Previous Next
Bağla

E-arayışlardan istifadə edənlər çoxalır

28-05-2015 10:11
E-arayışlardan istifadə edənlər çoxalır

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən "Elektron hökumət" portalı üzərindən təqdim olunan e-arayışlardan istifadə dinamikası artır. Bu xidmət qısa müddət ərzində bütün vətəndaşlar tərəfindən rəğbətlə qarşılanıb.

İlk e-arayışların istifadəyə verilməsindən 6 aya yaxın vaxt keçməsinə baxmayaraq, banklar tərəfindən 130 minə yaxın vətəndaşa e-arayışlar əsasında müxtəlif kreditlər verilib. Real faktdır ki, kağız üzərində olan ənənəvi arayışların (həmçinin, bu qisimdən olan bütün sənədlərin) əldə olunması zamanı yaşanan problemlərin aradan qaldırılması öz həllini tapıb.

"Elektron hökumət" infrastrukturunun yaradılması ilə bu tip, ilk baxışdan kiçik görünən, lakin ətraflı təhlil etdikdə mühüm sosial maneə xarakteri daşıyan problemin tamamilə aradan qaldırılmasına münbit şərait yaranıb.

Xeberler.az-ın məlumatına görə, bu barədə  Məlumat Hesablama Mərkəzindən bildirilib.

Mərkəzin şöbə müdiri İlqar Abdullayev deyib ki, “ASAN xidmət” mərkəzlərində e-arayışların reklam lövhələri yerləşdirilsə, vətəndaşlara e-arayışlar təqdim olunsa e-xidmətdən istifadə sayı dəfələrlə artar və bu sahənin inkişafına təkan verilmiş olar.

Hazırda "Elektron hökumət” portalı vasitəsilə vətəndaşlara 9 növdə arayış - diplom haqqında, rabitə xidmətlərinə görə borcun olmaması barədə, şəxsiyyət vəsiqəsi və vətəndaşa aid fərdi məlumatlar üzrə, yaşayış yeri və iş yerinə dair elektron arayış verilir. Həmçinin vətəndaş haqqında "Tələbə-Məzun” dövlət elektron məlumat sistemindən çıxarış, ümumtəhsil məktəblərində çalışan pedaqoji və texniki heyətin iş yeri və şagirdlərin təhsil aldıqları yer haqqında e-arayış almaq mümkündür.

Hər bir e-arayış tərkibinə görə digər arayışlardan fərqlidir. Bütün e-arayışların ümumi cəhəti portal vasitəsilə avtomatik formalaşdırılması və eyni hüquqi qüvvəyə malik olmasıdır. Qeyd olunan e-arayışları çap etmək və ya aidiyyatı quruma göndərmək mümkündür. E-arayışların həqiqiliyini təsdiq etmək üçün QR-koddan istifadə edilir.

 Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron qaydada verilən arayışların sayı 10-a çatıb

30-10-2015

Ən çox hansı e- arayışdan istifadə olunur?-Siyahı

01-08-2017

Hansı elektron arayış daha populyardır?

07-10-2015

Rəqəmsal əsrdə yeni həyat tərzimiz... Elektron arayışlar

16-09-2015

İki “Elektron Arayış” xidməti portala inteqrasiya edildi

11-03-2015

Azərbaycan Beynəlxalq Bankı "Elektron Hökumət" portalına qoşuldu

21-01-2015

Portala ən çox hansı məsələ ilə bağlı müraciət edilib?

10-02-2016

Elektron arayışlar nə üçün populyarlaşmır ?

12-05-2015

Nə vaxtadək kağız arayışların surətlərini harasa təqdim edəcəyik?

27-04-2015

Banklar elektron arayışlardan istifadəni artırıb

16-01-2015

Elektron arayışları necə əldə etmək olar?

06-10-2015

Elektron arayışları bütün dövlət qurumları tanıyırmı?

23-05-2015

Kredit arayışları elektron qəbul ediləcək

01-12-2017

Daha bir bank “Elektron Hökumət” portalına qoşuldu

10-09-2015

Yaşayış yeri haqqında e-arayışı hansı qurum tanıyacaq?

16-04-2015

“Elektron hökumət” portalına “Expressbank” da qoşuldu

19-03-2015

Yaşayış yeri haqqında elektron arayış alanların sayı artır

04-08-2015

107 minə yaxın şəxsə iş yerinə dair e-arayış verilib

12-08-2015

“İş yerinə dair arayış” e-xidmətindən istifadə edənlərin sayı artıb

11-11-2015

Bu arayışlar elektron formada olacaq- Siyahı

31-01-2015

Daha bir bank elektron arayış sisteminə qoşuldu

18-06-2015

Vətəndaşlar daha 4 arayışı elektron formada əldə edə biləcəklər

15-04-2015

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şura təkliflər hazırlayıb

03-11-2015

İş yerinə dair 270 minə yaxın elektron arayış verilib

06-04-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə