BlackBerry Glide-in ilk detalları məlum oldu

11-03-2015 / 10:15

BlackBerry-nin MWC 2015 çərçivəsində təqdim etdiyi yeni ağıllı telefonu BlackBerry Glide həyəcanverici dizaynı ilə texnologiya dünyasının marağına səbəb olub.

Keçən aylarda bazara çıxardığı BlackBerry Passport və Classic ilə bir müddətdir uzaq qaldığı ağıllı telefon bazarına geri dönən kanadalı telefon istehsalçısı BlackBerry sensor ekranlı yeni ağıllı telefonu BlackBerry Leap-i sərgi çərçivəsində rəsmi olaraq tanıdıb.

BlackBerry Leap şirkətin telefonlarında görməyə vərdiş etmədiyimiz sensor ekranı xaricində istifadəçiləri həyəcanlandıracaq bir yenilik təqdim etməsə də, yeni telefon sərginin ən maraqlı cihazları arasına girməyi bacarıb.

Olduqca qısa bir müddət üçün göstərilən bu yeni BlackBerry telefon haqqında maraqlanılan detallar cavabsız qalıb. Ancaq telefonun qısa təqdimatını edən BlackBerry həvəskarları bu qısa təqdimatdan yola çıxaraq şirkətin yeni telefonu üçün ilk dizaynları hazırlayıb və meydana BlackBerry Glide çıxıb.

BlackBerry Central tərəfindən hazırlanan BlackBerry Glide hələlik bir konseptdən ibarət olsa da, kanadalı telefon istehsalçısından üst səviyyə bir ağıllı telefon gözləyən istifadəçiləri həyəcanlandırmağı bacarıb.

 Sevil Rəsulzadə

                                                                                

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə