Bakı Dövlət Universitetinin (BDU) “ESST-6” komandası “TEKNOFEST-2024” Aerokosmik və Texnologiya Festivalının final mərhələsində III yerə layiq görülüb.
Xeberler.az-ın məlumatına görə, Universitetdən bildirilib ki, “ESST-6” komandası festivalın finalında “Aqrar texnologiyalar” kateqoriyasında “E-tarım sulama” layihəsi ilə təmsil olunub. Layihə kiçik miqdarda maliyyə sərf etməklə yüksəkkeyfiyyətli ağıllı suvarma texnologiyasının yaradılmasına yönəlib. Bu sistem bitkilərə yalnız ehtiyac duyduqları qədər su verərək su israfını minimuma endirir və su istifadəsini daha səmərəli idarə edir. Layihənin əsas məqsədi suvarma proseslərini daha effektiv və sürətli, kənd təsərrüfatı sahəsində çalışanları daha yüksək məhsuldarlıqla təmin etməkdir.
Qeyd edək ki, “TEKNOFEST-2024”ün finalında 1270 komanda, 6514 finalçı yarışıb.
“TEKNOFEST-2024” qaliblərinin mükafatlanma mərasimi oktyabrın 2-6-da Adana Şakitpaşa hava limanında keçiriləcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri