Previous Next
Bağla

Rəşad Nəbiyev “TEKNOFEST Türkiyə-2023”ün azərbaycanlı qalibləri ilə görüşüb

12-05-2023 12:44
Rəşad Nəbiyev “TEKNOFEST Türkiyə-2023”ün azərbaycanlı qalibləri ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 27 aprel-1 may tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilmiş “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının azərbaycanlı qalibləri və Azərbaycan pavilyonunu təmsil edən startapçılarla görüşüb.

Xeberler.az-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə nazir qalibləri təbrik edərək bildirib ki, gənc nəslin aviasiya, kosmos, texnologiya sahələrinə yönəlməsi, bunun ümummilli hərəkata çevrilməsi və nəticədə kritik sahələrdə milli texnoloji həllərin yaranmasında “Teknofest” kimi təşəbbüslər xüsusi rola malikdir.

O, bu platformada təqdim olunan layihələrin gələcəkdə qlobal şirkətə, məhsula çevrilmək şansının yarandığını vurğulayıb. Diqqətə çatdırıb ki, festivalda iştirak edən, uğur qazanan gənclər yaşıdları üçün motivasiya mənbəyi olur və bu təsir dalğavari yayılaraq ümumilikdə gənc nəslin texnologiyalara marağının artmasına səbəb olur.

Görüşdə qalib komanda və startaplara sertifikatlar təqdim olunub.

“TEKNOFEST Türkiyə – 2023” çərçivəsində yarışmaların final mərhələsinə 100-dən çox tələbənin iştirak etdiyi 16 Azərbaycan komandası vəsiqə qazanıb. Layihələr üzrə I yerləri “Akıllı ulaşım” yarışmasında Bakı Dövlət Universitetinin “Driver’s Eye” layihəsi və “ISIF 2023 Beynəlxalq Patentlər” yarışmasında “Yeni Texnologiyaların İnkişafına Dəstək” İctimai Birliyinin sədri Ceyhun Xəlilovun “İnventorlu elektrik requlyatoru” layihəsi, III yeri “Tarım teknolojisi” yarışmasında Bakı Dövlət Universitetinin “Ağıllı damla sulama sistemi” layihəsi qazanıb. Eyni zamanda Azərbaycan-Türkiyə gənclərindən ibarət “Ejder Drones” komandası “İnsanlıq yararına texnologiya” müsabiqəsinin “Fəlakətlərin idarə edilməsi” kateqoriyasında universitet və yuxarı səviyyə üzrə III yerə layiq görülüb. “ONNO”, “Uvodo”, “WakeX” və “CustomAr” layihələri də Azərbaycan pavilyonunu təmsil edən startaplar sırasında olub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“TEKNOFEST Türkiyə – 2023”də qalib olmuş Azərbaycan komandaları-FOTO

“TEKNOFEST Türkiyə – 2023”də qalib olmuş Azərbaycan komandaları-FOTO

03-05-2023
“Ecofirendly” komandası "Yaşıl texnologiyalar" müsabiqəsi üzrə III yerə laiq görülüb

“Ecofirendly” komandası "Yaşıl texnologiyalar" müsabiqəsi üzrə III yerə laiq görülüb

31-05-2022
BDU-nun “ESST-6” komandası “TEKNOFEST-2024”də III yeri tutub

BDU-nun “ESST-6” komandası “TEKNOFEST-2024”də III yeri tutub

26-09-2024
II və III yer üzrə qaliblər təltif olunub

II və III yer üzrə qaliblər təltif olunub

29-05-2022
“TEKNOFEST-2025”ə qatılmaq istəyən BDU tələbələrinin nəzərinə

“TEKNOFEST-2025”ə qatılmaq istəyən BDU tələbələrinin nəzərinə

19-02-2025
BANM “Teknofest-2025”də iki medal və iki mükafat qazanıb

BANM “Teknofest-2025”də iki medal və iki mükafat qazanıb

22-09-2025
Türkiyə dünyanın ən böyük elm və texnologiya festivalı olan “TEKNOFEST”ə hazırlaşır

Türkiyə dünyanın ən böyük elm və texnologiya festivalı olan “TEKNOFEST”ə hazırlaşır

22-08-2023
  Bakı Ali Neft Məktəbinin 16 komandası “Teknofest”də finala yüksəlib   

  Bakı Ali Neft Məktəbinin 16 komandası “Teknofest”də finala yüksəlib  

25-05-2022
AzMİU-nun iki komandası “Teknofest Azərbaycan” festivalının birinci mərhələsində uğur qazanıb

AzMİU-nun iki komandası “Teknofest Azərbaycan” festivalının birinci mərhələsində uğur qazanıb

07-04-2022
“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də olub

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də olub

22-09-2025
Səlcuq Bayraktar Beynəlxalq Astronavtika Konqresinə dəvət olunub

Səlcuq Bayraktar Beynəlxalq Astronavtika Konqresinə dəvət olunub

02-05-2023
         Bakı Ali Neft Məktəbinin  5 komandası “Teknofest”in finalında

Bakı Ali Neft Məktəbinin 5 komandası “Teknofest”in finalında

28-03-2023
BDU-nun komandası "TEKNOFEST-2025"in qalibi olub

BDU-nun komandası "TEKNOFEST-2025"in qalibi olub

22-09-2025
Azərbaycan Türkiyədə keçirilən “Teknofest 2022”də milli pavilyonla təmsil olunur   

Azərbaycan Türkiyədə keçirilən “Teknofest 2022”də milli pavilyonla təmsil olunur  

30-08-2022
“CanSat Azərbaycan 2020” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“CanSat Azərbaycan 2020” müsabiqəsinin qalibləri mükafatlandırılıb

01-02-2022
BDU tələbələrinin layihəsi “TEKNOFEST”in finalına vəsiqə qazanıb

BDU tələbələrinin layihəsi “TEKNOFEST”in finalına vəsiqə qazanıb

11-04-2025
UNEC tələbəsinin komandası “TEKNOFEST 2024”ün qalibi olub

UNEC tələbəsinin komandası “TEKNOFEST 2024”ün qalibi olub

08-10-2024
Tələbələrimiz “TEKNOFEST-2023”ün finalında

Tələbələrimiz “TEKNOFEST-2023”ün finalında

10-03-2023
İrem Bayraktar: “TEKNOFEST-in Azərbaycanda daimi keçirilməsini dəyərləndiririk”

İrem Bayraktar: “TEKNOFEST-in Azərbaycanda daimi keçirilməsini dəyərləndiririk”

06-09-2023
“Teknofest” aerokosmik və texnologiya festivalında Azərbaycan komandası yarışın qalibi olub

“Teknofest” aerokosmik və texnologiya festivalında Azərbaycan komandası yarışın qalibi olub

19-09-2024
“TEKNOFEST” Şuşada da keçirilə bilər

“TEKNOFEST” Şuşada da keçirilə bilər

07-02-2022
Nazir Türkiyənin Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb

Nazir Türkiyənin Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb

11-06-2022
Gənclər və idman naziri "Teknofest"ə qatılıb

Gənclər və idman naziri "Teknofest"ə qatılıb

25-09-2021
“TEKNOFEST Azərbaycan”ın keçiriləcəyi məkana media tur təşkil olunub

“TEKNOFEST Azərbaycan”ın keçiriləcəyi məkana media tur təşkil olunub

24-05-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə