Previous Next
Bağla

BİRLink yeni “Təhsil” tarifini təqdim edir

09-06-2020 17:45
BİRLink yeni “Təhsil” tarifini təqdim edir

Ötən dövrdə dünyada baş verən hadisələr bütün təhsil sistemininin yeni inkişaf pilləsinə addımlamasına sövq etdi. Beynəlxalq təhsil sahəsində baş verən yeniliklər ölkəmizin təhsil sahəsinə öz təsirini göstərdi. Hazırda adət etdiyimiz tədris prosesinin distant şəkildə davam etdirilməsi, ölkədə informasiya texnologiyaları və kommunikasiya sahəsinin inkişafı və müasir texnologiyaların təhsildə tətbiq edilməsi olduqca vacib amillərdəndir.

Xeberler.az bildirir ki, müasir telekommunikasiya xidmətləri təminatçısı ENGİNET şirkətinin “BİRLink” brendi təhsil sahəsində çalışanlara dəstək olmaq məqsədilə yeni “Təhsil” tarifini təqdim etdi.

Yarandığı gündən etibarən ENGİNET şirkəti informasiya texnologiyalarının açdığı imkanları hər bir vətəndaş və xüsusi ilə təhsil işçiləri üçün əl çatan edərək təhsil sahəsinə öz töhfəsini verməkdədir. Bu gün də, distant təhsilin inkişafı və yeni tədris ilinə hazırlığın vacibliyini nəzərə alaraq, təhsil işçiləri üçün düşündüyümüz yeniliklər bu istiqamətdə fəaliyyətimizin uğurla davam etdirilməsinin nümunəsidir.

“Təhsil” adlı yeni tarif bütün təhsil sahəsində çalışanlara əsl dəstəkdir. Tarif istifadəçiləri ödənişsiz şəkildə iki ay ərzində 30 mb/s yüksək sürətli genişzolaqlı internet xidməti, İPTV, ödənişsiz istifadə üçün təqdim olunan avadanlıq və başqa əlavə özəlliklərlərdən yararlana biləcəklər. Tarif yalnız təhsil işçilərinə şamil olduğundan ona qoşulmaq üçün istifadəçi iş yeri haqqında elektron arayış təqdim etməlidir. Şirkət tərəfindən tarifin istifadəçilərinə əlavə olaraq ödənişsiz texniki dəstək xidməti təklif olunur. Bu dəstəyə təhsil portallarından qeydiyyat, login/şifrə ilə yaranan çətinliklərin aradan qaldırılması, müxtəlif proqram təminatlarının texniki baxışı aiddir.

Bundan başqa, “Təhsil” tarifinin istifadəçiləri şirkətin tərəfdaşlarının təqdim etdiyi özəl təkliflərdən yararlana biləcəklər. Beləliklə, tarifin istifadəçiləri GEANT beynəlxalq akademik şəbəkəyə çıxış imkanı və Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi (İTE) tərəfindən keçirilən təlimlərdə 10% endirim əldə edəcəklər. Bundan əlavə, bu tarifin istifadəçiləri Bakcell mobil operatoruna məxsus “müəllim” tarifinə qoşularaq pulsuz təqdim olunan mobil nömrə ilə tarifin istifadəçiləri arasında pulsuz ünsiyyət, ölkədaxili danışıq üçün 100 dəqiqə və 1GB mobil internet əldə edəcəklər.

ENGİNET şirkəti fəaliyyət göstərdiyi sahədə təhsil yönümlü fəaliyyəti ilə seçilir və bu addım onun təhsilə verdiyi ilk töhfəsi deyil. Xatırladaq ki, ölkə üzrə təhsil müəssisələrinin korporativ İnternet və İntranet şəbəkələrinə çıxışının təmin edilməsi məqsədilə ENGINET şirkəti Azərbaycan Təhsil Şəbəkəsinin operatoru “AzEduNet” şirkəti ilə əməkdaşlıq çərçivəsində 50-yə yaxın ümumtəhsil müəssisəni ödənişsiz şəkildə fiber optik bağlantı üzərindən təhsil şəbəkəsinə qoşulmasını təmin edib.

Təhsildə innovativ texnologiyanın tətbiqi həm tədris prosesinin keyfiyyətini yüksəldir, həm də gələcək nəslin İKT-nin mənimsənilməsi üçün şərait yaradır. Bu sahədə fəaliyyət göstərənlərə dəstək məqsədilə “Təhsil” tarifi çərçivəsində təklif olunan yüksək sürətli genişzolaqlı internet xidməti tədris prosesinin daha əlçatan olmasına və onun rahat təşkilinə imkan verəcəyinə inanırıq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Bakcell”dən müəllimlər üçün xüsusi tarif

06-11-2020

“Bakcell”dən onlayn iş və təhsil üçün internet paketi

25-02-2021

AzEduNet şirkəti “Virtual Məktəb” platformasının davamlı işləməsində dəstək göstərir

08-04-2021

Təhsil Nazirliyi, Bakcell və AzEduNet arasında əməkdaşlıq protokolu imzalanıb

06-03-2019

İKT üzrə təlimlər keçirilib

02-10-2018

Azərbaycan Təhsil Şəbəkəsinə cəmi 1200 məktəb qoşulub

06-09-2012

“Elektron Təhsil” Respublika müsabiqəsinin nominantları müəyyənləşdirildi

10-06-2010

İKT-nin təhsildə tətbiqi ilə bağlı təlim keçiriləcək

16-10-2015

Tələbələrə təhsildə İKT-dən istifadə ilə bağlı təlim keçiriləcək

16-10-2015

Təhsil Nazirliyi universitetlərə məsafədən tədrislə bağlı təklif verib

18-03-2020

Azərbaycanda «Təhsil və texnologiya vasitəsilə iqtisadi inkişaf» konfransı keçiriləcək

08-11-2010

“Elektron Təhsil” Respublika müsabiqəsində iştirakçıların qeydiyyatı başa çatdı

26-05-2010

“Nar Mobile” təhsil müsabiqələrinə dəstək verməyə davam edir

28-08-2013

Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi məqsədi ilə maddi-texniki baza təkmilləşdirilir

15-01-2019

Təhsildə İKT-nin tətbiqi üzrə mentorluq layihəsinə başlanıb

23-10-2015

Promethean texnologiyasından istifadə qaydaları tədris ediləcək

16-10-2015

“Elektron Təhsil” müsabiqəsində 113 layihə mübarizəni davam etdirəcək

30-05-2012

İlin sonunadək 500 təhsil müəssisəsi Azedunet-ə qoşulacaq

09-11-2009

Təhsil Nazirliyi tərəfindən Distant Təhsil Mərkəzinin açılışı oldu

22-05-2012

Distant təhsil formasının tətbiqində ləngiyirik

18-07-2013

Məktəblərdə sürətli internet üçün yeni model hazırlanır

18-09-2015

Texnologiya sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb

20-11-2018

Rayon məktəblərinə sürətli internet çəkilir

19-08-2015

Tədris müəssisələri Təhsil Şəbəkəsinə qoşulur

11-09-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə