Previous Next
Bağla

NRYTN-ın təqaüd proqramını qazanan şagird və tələbələrlə görüş keçirilib

02-10-2021 11:21
NRYTN-ın təqaüd proqramını qazanan şagird və tələbələrlə görüş keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) tərəfindən elan edilən təqaüd proqramını qazanan şagird və tələbələrlə görüş keçirilib.

Xeberler.az-ın verdiyi məlumatına görə, layihə çərçivəsində keçirilən tədbirdə Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Fərid Əhmədov, “Microsoft Azərbaycan” şirkətinin meneceri Qaçay Mirzəyev, ölkədə fəaliyyət göstərən digər texnoloji şirkətlərin, eləcə də “Whelp” və “Sumaks”ın təmsilçiləri, şagirdlər, tələbələr və onların valideynləri iştirak ediblər.

Valideyn və tələbələri təbrik edən Fərid Əhmədov təqaüd proqramı haqqında ətraflı məlumat verib. O bildirib ki, ölkədə rəqəmsal transformasiyanın təşkili və həyata keçirilməsi, innovasiya ekosisteminin formalaşdırılması NRYTN-ın qarşısında qoyulmuş əsas vəzifələrdəndir. Həmçinin yaxın dövrdə Azərbaycanı texnoloji xidmət mərkəzinə çevirmək və ölkədən ixrac edilən İKT məhsullarının ÜDM-də payını artırmaq nazirliyin əsas hədəfləri sırasına daxildir. Nazir müşaviri vurğulayıb ki, qarşıda qoyulan vəzifələrin icrası yüksək ixtisaslı kadrların bu işə cəlb olunmasını tələb edir. “Rəqəmsal transformasiya ilə əlaqədar əmək bazarı üçün yeni səriştə və bacarıqlara malik mütəxəssislərin yetişdirilməsi zərurətə çevrilib. Təqaüd proqramının bu prosesə ciddi təkan verəcəyinə ümid edirik. Elan olunduğu ilk ayda təqaüd proqramına 5000-dən yuxarı müraciət qeydə alınıb”, – deyən Fərid Əhmədov qeyd edib ki, layihənin birinci buraxılışı üzrə 500 nəfərə yaxın məzun olacağı gözlənilir.

“Microsoft Azərbaycan” şirkətinin meneceri Qaçay Mirzəyev isə son zamanlar ölkəmizdə innovasiya yönümlü, rəqəmsal transformasiyanı təşviq edən təşəbbüslərin özəl sektor tərəfindən təqdir olunduğunu deyib. O qeyd edib ki, ölkədə innovativ düşüncəli, yüksək peşəkarlıq qabiliyyətinə sahib kadrların yetişməsi bilavastə özəl sektorun da inkişafına zəmin yaradacaq.

Layihənin tərəfdaşlarından olan “Whelp”in təmsilçisi Cəmil Ağası çıxışında proqram çərçivəsində təşkil olunacaq tədris istiqamətlərindən danışıb. O, bildirib ki, proqram çərçivəsində informasiya texnologiyalarının müvafiq istiqamətləri (bulud həlləri, bulud inzibatçılığı, böyük verilənlər, kibertəhlükəsizlik, avtomatika, elektronika, müxtəlif proqramlaşdırma dilləri, “UI/UX” dizayn və s.) üzrə bilik və bacarıqlar qazanmaq mümkün olacaq.

Daha sonra şagird və tələbələr, eləcə də onların valideynləri üçün təqaüd proqramı haqqında təqdimat keçirilib.

Məlumat üçün bildirək ki, artıq “Code and More”da Avtomatika, Elektronika, Uşaq eloktronikası və Bulud inzibatçılığı üzrə dərslərə start verilib. “Code Academy”, İsrail – Azərbaycan Təlim Mərkəzi, “Tech Academy” və “İKT LAB”da isə proqram üzrə tələbə qəbulu davam edir.

Qeyd edək ki, layihə çərçivəsində İT üzrə sahəvi biliklərlə yanaşı texnoloji sahibkarlıq üçün zəruri olan, sahibkarlıq bacarıqlarının formalaşmasına töhfə verən inkubasiya və akselerasiya proqramları da təşkil ediləcək. Bu proqramların dövlət-özəl tərəfdaşlığı çərçivəsində, universitetlər və startapların cəlb edilməsi ilə həyata keçirilməsi layihənin özəlliklərindəndir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

NRYTN-nin elan etdiyi təqaüd proqramına qoşulan təhsil müəssisələrinin sayı artıb

29-09-2021

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təqaüd proqramı elan edir

08-09-2021

“Technest’’ çərçivəsində tələbələrin innovativ layihələrinin təqdimatı keçirilib

09-03-2022

Sahibsiz heyvanların qidalandırılmasını asanlaşdıran həll təqdim edilib

24-02-2022

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə ABB İnnovasiya Mərkəzi növbəti əməkdaşlığa start verir

06-06-2022

RİNN və ABB birgə yeni layihəyə start verir

04-03-2022

“Baktelecom” “Code and More” elektronika təlimində məktəblilərə dəstək oldu

14-02-2022

Azərbaycanda İKT təqaüd proqramına qeydiyyat başlayıb

31-01-2023

Mingəçevir Dövlət Universitetində “Elektronika və avtomatika” təlimi davam edir

03-10-2024

“Technest” Təhsil proqramı Azərbaycan gəncliyi üçün açılmış yeni fürsətlər pəncərəsidir ­

22-06-2022

Məktəblilərə elektronika üzrə təlim keçirilir

25-02-2022

Rəşad Nəbiyev Göyçayda “Technest” təqaüdçüləri ilə görüşüb

06-03-2023

"İl sonuna qədər 5 min nəfərə Technest təqaüdü verilməsi hədəflənir"

11-03-2024

Azercell “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir

03-02-2026

Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

30-01-2026

Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir

16-01-2026

Nar tələbələr üçün təqaüd proqramı elan edir

23-09-2019

⁠İnnovasiya və Süni İntellekt üzrə təqaüd proqramına qeydiyyat davam edir

02-02-2026

Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır

20-05-2026

“Technest” Təqaüd Proqramına yeni qeydiyyat başlayıb

31-10-2023

Gömrük Akademiyasında kibertəhlükəsizlik dərsləri başlayıb

06-02-2023

"NEQSOL Holding" və Təhsilin İnkişafı Fondu tələbə qızlar üçün təqaüd proqramı elan edir

06-10-2023

Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib

24-02-2026

Azercell tələbələrlə görüşüb

14-10-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə