inkişafına yönləndirilmiş təlim proqramlarına dəstəyini davam etdirəcək.
Qeyd edək ki, “Code and More” təqaüd proqramı çərçivəsində elektronika, avtomatika (hardware) və bulud texnologiyaları (software) laboratoriyaları qurulub və peşəkar təlimlər həyata keçirilir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri