4-7 noyabr tarixlərində BakuTel-2009 beynəlxalq sərgisi çərçivəsində təşkil ediləcək konfransda Azərbaycanın telekommunikasiya bazarının aktual məsələləri, mobil və fiksajlanmış rabitə sektoru, yeni texnologiyaların tətbiqi müzakirə ediləcək. Bu barədə sərginin təşkilatçısı \"Iteca Caspian\" şirkətinin məlumatında deyilir.
Konfrans müəssisələrin biznes proseslərinin optimallaşması üçün təyin edilən son qərarlarla tanış olmaq imkanı verəcək. Aparıcı beynəlxalq və yerli İT telekommunikasiya şirkətlərinin mütəxəssisləri məruzələrlə çıxış edərək, heyətləri informasiya texnologiyası və proqram təminatı sahəsində əldə edilən yeni nəaliyyətlərlə tanış edəcəklər.
Konfrans İT və telekommunikasiya bazarlarının ən vacib məsələlərini bu sahənin mütəxəsisləri ilə bilavasitə müzakirə etmək üçün effektiv işgüzar mühit yaradacaq. Konfrans çərçivəsində həmçinin tibb sahəsində nanomaterialların istifadəsi perspektivlərinə həsr edilmiş sessiya təşkil ediləcək. Yaponiya və Türkiyənin bütün dünyada tanınmış universitetlərindən alim və professorlar məruzələrlə çıxış edərək iştirakçıları üz tədqiqatları ilə tanış edəcəklər.
BakuTel-2009 sərgisi bu il 15 illiyini qeyd edəcək. 15 ölkədən olan 100-dən artıq şirkət sərgidə iştirak edəcək. Ümumiyyətlə, yarandığı vaxtdan bu günədək BakuTel sərgisində 26 ölkədən olan 800-dən artıq şirkət iştirak edib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri