Previous Next
Bağla

BirLink - Köhnə problemlərin yeni həlli

28-11-2016 14:21
BirLink - Köhnə problemlərin yeni həlli

Telekommunikasiya texnologiyaları daim inkişaf etməkdədir: bu gün Azərbaycanda istifadəçilərin internet şəbəkəsinə sürətli qoşulmanın bir neçə üsulu təklif edilir.

Onlardan biri də günü-gündən daha geniş yayımlanan, fiber-optik kabelinin birbaşa istifadəçinin mənzilinin və ya şəxsi evinin içərisinə çəkilməsini nəzərdə tutan FTTH və ya “Fiber To The Home” qoşulma üsuludur.

Azərbaycanda bu xidməti BirLink brendi altında Enginet şirkəti təqdim edir.

Şirkətin direktoru Anar Nağıyev Xeberler.az-a bildirib ki, istifadəçilərin və müvafiq proqram əlavələrinin internetə qoşulma sürətinə dair tələbləri daim artır. FTTH texnologiyası istifadəçilərimizin əsas tələbini – yüksək sürətli, sabit və keyfiyyətli qoşulma - təmin edə bilir:

“Fiber-optik kabelin yüksək keçiricilik imkanı və fiziki etibarlılığı abonentlərimizi eyni anda internet şəbəkəsinə çıxışla, kabel televiziyası və telefon xidmətləri ilə təmin etməyimizə imkan yaradır. FTTH texnologiyası Avropa Birliyinin ölkələrində, ABŞ və Yaponiyada çox geniş yayımlanıb. Avropa Birliyinin bir çox şəhər və yaşayış məntəqələri bu texnologiyanın öz gələcək inkişafları üçün vacibliyini tanıyaraq, özəl şirkətlərini müvafiq infrastruktura sərmayə qoymağa təşviq edir və həvəsləndirir.”

Onun sözlərinə görə, BirLink – FTTH texnologiyasının milli provayderidir. BirLink öz xidmətlərini yalnız Bakı və Abşeronda deyil, həmçinin Sumqayıt, Xırdalan və ölkənin bir sıra digər şəhərlərində də təqdim edir:

 “Məqsədimiz Azərbaycanın mümkün dərəcədə çox şəhər, kənd, bütün regionlarda yaşayan həmvətənlərimiz üçün xidmətlərimizdən istifadə etmək imkanının yaradılmasıdır. Razıyam, planlarımız çox genişdir, amma biz işimizə tək biznes baxımından yanaşmırıq: biz səmimi inanırıq ki, kommunikasiya texnologiyaların inkişafı bütün cəmiyyətimizin inkişafının əsas şərtlərindən biridir. Bizim istəyimiz yalnız paytaxt və ya böyük şəhərlərin sakinləri üçün yox, bütün ölkə üçün innovativ texnologiyaları əlçatan etməkdir. İstifadəçilərimiz hansı imkanlardan yararlana bilərlər? Qoşulmanın saniyədə 100 Mbit-ə qədər yüksək sürəti və şəxsi fiber-optik xəttinin mövcudluğu bizə tələbatları müxtəlif olan istifadəçilərimizin bütün kateqoriyalarına xidmətlərimizin bütün çeşidini təklif etmək imkanını verir: bura, ilk növbədə, internet şəbəkəsinə sürətli qoşulma, ip televiziya, SIP telefon xidmətləri, statik ip ünvanı, domofonların quraşdırılması və s. daxildir”.

Şirkət rəsmisi qeyd edib ki, “Statik ip ünvanı” xidməti isə, öz növbəsində, şəxsi serverin yaradılması, kompüterə və videokameralara məsafədən çıxış və nəzarət imkanı və s. deməkdir:

“Xidmət və tarif paketlərini formalaşdırarkən biz, bütün müştəri kateqoriyalarını nəzərə alırıq: kiçik və orta ofislər, ofislərdə və ya evlərində çalışan mütəxəssislər, evdar xanımlar və müxtəlif tələbatlara malik bir neçə istifadəçidən ibarət ailələr, internet şəbəkəsindən tədris məqsədlərlə istifadə edən tələbələr və şagirdlər və s. daxildir. Onu da demək istərdim ki, ailəvi abunəçilərimiz arasında “Uşaq interneti” xidməti də çox populyardır. Bu, uşaqları internetdə həddindən çox olan neqativ, xoşagəlməz kontentdən qoruyan filtrlər sistemidir”.

Anar Nağıyevin sözlərinə görə, “Uşaq interneti” xidməti rəqəmsal təhlükəsizlik üzrə həllər sahəsində dünyanın aparıcı şirkətlərindən biri proqram təminatı əsasında hazırlanıb, təqdim edilir.

Məlumata görə,  şirkət o cümlədən, kiçik və orta biznes sahiblərinə də öz xidmətlərini təklif edir:

“Abonentimiz olmaq üçün www.birlink.az internet səhifəmizdəki müvafiq formanı doldurmaq və ya Məlumat Mərkəzimizə zənq etmək kifayyətdir. Abunəçilərimizin rahatlığı üçün xidmətlərimizin haqlarının ödənilməsi şirkətin, habelə www.hesab.azwww.ode.az internet səhifələrində, və eləcə də MilliÖn, e-manat terminallarında və bankların filiallarında mümkündür”.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

GPON texnologiyası üzərindən göstərilən internet xidməti tarifləri optimallaşdırılır

06-07-2022

Ailə TV -dən 1 ay pulsuz istifadə imkanı

04-03-2016

“BİRlink” mobil tətbiqi abunəçilərin istifadəsinə verildi

21-04-2020

“CityNet”dən əlverişli Payız kampaniyası davam edir

06-10-2021

BİRLink geniş çeşidli TV paketinin pulsuz yayımı müddətini artırıb

31-03-2020

“CityNet"dən Payız kampaniyası

15-09-2021

BİRLink yeni “Təhsil” tarifini təqdim edir

09-06-2020

“CityNet" yeni sərfəli tarifini təqdim edir

02-03-2022

CityNet-in yenilənmiş məhsulları ilə daha sürətli internet

15-11-2022

“Bakutel-2015 sərgisində yeni xidmətlərimiz təqdim olunacaq”

01-12-2015

«AzQtel» şirkəti regionlarda genişzolaqlı internet xidmətləri göstərəcək

16-11-2009

«BİRLink» karantina müddətində gücləndirilmiş rejimdə fəaliyyət göstərir

24-04-2020

Nar-CityNet -dən eyni qiymətə iki dəfəyə qədər artıq sürət

02-08-2016

Baktelecom internet qiymətlərini endirdi

01-02-2018

“Bakı Telefon Rabitəsi” MMC GPON texnologiyasının tətbiqi istiqamətində dəyişiklik edib

10-08-2022

Ailə NET internet sürətini artırır

17-03-2018

"CityNet" 1+1 kampaniyasına start verdi

31-07-2023

Telekommunikasiya Azərbaycanda ən sürətli sabit şəbəkəyə çevrilib

11-03-2025

Bakcell-in 4G xidməti artıq Gəncədə-Foto

16-11-2017

Azərbaycanda fiber-optik internetlə təmin olunan evlərin sayı açıqlandı

01-11-2022

“Aztelekom” MMC GPON texnologiyasının tətbiqi istiqamətində dəyişiklik edib

10-08-2022

Azercell Gəncədə 4G xidməti istifadəyə verdi

15-09-2017

Hər bir istifadəçinin internetə optik xətlə çıxışı təmin ediləcək

27-08-2015

Zirə qəsəbəsinə genişzolaqlı internet xidmətləri təqdim edilib

17-11-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə