İşğaldan azad edilmiş ərazilərdə biznes fəaliyyətinin təşviqi və sahibkarların dövlət xidmətlərinə rahat çıxışının təmin olunmasına dəstək verən “Şuşa KOB evi”ndə cari ilin yanvar-may aylarında sahibkarlara 560-a yaxın xidmət göstərilib.
Xeberler.az məlumat verir ki, KOB evinə daxil olan müraciətlər əsasən biznes fəaliyyətinin təşkili, kommunal şəbəkələrə qoşulma və vergi məsələləri ilə bağlı olub. Belə ki, bu ilin yanvar-may aylarında “Şuşa KOB evi”nə ən çox müraciət edilən “Azərişıq” ASC - 219 (39,18 faiz), İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti - 161 (28,80 faiz), “Azəriqaz” İB - 122 (21,82 faiz) və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi - 50 (8,94 faiz) tərəfindən göstərilən xidmətlər olub.
“Şuşa KOB evi”nə Qarabağ iqtisadi rayonuna daxil olan bütün şəhər və rayonlardan sahibkarlar müraciət edə bilərlər.
Qeyd edək ki, “Şuşa KOB evi” 2025-ci ilin fevral ayında fəaliyyətə başlayıb və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin struktur bölməsidir. Burada sahibkarlara biznesin qeydiyyatı, vergi xidmətləri, lisenziya və icazələrin alınması, investisiya təşviqi sənədinin verilməsi, qida təhlükəsizliyi, baytarlıq və bitki mühafizəsi, kommunal xidmətlərə qoşulma və digər istiqamətlər üzrə xidmətlər göstərilir. Ümumilikdə, “Şuşa KOB evi”ndə sahibkarlara 8 dövlət qurumu və özəl təşkilat tərəfindən 90-dan çox xidmət təqdim olunur.
“Şuşa KOB evi” Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzinin binasında yerləşir. KOB evində göstərilən xidmətlər barədə ətraflı məlumatı aşağıdakı keçiddən əldə etmək olar: https://smb.gov.az/az/nav/kob-evleri

























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları