“Baktelecom” mətbuat işçilərinin binasını optik şəbəkə ilə təmin edib

28-10-2020 / 16:51

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) mətbuat işçilərinin yaşayış binasını müasir standartlara cavab verən optik şəbəkə ilə təchiz edib.

Xeberler.az bildirir ki, “Baktelecom” bu işləri ölkədə elan olunmuş hərbi vəziyyət və xüsusi karantin rejimi ilə əlaqədar kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin sürətli internet şəbəkəsinə çıxışını təmin etmək məqsədilə “Evədək optika” layihəsi çərçivəsində həyata keçirib.

Mətbuat işçilərinin 170 mənzillik yaşayış binasında optik infrastrukturun qurulması işləri artıq tam başa çatdırılıb. Sakinlərin bir optik xətt üzərindən multimedia xidmətləri ilə operativ təmin edilməsinə imkan yaradılıb, onlara internet avadanlıqları hədiyyə edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları və düşmənin təxribatları barədə əhalinin KİV nümayəndələri tərəfindən məlumatlandırılmasını yüksək qiymətləndirir, media mənsublarına peşə fəaliyyətlərində uğurlar arzu edir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” müvafiq Sərəncamı ilə tikilmiş və jurnalistlərin istifadəsində olan digər binada da bundan öncə “Baktelecom” tərəfindən genişzolaqlı optik şəbəkə qurulub.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə