Previous Next
Bağla

Kaspersky həlləri müstəqil test nəticələrinə görə 57 dəfə ən yaxşı olub

22-04-2022 15:18
Kaspersky həlləri müstəqil test nəticələrinə görə 57 dəfə ən yaxşı olub

2021-ci il ərzində Kaspersky həlləri müdafiə həllərinin iştirak etdiyi 75 müstəqil sınaq nəticələrinə görə 63 dəfə ilk üçlüyə daxil olub, o cümlədən, 57 dəfə birinci yeri tutub.

Xeberler.az bildirir ki, ilk üçlük göstəricisi məhsulların təqvim ili ərzində sınaqlardan nə dərəcədə yaxşı keçdiyini əks etdirir. Bu qiymətləndirmə ayrıca bir məhsulun ayrıca keçirilmiş sınaqlarda bir dəfəlik nəticələrindən daha üstündür. Göstərici AV-Comparatives, AV-TEST, SE Labs və digərlərinin həyata keçirdiyi müstəqil test nəticələrinə əsasən hesablanır.

Kaspersky-nin biznes və ev istifadəçiləri üçün həlləri 2021-ci il də bir çox mükafatlara layiq görülüb. Məsələn, Kaspersky Endpoint Security Cloud məhsulu fidyə proqramlarına qarşı müdafiədə öz imkanlarını 100%-lik dərəcə ilə göstərib, biznes üçün Kaspersky Endpoint Security isə Best Protection, Best Performance, Best Usability kateqoriyalarında növbəti mükafatları qazanıb. Kaspersky Endpoint Detection and Response SE Labs-dan ən yüksək AAA mükafatını alıb: məhsul sınaq zamanı simulyasiya edilən 16 hədəfli hücumun hamısını aşkarlayıb və heç bir yalnış müsbət nəticə göstərməyib. IDC araşdırma agentliyi biznes üçün Kaspersky Endpoint Security həllini əsas bazar oyunçuları (Major Player) siyahısına daxil edib.

Ev istifadəçilərinin istifadə etdiyi həllərə gəldikdə, Kaspersky Internet Security həlli AV-TEST tərəfindən yenidən illik Best Protection və Best Performance mükafatına layiq görülüb, kriptoqraflara qarşı müdafiə həllərinin genişləndirilmiş sınağında Advanced səviyyəsinə çatıb, AV-Comparatives-dən illik Top Rated mükafatını qazanıb, həmçinin ikinci və dördüncü rüblərdə müntəzəm testlərdə 100% səviyyəsində müdafiə imkanları nümayiş etdirərək SE Labs tərəfindən AAA reytinqinə layiq görülüb. Kaspersky Safe Kids həlli yenidən AV-TEST tərəfindən Approved nişanı ilə mükafatlandırılıb.

2013-cü ildən etibarən Kaspersky həlləri 741 müstəqil test və icmalda iştirak edib, 518 dəfə birinci yeri qazanıb və 612 dəfə ilk üçlüyə daxil olub.

”Müstəqil testlərdə fasiləsiz iştirak müdafiə həllərinin tərkibində istifadəçilərə çatan texnologiyaların hazırlanması prosesinin ayrılmaz hissəsidir. Məhsullarımızın inkişafı üçün imkanları müəyyən etmək və son nəticədə kibetəhdidlərə qarşı yüksək müdafiə səviyyəsi təmin etmək üçün əldə olunan nəticələri təhlil edirik. 2021-ci ilin test nəticələri ilə qüruru duyuruq, onlar bizim həll və texnologiyalarımızın üstün keyfiyyətini bir daha sübut edir”, - deyə Kaspersky-nin təhdidlərin araşdırlılması şöbəsinin rəhbəri Aleksandr Liskin bildirib.

https://www.kaspersky.ru/top3 saytında test metodologiyası və prosesi haqqında ətraflı öyrənə, həmçinin ilk üçlük iştirakçılarının tam siyahısını görə bilərsiniz.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Kaspersky rəqiblərindən daha çox ən yüksək qiymətlərə layiq görülüb...”

30-03-2021

Kaspersky SE Labs beynəlxalq sınağında kiberhücumların 100 faizini dəf edib

01-09-2022

Kaspersky təhlükəsizliklə bağlı yeni mükafat qazanıb

17-11-2022

Kaspersky ev istifadəçilərini kiber təhdidlərdən effektiv şəkildə qoruyur

10-01-2020

Kaspersky Internet Security 2009 ən yüksək qiymətə layiq görülüb

10-12-2008

Kaspersky EDR həlli ən yüksək qiymətə layiq görülüb

17-01-2022

Kaspersky Azərbaycanda Log4shell hücumlarının qarşısını alıb!

02-02-2022

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019

Biznes üçün Kaspersky EDR analitik və praktiki tövsiyələrlə gücləndirilib

30-09-2022

Kaspersky yenidən son cihazların müdafiəsi üçün ən yaxşı həll istehsalçılarından biridir

22-06-2022

Kaspersky inteqrasiya edilmiş həll təqdim edib

09-07-2020

Kaspersky: Microsoft Exchange Server-ə hücumlar artıb

09-09-2021

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019

Kaspersky: Azərbaycanda Microsoft SQL Server-dən istifadə edilən hücumların sayı artır

23-11-2022

Kaspersky: əksər şirkətlər lazımi kibermüdafiəni təmin edə bilməməkdən ehtiyat edirlər

06-04-2022

Kasperski Lab top 100-lüyə daxil olub

29-09-2009

Kaspersky dövlət orqanlarına qarşı casusluq edən zərərli proqramı aşkarlayıb

07-07-2022

Kaspersky 2020-ci ilin maliyyə yekunlarını təqdim edib

21-04-2021

Kaspersky öz bulud həllinin təkmilləşdirilmiş versiyasını təqdim edib

16-05-2022

Kaspersky “Kaspersky Symphony XDR”-i təqdim edir

13-04-2022

Kaspersky Lab biznes üçün qorunmanı təkmilləşdirdi

18-04-2019

Valideynlər uşaqlarının hansı videolara baxdıqlarını izləyə biləcəklər

01-06-2022

Kaspersky valideyn nəzarəti məhsullarını sınaqdan keçirib

03-07-2020

Kaspersky 2021-ci ildə ABŞ-da patent alan rus şirkətləri arasında lider elan edilib

19-01-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə