Dünyanın ilk beyinlə idarə olunan dron yarışı-Video

26-04-2016 / 10:14

Ötən həftə Florida Universtitetində dünyanın ilk beyinlə idarə olunan dron yarışı keçirilib.

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Florida Universitetinin təşkil etdiyi bu yarışda ilk dəfə beyin-kompüter interfeysi (BKİ) texnologiyasından istifadə edərək 16 pilot beyin dalğaları ilə idarə etdiyi dronları 9 metrlik qapalı meydançada uçurublar.

Əvvəlcədən pilotların geydikləri elektroensefaloqrafiya başlıqları vasitəsilə toplanan məlumatlar daha sonra yarış zamanı xüsusi başlıqlarla dronların uçurulması üçün hazırlanıb.

Məlumdur ki, dron yarışları son zamanlar olduqca populyarlaşan fəaliyyət sahəsinə çevrilib.

Hazırda bütün dünyada həvəskarları olan fəaliyyətin gələcəyin idman növü olacağını düşünənlər də var.

 

Murad Məmmədzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə