“Beyin gücüylə idarə olunan” avtomobil istehsal olundu

09-12-2015 / 17:21

Çinin Nankai Universitetində alimlər beyin gücüylə idarə olunan avtomobil istehsal ediblər.

Xeberler.az xarici mətbuata istinadən bildirir ki, Nankai Universitetində sınaqdan keçirilən avtomobilə beyin dalğalarıyla irəli-geri, dayanma, qapıları kilidləmək və açmaq əmrləri verilə bilir.

Bunun üçün sürücü üzərində 16 fərqli sensor olan başlıq geyməlidir. Sonra bu sensorlar siqnalları sürücünün beynindən ötürür.

Sürücünün beyin gücüylə göndərdiyi mesajlar kabelsiz şəbəkə texnologiyası ilə avtomobilə çatdırılır, burada xüsusi bir proqramın üzərindən keçir və avtomobil əmrləri tətbiq edir.

Layihəyə liderlik edən Dr. Duxan Feng zehin siqnalları ilə idarə olunan avtomobillərin sürücüsüz avtomobil proyektləriylə birləşdirilə biləcəyini söyləyib.

O bildirib ki, layihənin məqsədi isə fiziki əngəlli insanların da avtomobillərdən istifadəsini təmin etməkdir.

 

Ruhəngiz Muradova

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə