Previous Next
Bağla

«BİRLink» karantina müddətində gücləndirilmiş rejimdə fəaliyyət göstərir

24-04-2020 21:13
«BİRLink» karantina müddətində gücləndirilmiş rejimdə fəaliyyət göstərir

Kommunikasiya xidmətlərinin təminatçısı “BİRLink” uzadılmış xüsusi karantin rejimi dövründə şəbəkənin yüklənməsi və internet trafikinin artımına nəzarəti gücləndirilmiş şəkildə davam edəcək.

Xeberler.az bildirir ki, son zamanlar paytaxt sakinlərinin distant təhsil almaq və evdən işləmək məqsədilə İnternetdən aktiv istifadə etmələri şəbəkələrdə müəyyən yükləmələrin yaranmasına səbəb olmuşdur. Yaranmış vəziyyətlə əlaqədar “BİRLink” xidmət təminatçısı tərəfindən abunəçilərin İnternet xidmətinin və TV yayımının sabit şəkildə təminatını davam etdirmək üçün əlavə trafik rezerv olunmuşdur.

Hazırda, “BİRLink”-in mütəxəssisləri abunəçilərə həm *1199 qaynar xətti, həm də brendin sosial şəbəkələrdəki rəsmi səhifələri vasitəsilə xüsusi rejimdə xidmət göstərməkdə davam edirlər.

Müştəri xidmətləri sahəsinin rəqəmsallaşan bir dönəmində, ölkənin internet xidməti təminatçılarının arasında ilk dəfə olaraq məhz “BİRLink” abunəçilərə rahat və çevik mobil tətbiqini istifadəyə verdi. Artıq, mobil tətbiqetmə vasitəsilə abunəçilər evlərindən çıxmadan onlayn ödəmə, tarifləri dəyişdirmək, xidmətlər əlavə etmək, həmçinin bir kliklə “BİRLink”-in kampaniya və aksiyaları barədə məlumatlı ola biləcəklər.

Hamımız üçün çətin olan bir dövrdə, yaranmış nasazlıqların operativ şəkildə aradan qaldırılması üçün xüsusi rejimdə və davamlı çalışan texniki mütəxəssislərin rolu da əhəmiyyətlidir.

Epidemiya ilə mübarizədə həmrəy olub #BİRLinkləevdəqal və #BİRLinkləbirlikdə qalib gəlməyə çağıran “BİRLink” –in komandası abunəçilərin evlərində əyləncəli vaxt keçirmələri üçün maraqlı kampaniyalar və müsabiqələr təşkil edir. Bunlardan biri, müxtəlif janr və dillərdə yüzdən çox məşhur filmlərin daxil olduğu filmotekanın yaradılmasıdır. Bundan əlavə, abunəçilərə genişləndirilmiş televiziya paketinin əlavə ödənişsiz yayımı müddəti mayın 4-dək uzadılmışdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

BİRLink geniş çeşidli TV paketinin pulsuz yayımı müddətini artırıb

31-03-2020

“BİRlink” mobil tətbiqi abunəçilərin istifadəsinə verildi

21-04-2020

BİRlink abunəçilərinə geniş çeşidli TV paketinin yayımını pulsuz təqdim edib

19-03-2020

“Nar” abunəçilərinə səyyar və onlayn xidmət göstərməkdə davam edir

01-05-2020

“Nar” Müştəri Xidməti sərt karantin rejimi müddətində də xidmət göstərəcək

05-06-2020

“Nar” karantin dövründə müştərilərin sorğularını operativ şəkildə cavablandırıb

09-02-2021

Azercell sosial şəbəkələrdə liderliyini qoruyur

27-01-2017

BİRLink yeni “Təhsil” tarifini təqdim edir

09-06-2020

“Bakcell”dən müəllimlər üçün xüsusi tarif

06-11-2020

BirLink - Köhnə problemlərin yeni həlli

28-11-2016

Azərbaycanda populyar kompüter oyunları üzrə onlayn çempionat keçiriləcək

12-08-2020

Nar “İcazələrin Alınması və Monitorinqi Sistemi”nə dəstək olur

22-04-2020

“Nar+” tətbiqi ilə hesabını evdən idarə et

27-03-2020

Azercell telekommunikasiya sahəsində bir ilkə imza atıb

14-10-2016

“Bakcell”dən eksklüziv təkliflə smartfon al

19-07-2024

Bakcell ölkə ərazisində mobil rabitə xidmətinin dayanıqlığını təmin edib

04-07-2018

İstəSən tarif paketində yeniliklər davam edir!

21-02-2024

“Bakcell”in 4G şəbəkəsinə keç və 5 GB İnternet hədiyyə al

19-03-2021

Azercell sosial şəbəkələrdə liderliyini qoruyur

15-05-2017

Nar-CityNet -dən eyni qiymətə iki dəfəyə qədər artıq sürət

02-08-2016

Azercell abunəçilərinin ünvanına özü gedəcək

15-09-2015

Nar yeni mobil tətbiqini təqdim etdi

22-08-2019

Evdə qal, “Nar”ın sərfəli internet paketlərindən yararlan

14-04-2020

Azercell-dən musiqi sevərlərə yeni il hədiyyəsi

28-12-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə