BƏƏ Telekommunikasiya Tənzimləmə İdarəsinin müdiri Məhəmməd Əl-Ganem bildirib ki, Kanadanın «Research In Motion (RIM)» şirkətinin istehsalı olan «BlackBerry» telefonlarının messencer, e-mail və internet xidmətlərinin BƏƏ ərazisində oktyabrın 11-dən etibarən dayandıracaqları barədə qərar qəbul olunub.
Əl-Ganem bildirib ki, bunun senzura ilə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq BƏƏ-nin telekommunikasiya qaydalarına uyğun gəlmir. «BlackBerry» telefonları arasındakı məlumat mübadilələrinin RIM şirkətinin xüsusi şəbəkəsi üzərindən aparılması, idarə olunması və buna yerli qurumlar tərəfindən nəzarət olunmaması BƏƏ-nin ictimai və milli təhlükəsizliyində narahatlıq yaradır.
Təşkilat rəhbəri bildirib ki, qərar «Nokia» və «Apple» şirkətlərinin «iPhone» telefonlarına aid edilməyəcək.
Qeyd edək ki, «BlackBerry»in xidmətləri ilə bağlı bu günədək bir neçə ölkə narahatlığını ifadə edib. Cari ilin aprel ayında Bəhreyn hökuməti, ötən həftə isə Hindistan rəhbərliyi etirazlarını RIM şirkətinə çatdırıb. Səudiyyə Ərəbistanı da avqustun sonlarından «BlackBerry»in mesaj xidmətini dayandıracağını açıqlayıb.
Qeyd edək ki, hazırda BƏƏ-də 500 min «BlackBerry» istifadəçisi var.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri