Dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “TEKNOFEST” 2025-ci il mayın 1-4-də Şimali Kipr Türk Cümhuriyyətində keçiriləcək. Ümumilikdə 7 kateqoriya və 16 altkateqoriyadan ibarət olan müsabiqəyə bu il 15 mindən çox komanda və 47 min iştirakçı müraciət edib.
Xeberler.az məlumat verir ki, “BDU TETYM” komandasının təqdim etdiyi “Irrigo – Dayanıqlı Kənd Təsərrüfatı Ekosistemi” layihəsi “TEKNOFEST ŞKTC Araşdırma layihələri” kateqoriyası üzrə yüksək bal toplayaraq, final mərhələsinə vəsiqə qazanıb.
Tullantı sularının təmizlənməsi, yenidən emalı və suvarma üçün yararlı vəziyyətə gətirilməsini təmin edən bu sistem sahibkarlar və kəndlilər üçün “IoT” və “Ağıllı kənd” konsepsiyasına əsaslanan bir çox innovativ funksiyalar təqdim edir.
Layihənin prototipi, veb-sayt və mobil tətbiqi artıq komanda üzvü olan BDU tələbələri tərəfindən hazırlanır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları