Baku Elektronics-dən kreditlə alış həyata keçirəcək müştərilər “Elektron Hökumət" portalından yararlana bilərlər.
Məlumat Hesablama Mərkəzindən (MHM) Xəbərlər-ə verilən məlumata görə, Baku Electronics MMC ilə portalın operatoru Rabitə və Yüksək Texnologiyalar Nazirliyi MHM arasında əməkdaşlıq qurulub və e-arayışların tətbiqi üçün test mühiti yaradılıb.
Baku Electronics MMC müştəriləri yalnız şəxsiyyət vəsiqəsi ilə şirkətin mağazalarına yaxınlaşaraq iş yerindən, yaşayış üzrə və digər lazımi arayışları yerindəcə elektron (onlayn) şəkildə formalaşdıraraq, kreditlərini rəsmiləşdirə biləcəklər. İlkin mərhələdə elektron arayışların tətbiqi şirkətin Azadlıq, İnşaatçılar, Qara Qarayev, Əhmədli və Sumqayıt filiallarında nəzərdə tutulur.
Vətəndaşlar istər olduqları yerdən portala daxil olaraq öz fərdi informasiyalarını istənilən quruma yönləndirə, istərsə də portalla əməkdaşlıq edən istənilən quruma müraciət edərək (təyin olunmuş qanuni prosedurlar əsasında və öz icazəsi ilə) elektron mühitdən tələb olunan fərdi informasiyalarını ötürmək imkanına sahibdirlər.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri