BitDefender Internet Security 2008 “Kompüter müdafiəsi üçün ən yaxşı seçim” elan edildi

06-09-2008 / 11:02
Consumer Reports Amerika nəşriyyatı tərəfindən aparılan araşdırmalara görə, BitDefender Internet Security 2008 “Kompüter müdafiəsi üçün ən yaxşı seçim” elan edildi.
Consumer Reports 1936-cı ildən məhsulların istifadə imkanları baxımından keyfiyyətini yoxlayan tədqiqatlar aparır və özünün müstəqil ekspert nəşriyyatı nüfuzundan istifadə edir. Müstəqilliyinin zəmanəti üçün Consumer Reports reklam yerləşdirmir və məhsulların nümunəsini test üçün istifadə etmir.
Nəşriyyat tədqiqat apararkən Avira, BitDefender, CA, Check Point, F-Secure, Kaspersky, McAfee, Microsoft, PC Tools, Symantec, Trend Micro kimi məhsullarda zərərverici, reklam məqsədli və arzulanmaz proqramlara qarşı antivirusun dəqiqliyini yoxlayıb, sistemlərin yüklənməsini müqayisə edib, idarəetmənin rahatlığını qiymətləndirib, işləmənin xüsusi rejimini,  sürətliliyini və ev istifadəçisi üçün digər funksiyaları nəzərə alıb.
Consumer Reports tədqiqatçılarının sentyabr nəticələrinə görə, BitDefender Internet Security 2008 zərərli proqramların aşkarlanmasında dəqiqliyi ilə, işləmənin sürətli olması ilə, təhlükəsiz idarəetmə üstünlükləri ilə qiymətləndirilib.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə